Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1997/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçı Soltanova Nərgı̇ z Rövşən qızının, iddiaçının vəkili Vəkil iştirakı ilə, iddiaçı Soltanova Nərgı̇ z Rövşən qızının Cavabdeh Adı̇ l oğluna qarşı "qızıl-zinət əşyaları" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Soltanova Nərgı̇ z Rövşən qızı Cavabdeh Adı̇ l oğluna qarşı "qızıl-zinət əşyaları" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2050 manat dəyərində olan üzük sırğa (16 qr, 0,7 karat brilyant, 750 əyar sarı qızıl), 1450 manat dəyərində olan qolbaq (14,5 qr, 0,4 karat brilyant, 750 əyar sarlı qızıl), 1000 manat dəyərində olan klon (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl), 500 manat dəyərində olan sep (5 qr, 750 əyar sarı qızıl), 1000 manat dəyərində olan nişan üzüyü (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl, 350 manat dəyərində olan hədiyyə üzük (4,5 qr, sarı qızıl), qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, əgər qızıl-zinət əşyaları aşkar olunmazsa, onların dəyərinin, yəni 6350 (altı min üç yüz əlli) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Soltanova Nərgı̇ z Rövşən qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış rəsmi nikah Sabunçu Rayon Məhkəməsinin 05,02.2021 -ci il tarixli 2(008)-435/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. 2019-cu il tarixdə, yəni cavabdehlə birgə nikahda olduqları dövrdə onlar Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X1 yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evini tikərək orada yaşamağa başlamışlar. Lakin, 2020-ci il tarixdə cavabdeh tərəfindən məcburi olaraq sözügedən evdən çıxarılmış və evdən çıxan zaman ona məxsus qızıl-zinət əşyaları və cehizləri həmin evdə qalmışdır. Ona məxsus qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 2050 (iki min əlli) manat dəyərində olan üzük sırğa (16 qr, 0,7 karat brilyant, 750 əyar sarı qızıl), 1450 (min dörd yiiz əlli) manat dəyərində olan Qolbaq (14,5 qr, 0,4 karat brilyant, 750 oyar sarı qızıl), 1000 (min) manat dəyərində olan Klon (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl), 500 (beş yüz) manat dəyərində olan Sep (5 qr, 750 əyar sarı qızıl), 1000 (min) manat dəyərində olan Nişan üzüyü (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl), 350 (üç yüz əlli) manat dəyərində olan Hədiyyə Üzük (4,5 qr, sarı qızıl). Dəfələrlə cavabdehdən ona məxsus olan qızıl-zinət əşyalarını tələb etsə də, cavabdeh onları ona verməyəcəyini bildirmişdir. Cavabdeh həmçinin Mediasiya sessiyasında iştirak etməkdən də imtina etmişdir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Soltanova Nərgı̇ z Rövşən qızı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, qızıl-zinət əşyaları onlardadır. 2 il bundan öncə boşanma olanda da demişdirlər ki, cehizləri də, qızıl-zinət əşyalarını də gəlib götürə bilərlər. Lakin iddiaçı tərəf heç bir şeyi götürməyib. Evi gəlib boşaltsalar, yəni iddiaçı cehizlərini götürsə və mənzilə köçürülmə ilə bağlı iddiasından imtina etsə qızıl-zinət əşyalarını verməyə hazırdırlar. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-512 saylı Arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, 10:00-10:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-435/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 2415 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3764/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki iş barədə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X2 (İdris Suleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11904/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmışdır. İş materiallarında olan diskdə və fotoşəkillərdən görünür ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları iddiaçının istifadəsində olmuşdur. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 1) onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2) ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İş materiallarından və şahid ifadələrindən görünür ki, cavabdeh ilə yaşadığı müddətdə mənzildə iddiaçıya məxsus qızıl-zinət əşyaları olub. Lakin ailə münasibətlərinin pozulmasından sonra əşyaların mənzildən aparıldığını təsdiq edən sübut yoxdur. Bu tip mübahisələrin həlli zamanı əşyaların olduğu yerdən aparıldığı sübut olunmursa, əşyaların olduğu yerdə qaldığı sübut olunmuş sayılır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları mənzildə qalıb. İddiaçı mənzili tərk edərkən əşyalar mənzildə qaldığına, mənzil isə cavabdehə məxsus olduğuna görə hesab olunur ki, cavabdeh iddiaçının əşyalarına qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də iddiaçı özünə məxsus əşyaların qaytarılmasını cavabdehdən tələb etməyə haqlıdır. Məhkəmə zamanı iddiaçı izahatında əşyaların adlarını və qiymətlərini dəqiqləşdirmişdir. Cavabdeh əşyaları təqdim etmədiyinə görə əşyaların dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilməsi mümkün olmamışdır. Ona görə də əşyaların dəyəri iddiaçının məhkəməyə verdiyi məlumatlara əsasən müəyyən edilməlidir. Bu, Mülki- Prosessual Məcəllənin 106.2-ci maddəsinin göstərişinə uyğundur. Həmin maddəyə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında bildirmişdir ki, qızıl-zinət əşyaları onlardadır. 2 il bundan öncə boşanma olanda da demişdilər ki, cehizləri də, qızıl-zinət əşyalarını də gəlib götürə bilərlər. Lakin iddiaçı tərəf heç bir şeyi götürməyib. Evi gəlib boşaltsalar, yəni iddiaçı cehizlərini götürsə və mənzilə köçürülmə ilə bağlı iddiasından imtina etsələr qızıl-zinət əşyalarını verməyə hazırdırlar. Qeyd olunanları nəzərə alaraq, məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən qızılzinət əşyalarının özündə olması faktı etiraf edilmiş və bu məhkəmə iclasının fasiləsiz audio yazısında öz əksini tapmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Soltanova Nərgı̇ z Rövşən qızına məxsus 2050 manat dəyərində olan üzük sırğa (16 qr, 0,7 karat brilyant, 750 əyar sarı qızıl), 1450 manat dəyərində olan qolbaq (14,5 qr, 0,4 karat brilyant, 750 əyar sarlı qızıl), 1000 manat dəyərində olan klon (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl), 500 manat dəyərində olan sep (5 qr, 750 əyar sarı qızıl), 1000 manat dəyərində olan nişan üzüyü (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl, 350 manat dəyərində olan hədiyyə üzük (4,5 qr, sarı qızıl), qızıl-zinət əşyaları Cavabdeh alınaraq Soltanova Nərgı̇ z Rövşən qızına verilməli, əgər qızıl-zinət əşyaları aşkar olunmazsa, onların dəyəri, yəni 6350 (altı min üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Soltanova Nərgı̇ z Rövşən qızına məxsus 2050 manat dəyərində olan üzük sırğa (16 qr, 0,7 karat brilyant, 750 əyar sarı qızıl), 1450 manat dəyərində olan qolbaq (14,5 qr, 0,4 karat brilyant, 750 əyar sarlı qızıl), 1000 manat dəyərində olan klon (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl), 500 manat dəyərində olan sep (5 qr, 750 əyar sarı qızıl), 1000 manat dəyərində olan nişan üzüyü (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl, 350 manat dəyərində olan hədiyyə üzük (4,5 qr, sarı qızıl), qızıl-zinət əşyaları Cavabdeh alınaraq Soltanova Nərgı̇ z Rövşən qızına verilsin, əgər qızıl-zinət əşyaları aşkar olunmazsa, onların dəyəri, yəni 6350 (altı min üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1997/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1997/2022
09.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver