Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2040/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” iddia tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.1 kv.m olan qeyriyaşayış sahəsinin (311 saylı mağazanın) açıq hərracdan satılmasına dair “X1 yekunları barədə 55/16 saylı, 25.05.2011-ci il tarixli protokol”un və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25.05.2011-ci il tarixli müqavilə”nin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai rayonu Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.1 kv.m olan qeyri-yaşayış sahəsinə (311 saylı mağazaya) dair QSC “Bank Standard” KB-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai rayon icra şöbəsinin cavabdehlər sırasından çıxarılmasını və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli 2(011)-897/2022 saylı qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən İddiaçı iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi aidiyyət qaydalarına riayət edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi ərizə təqdim edərək, Bakı şəhəri Xətai rayon icra şöbəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürüldüyü zaman aidiyyət pozulmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qərardadı aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - İddiaçı vəkili-nümayəndəsi Vəkil cavabdehlərdən biri olan Bakı şəhəri Xətai rayon icra şöbəsinin cavabdehlər siyahısında çıxarılması və mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı ərizəsi; - cavabdehlərdən biri olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə şifahi vəsatəti. Məhkəmə mülki işin icraata aidiyyət üzrə düzgün qəbul etdilyi təqdirdə iddiaçının və bankın nümayəndəsinin mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahişinin səbəblərini və digər cavabdehlərin (1.Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin; 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin) işin aidiyyəti üzrə göndərilməsinə münasibətini ümumiyyətlə aydınlaşdırmamışdır. Bakı şəhəri Xətai rayon icra şöbəsinin cavabdehlər sırasından çıxarılması, İddiaçı vəkili-nümayəndəsinin və cavabdehlərdən biri olan QSC “Bank Standard” KB-nin nümayəndəsinin vəsatətləri işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz, çünki məhkəmə qeyd edilən mülki işi aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Mülki-Prosessual Məcəllənin) 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin ərazi aidiyyatının müəyyən edilməsi üçün İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2040/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2040/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver