Məhkəmə qərarları › İş №2(006)-198/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-198/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-198/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, x6 oğlunun katibliyi, İddiaçı "xxxxxx" İKB x4 nümayəndəsi x1 iştirakı ilə İddiaçı "xxxxxx" İKB x4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxxxx" İKB x7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 17 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxxxx” İKB ASC-nin “5 saylı” filialından illik 26%-lə 60 ay müddətinə 33 200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzili 2014-ci il 17 noyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2014-ci il 17 noyabr tarixli, Cavabdeh3 ilə 2015-ci il 06 noyabr tarixli zaminlik müqavilələri bağlanmışdır, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-ci il 17 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün bank gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il yanvarın 24-dək Cavabdeh1 2014-ci il 17 noyabr tarixli kredit müqaviləsi üzrə banka 30 269,02 ABŞ dolları əsas, 25 219,6 ABŞ dolları faiz, 1940,3 ABŞ dollari cərimə borcu olmaqla, cəmi 57 428,92 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Göstərilənlərə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “xxxxxx” İKB ASC-in xeyrinə 2014-ci il 17 noyabr tarixli kredit müqaviləsi üzrə 30 269,02 ABŞ dolları əsas, 25 219,6 ABŞ dolları faiz, 1 940,3 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 57 428,92 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxxxx” İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, “xxxxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxx» İKB ASC-nin nümayəndəsi x3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 nümayəndəsi x2 və Cavabdeh3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan «xxxxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli, 15-G-1-0-858-14saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz olmaqla, 33.200 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «xxxxxx» İKB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 17.11.2014-cü il tarixli və 06.11.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan «xxxxxx» İKB ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanılmış 17.11.2014-cü il tarixli və 06.11.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan «xxxxxx» İKB ASC ilə Cavabdeh1arasında bağlanmış 17.11.2014-cü il tarixli, 15-G-1-0-858-14 saylı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 öhdəliklərin təminatı kimi «xxxxxx» İKB ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 65.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 «xxxxxx» İKB ASC-nin 5 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan «xxxxxx» İKB ASC-nin Cavabdeh1 ünvanlanmış 24.04.2018-ci il tarixli «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İşin materiallarında olan «xxxxxx» İKB ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 01.05.2018-ci il tarixli ərizəsindən görünür ki, bank Cavabdeh1 məxsus əmlakadair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İşin materiallarında olan «xxxxxx» İKB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka 30269,02 ABŞ dolları əsas borcu, 25219,6 ABŞ dolları faiz borcu, 1940,3 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 57428,92 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 24.05.2019-cu il tarixli, H/01-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 23 nömrəli evin 45 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 67.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11393 saylı, 30 avqust 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 17.11.2014-cü il tarixli, 15-G-1-0-858-14 saylıkredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, iddia ərizəsində borcun hesablandığı 24.01.2019-cu il tarixə Cavabdeh1 «xxxxxx» İKB ASC-yə olan borcu əsas borc üzrə 30.256,77 ABŞ dolları, faiz borcu üzrə 24.814,42 ABŞ dolları olmaqla, cəmi borcun 55.071,19 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 18.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki,Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 23 nömrəli evin 45 saylı mənzilin bazar dəyəri 80.000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 250 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli, 15-G-1-0-858-14saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz olmaqla, 33.200 ABŞ dolları məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər, «xxxxxx» İKB ASC ilə Cavabdeh1arasında bağlanmış 17.11.2014-cü il tarixli, 15-G-1-0-858-14 saylı ipoteka müqaviləsinə əsasən ünvan 2 öhdəliklərin təminatı kimi «xxxxxx» İKB ASC-yə ipoteka kimi təqdim edilmiş, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka ödənilməmiş borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanına yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq həmin əmlak boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı ipoteka predmetinin mülkiyyətçisi olmadığı üçün iddia tələbi «mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin əmlakın Banka təhvil verilməsi» hissələrində əsassız hesab edilməli və təmin edilməməlidir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 17.11.2014-cü il tarixli kredit müqaviləəsi üzrə cərimə borcu 300 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən kredit müqaviləsi bağlandıqdan sonra ölkəmizdə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Həmçinin, məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, cavabdehlərdən 17.11.2014-cü il tarixli, 15-G-1-0-858-14 saylı kredit müqaviləsi üzrə əsas borc 30.256,77 ABŞ dolları, faiz borcu üzrə 24814,42 ABŞ dolları məbləğində tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 30.256,77 (otuz min iki yüz əlli altı ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 24.814,42 (iyirmi dörd min səkkiz yüz on dörd ABŞ dolları, qırx iki sent) ABŞ dolları, cərimə borcu üzrə 300 (üç yüz) ABŞ dolları olmaqla, cəmi 55371,19 (əlli beş min üç yüz yetmiş bir ABŞ dolları, on doqquz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manat, ümumilikdə isə 55371,19 (əlli beş min üç yüz yetmiş bir ABŞ dolları, on doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 (altmış) manat məbləğində pul alınaraq iddiaçı “xxxxxx” İKB ASC-yə verilməli, tutma ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə yönəldilməli, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən edilməklə,açıq hərracda satılmalı, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, “xxxxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli, 15-G-1-0-858-14 saylı kredit müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydadatutularaq həmin MMC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı, Kodu 805540, Müxbir hesab AZ98NABZ********************, VÖEN **********, M/Hesab AZE03NABZ********************, İBAN:AZ61İBAZ********************, SWİFT:İBAZAZ2X hesabına köçürülməlidir. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydadatutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 30.256,77 (otuz min iki yüz əlli altı ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 24.814,42 (iyirmi dörd min səkkiz yüz on dörd ABŞ dolları, qırx iki sent) ABŞ dolları, cərimə borcu üzrə 300 (üç yüz) ABŞ dolları olmaqla, cəmi 55371,19 (əlli beş min üç yüz yetmiş bir ABŞ dolları, on doqquz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manat, ümumilikdə isə 55371,19 (əlli beş min üç yüz yetmiş bir ABŞ dolları, on doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 (altmış) manat məbləğində pul alınaraq iddiaçı “xxxxxx” İKB ASC-yə verilsin. Tutma ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə yönəldilsin. Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən edilməklə,açıq hərracda satılsın. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh1qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. “xxxxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli, 15-G-1-0-858-14 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq həmin MMC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı, Kodu 805540, Müxbir hesab AZ98NABZ********************, VÖEN **********, M/Hesab AZE03NABZ********************, İBAN:AZ61İBAZ********************, SWİFT:İBAZAZ2X hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydadatutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar