Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2011/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyündən azad edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyündən azad edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-512/2015 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7616/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsinin tutmanın xx.xx.2010- cu il tarixli F6-702A/1 saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş və İddiaçı məxsus olan Mercedes Benz 200 minik, **-NT-*** müəssiə vasitəsilə ilə satılması, realizə edilmiş avtomobilin dəyərinin 3689,20 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin İddiaçı qızma qaytarılması hissəsində ləğv edilməsi, qətnamənin mübahisələndirilən digər hissəsində, yəni İddiaçı Royal Bank ASC-nin xeyrinə 3233,95 manat əsas, 635,25 manat faiz olmaqla cəmi 3689,20 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması hissəsindən dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri qismində 15,60 manat İddiaçı alınaraq dövlət büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının xərci qismində 100 manat Məhkəmə Eksperiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-7619/2014 saylı, 22 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı məxsus Mercedes Benz 200 minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı (gümüşü metal rəngli, buraxılış ili 1995-ci il, ban WDB2100351A024951) avtomobilin üzərinə iddianın təmin etmə tədbiri qaydasında həbs qoyulmasına, avtomobilin saxlanılaraq Azərbaycan Respbulikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin mühafizə olunan cərimə meydançasından birinə təhvil verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-7616/2014 saylı qərardadına əsasən seçilən iddianın təmini tədbiri ləğv edilmişdir. Qərardadın ərizənin digər hissəsi üzrə isə, yəni nəqliyyat vasitəsinin ipoteka yüklülüyündən azad edilməsinə dair hissəsi ilə bağlı qeyd etmidşir ki, bu tələb nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddiaçının mülkiyyətində olan Mercedes Benz 200 minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı (gümüşü metal rəngli, buraxılış ili 1995-ci il, ban WDB2100351A024951) ipoteka yüklülüydən azad edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin ləğvedıcısı Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2015-ci il tarixli, 2(103)-512/2015 saylı qətnaməsinə əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7616/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsinin tutmanın xx.xx.2010- cu il tarixli F6- 702A/1 saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş və İddiaçı məxsus olan Mercedes Benz 200 minik markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan ixtisaslaşdırılmış müəssiə vasitəsilə ilə satılması, realizə edilmiş avtomobilin dəyərindən 3689,20 manat borcun və 30 manat dövlət rüsumunun Royal Bank ASC-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin İddiaçı qaytarılması hissələrində ləğv edilməsi, qətnamənin mübahisələndirilən digər hissəsində, yəni İddiaçı Royal Bank ASC-nin xeyrinə 3233,95 manat əsas, 635,25 manat faiz olmaqla cəmi 3689,20 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri qismində 15,60 manat İddiaçı alınaraq dövlət büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının xərci qismində 100 manat Məhkəmə Eksperiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. 7.Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(001)-7616/2014 saylı qərardadına əsasən ərizənin qismən təmin edilməsi, İddiaçı məxsus Mercedes Benz 200 minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı (gümüşü metal rəngli, buraxılış ili 1995-ci il, ban WDB2100351A024951) avtomobilin üzərinə iddianın təmin etmə tədbiri qaydasında həbs qoyulmasına, avtomobilin saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin mühafizə olunan cərimə meydançasından birinə təhvil verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-7616/2014 saylı qərardadına əsasən seçilən iddianın təmini tədbirinin ləğv edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktından görünür ki, iddianın tutmanın xx.xx.2010-cu il tarixli F6-702A/1 saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş və İddiaçı məxsus olan Mercedes Benz 200 minik markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan ixtisaslaşdırılmış müəssiə vasitəsilə ilə satılması, realizə edilmiş avtomobilin dəyərindən 3689,20 manat borcun və 30 manat dövlət rüsumunun Royal Bank ASC-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin İddiaçı qaytarılması hissələri təmin edilməmişdir və bu nəticə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmamış, həmin müqavilənin predmeti olan avtomobilin üzərindəki ipoteka yüklülüyü bu müqavilə əsasənda deyil, xx.xx.2008-ci il tarixli müqavilə əsasında yaranmaqla xx.xx.2010-cu il tarixdə ona xitam verilmişdir. Hazırda iddiaçı Mercedes Benz 200 minik markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 9.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. - 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. - 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. - 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. - 14.1 və 14.1.1-ci maddələrinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. 10.“İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 11.Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2015-ci il tarixli, 2(103)-512/2015 saylı qətnaməsindən göründüyü kimi, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından, həmin müqavilənin predmeti olan avtomobilin üzərindəki ipoteka yüklülüyü isə bu müqavilə əsasında deyil, xx.xx.2008-ci il tarixli müqavilə əsasında yaranmaqla xx.xx.2010-cu il tarixdə ona xitam verildiyindən, tələb üzrə tutma ipoteka predmetinə yönəldilməmişdir. 12.Halbuki, ipoteka müqavilə üzrə əmələ gəlir və ipoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. 13.Göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış etdiyi üçün bu müqavilənin dövlət qeydiyyatına alınmalı olması ipoteka münasibətlərini tənzimləyən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda müfəssəl şəkildə qeyd edilmişdir. 14.Məhkəmə qeyd edir ki, ipoteka ilə bağlı münasibətləri tənzimləyən qanunvericiliyin müddəalarının bank tərəfindən pozulmasının nəticə etibarı ilə tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməli olmaması məsələsinə məhkəmə qaydasında artıq hüquqi qiymət verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar həm məhkəmə, həm də işdə iştirak edən şəxslər üçün mübahisəsiz xarakter daşıyır. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 16.Yuxarıda qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2015-ci il tarixli, 2(103)-512/2015 saylı aktı ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. 17.Beləliklə də, Mercedes Benz 200 minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu il tarixdə bağlanmış ipoteka müqaviləsi əsasında yox, xx.xx.2008-ci il tarixli müqavilə əsasında ipoteka ilə yüklü edildiyindən və həmin müqaviləyə də xx.xx.2010-cu il tarixdə xitam verildiyindən, hazırki iş üzrə iddiaçının tələbinə dair iddianın dəlillərini məhkəmə əsaslı sayır və hesab edir ki, həmin ipoteka predmetinin yüklü saxlanılması üçün heç bir qanuni əsas mövcud deyil. Əksinə, əmlakın ipoteka yüklülüyündə qalması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. 18.Bu səbəbdən, hazırki iş üzrə ipoteka yüklülüyünə xitam verilməsinə “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində sadalanan hallardan «bu Qanunla nəzərdə tutulmuş digər hallar» hissəsini rəhbər tutaraq məhkəmə işin diqqətəlayiq və araşdırılmış hallarını, ən əsası isə qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar nəzərə almaqla iddia tələbinin təmin edilməsini həm qanuni, həm də ədalətli sayır. 19.Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Mercedes Benz 200 minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı (gümüşü metal rəngli, buraxılış ili 1995-ci il, ban WDB2100351A024951) avtomobilin ipoteka yüklülüyündən azad edilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin ləğvedıcısı Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. 20.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 21.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 22.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 23.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Mercedes Benz 200 minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı (gümüşü metal rəngli, buraxılış ili 1995-ci il, ban WDB2100351A024951) avtomobilin xx.xx.2010-cu il tarixli ipoteka müqavilə üzrə ipoteka yüklülüyündən azad edilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin ləğvedıcısı Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2011/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2011/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver