Məhkəmə qərarları › İş №2(006)-2012/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2012/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2012/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “müqavilə öhdəliklərindən irəli gələn sığorta məbləğinin ödənilməsi” iddia tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “müqavilə öhdəliklərindən irəli gələn sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək icbari sığorta müqaviləsinin predmeti olan “Chrysler 300 C” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin istismarı zamanı baş vermiş sığorta hadisəsinə görə, yəni avtoqəzada oğlu X1 həlak olması faktı üzrə 5000 (beş min) manat sığorta məbləğinin və 70 manat dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli 2(007)-774/2022 saylı qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən İddiaçı iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, mülki iş üzrə cavabdehin hüquqi ünvanının ünvan 1lıb, ərazi aidiyəti üzrə hazırki mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi əsassızdır. Halbuki Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, hazırki iş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 2al Məcəlləsinin (bundan sonra - Mülki-Prosessual Məcəllənin) 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki-Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin ərazi aidiyyatının müəyyən edilməsi üçün İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “müqavilə öhdəliklərindən irəli gələn sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “müqavilə öhdəliklərindən irəli gələn sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar