Məhkəmə qərarları › İş №2(006)-1966/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1966/2021

19.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1966/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi tələbi»nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 3200 manata dair bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-1657 reyestli kredit müqaviləsinə əsasən, 9 saylı Notariat kontorunda bankda açılmış depozit hesabı olmadan borc verilmişdir. İddiaçı Cavabdeh X2 vasitəsi ilə tanımışdır. İddiaçı götürdüyü məbləğin ikiqat yazılmağına faiz olduğu üçün razılaşdı. Qeyd olunan əqd iddiaçının ağır vəziyyətə düşməyi və digər tərəfin bundan istifadə etməsi nəticəsində iddiaçı üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd kimi qiymətləndirilməlidir. Çünki qeyd olunan əqd əslində məbləğ olaraq düz deyil. Cavabdeh iddiaçıya əslində 1600 manat faizə verib və həmin məbləği ikiqat olaraq 3200 manat ona görə artıq yazdırıb ki, iddiaçı faizi gecikdirdiyi təqdirdə ondan müqaviləyə əsasən tələb etsin. İddiaçı Cavabdeh aldığı məbləği X1 iştirakı ilə 9 saylı notariat kontorunda götürmüşdür. İddiaçı pulu aldığı gündən aylıq faizlərini ödəmişdir. Əslində faizə pul verib artıq yazdırıb hər ay faizini alıb, dövlətə də rüsum ödəməyib. Əslində müqavilənin vaxtı çoxdan bitmişdi. Bundan əlavə, belə vəziyyətdə olan insan tək iddiaçı deyildir. Bir çox insanlara bu qaydada faizə pul verib, ikiqat yazdırıb. Hamısının faizlərini alıb, müqavilənin vaxtı bitdiyində aidiyyəti üzrə icra qeydi verir. Belə faizçilər həm vətəndaşları, həm də dövləti saxta yolla aldadır. Saxta yolla əldə etdiyi qazancdan yararlanan faizçi ifşa olunmalıdır. Göstərilənlərə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-1657 reyestrli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi, Cavabdeh qarşı xüsusi qərardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əsas məqsədi pulun ödənilməsini uzatmaqdır. İddiaçı cavabdeh İddiaçı heç tanımırdı. X5 adlı qonşusu vasitəsilə tanımışdır. Sonradan cavabdeh iddiaçı ilə münasibət yaradaraq borc pul almağa nail olmuşdur. Qeyd edilən 3200 manat pul məbləği İddiaçıla aralarında Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli 3M-1657 nömrəli müqaviləyə əsasən yaranmışdır. Müqavilənin şərtlərindən də göründüyü kimi iddiaçı cavabdeh İddiaçı borc vermişdir. Guya aralarında pulun faizə verilməsinə dair heç bir sübut yoxdur. Faiz məsələsi Samirin uydurmasıdır. İddiaçı yaxşılıq edib ona borc pul vermiş, qaytarmaq istəyəndə isə guya borcun faizə verildiyini uydurur. Pulun faizə verilməsinə dair heç bir sübut yoxdur. Bundan başqa, Samir müqavilənin ləğvi tələbini qoymuşdur. Halbuki müqavilənin müddəti çoxdan bitmişdir. Belə olan halda müqavilənin ləğvindən söhbət gedə bilməz. Qeyd olunanlardan əlavə, Bakı şəhəri 9 saylı notariat kontorunun 3M/1657 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən İddiaçı 3200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin icra qeydi icra olunması üçün Nizami rayon İcra Şöbəsinə göndərilmişdir və indiyə qədər Samir iddiaçıya həmin borcdan heç bir ödəniş etməmişdir. Kredit müqaviləsi ilə pulu iddiaçı vaxtında Samirdən tələb etmiş və bu barədə icra qeydi vardır. Sadəcə Samir iddiaçıya qarşı həmin müqavilənin ləğvi tələbi ilə müraciət etdiyinə görə icra məmuru icra qeydi əsasında verilmiş icra sənədini geri qaytarmışdır. İddiaçı da məcbur qalıb pulu indi tələb edir. Yəni iddia müddəti də tərəfindən ötürülməmişdir. Göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi və 3200 manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia tələbinə etiraz edərək, təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 3200 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh İddiaçı 3200 manat məbləğində borc pul vermiş, İddiaçı həmin pul məbləğini xx.xx.2018-ci il tarixədək qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixdən xeyli müddət keçmiş, lakin İddiaçı öhdəliyini icra etməyərək, borcu Cavabdeh müqavilədə nəzərdə tutulmuş qaydada ödəməmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı kredit müqaviləsinin ləğv edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə kredit müqaviləsi üzrə borcun qaytarılmasını tələb edir. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi ilkin iddia üzrə iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə ilkin iddia üzrə cavabdeh ilə kredit müqaviləsi bağlamışdır. Habelə, hazırki işə baxılarkən ilkin iddia üzrə iddiaçının kredit müqaviləsi bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması və ya ona təzyiqlər göstərilməsi halı öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göründüyü kimi xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə borc ödənilməmişdir. Bu səbəbdən müqavilənin ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh qarşı xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı bu halların əsaslı olması öz təsdiqini tapmamışdır. Qeyd olunlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3200 (üç min iki yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3230 (üç min iki yüz otuz) manat məbləğində pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3200 (üç min iki yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3230 (üç min iki yüz otuz) manat məbləğində pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3200 (üç min iki yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3230 (üç min iki yüz otuz) manat məbləğində pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar