Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1963/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Ağayev Faı̇ q Əlı̇ oğlunun iştirakı ilə, İddiaçı Ağayev Faı̇ q Əlı̇ oğlunun cavabdehlər "X2 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı "müqaviləyə xitam verilməsi və hissə-hissə ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağayev Faı̇ q Əlı̇ oğlu cavabdehlər "X2 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı "müqaviləyə xitam verilməsi və hissə-hissə ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, cavabdeh "X2 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 177, cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publı̇ k Hüquqı̇ Şəxsin hüquqi ünvanı isə ünvan 3 iştirak edən iddiaçı Ağayev Faı̇ q Əlı̇ oğlu iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "X2 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə hazırlıq iclasını iştirakları olmadan keçırilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər "X2 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publı̇ k Hüquqı̇ Şəxsin qeydiyyat ünvanı Nəsimi rayonunun ərazisinə aid olmadığından mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz və mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehlərin yerləşdiyi yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ağayev Faı̇ q Əlı̇ oğlunun cavabdehlər "X2 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı "müqaviləyə xitam verilməsi və hissə-hissə ödənilməsi tələbinə dair" 2(006)-1963/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1963/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1963/2024
08.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver