Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2048/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, “xxxx” MMC və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109617-NEDVİJ-1389 və xx.xx.2014-cü il tarixli 109617-NEDVİJ-1390 saylı sonrakı ipoteka müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 izahatında iddianı müdafiə etdiyini bildirərək göstərdi ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ- Suraxanı şossesi, 4-cü km, 1 ünvanında istifadədə olan 0.06314 ha torpaq sahəsində yerləşən 972.6 kv.m. ümumi sahədən ibarət əmlak kompleksini xx.xx.2013-cü il tarixli 109617-NEDVİJ-1389 saylı ipoteka müqaviləsi əsasında, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 592.7 kv.m təşkil edən (Reystr nömrəsi -**********28-05301- 083005, qeydiyyat nömrəsi-********** olan RX seriyalı ******* №-li “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”) texniki mərtəbə qeyri-yaşayış sahəsi, həmin ünvanda yerləşən, ümumi sahəsi 471.5 kv.m təşkil edən (Reystr nömrəsi -**********28-05301-083006, Qeydiyyat nömrəsi-********** olan, RX seriyalı ******* №-li “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış”) texniki mərtəbə qeyri-yaşayış sahəsini xx.xx.2013-cü il tarixli, 109617- NEDVİJ-1390 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. Bundan sonra Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 101275-11107 saylı baş kredit müqaviləsinə əsasən “xxxx” MMC-yə yenidən 120 ay müddətinə kredit xətti açılmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, bu kredit müqaviləsinin də təminatlarından üçü - ona məxsus olan Suraxanı rayonu, Zığ-Suraxanı şossesi, 4-cü km., 1 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2014-cü il tarixli, 109617-NEDVİJ-1389 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi əsasında, ünvan 2 ünvanında yerləşən 592.7 kv.m texniki mərtəbə qeyri-yaşayış sahəsini və 471.5 kv.m təşkil edən texniki mərtəbə qeyri-yaşayış sahəsini isə xx.xx.2014-cü il tarixli 109617-NEDVİJ- 1390 saylı sonrakı ipoteka müqaviləsi əsasında yenidən girov qoyulmuşdur. xx.xx.2014-cü il tarixli, 109617-NEDVİJ-1389 saylı və xx.xx.2014-cü il tarixli 109617-NEDVİJ-1390 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqavilələrinin təsdiqlənməsinə onun razılığı olmamışdır. Eyni zamanda bu sonrakı ipoteka müqaviləsi müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmamışdır. 2018-ci ildə kredit mübahisəsi ilə əlaqədar iddiaçı Cavabdeh ASC cavabdehlər “xxxx” MMC-yə, X1, X2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə nəticəsində Cavabdeh ASC-nin cavabdehlər “xxxx” MMC-yə, X1, X2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair tərəflər arasında barışıq sazişi bağlanmışdır və Nəsimi rayon Məhkəməsinin İş № 2(006)-100/2020, xx.xx.2020-ci tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. “Bank” ilə “xxxx” MMC arasında bağlanmış 2(006)-100/2020, xx.xx.2020-ci tarixli barışıq sazişi əsasında xx.xx.2014-cü il tarixli, 101275-11107 saylı baş kredit müqaviləsinə və o cümlədən xx.xx.2014-cü il tarixli 101275-1- 11107/1 saylı, xx.xx.2014-cü il tarixli 101275-1-11107/2 saylı, xx.xx.2014-cü il tarixli 101275-1- 11107/3 savlr. xx.xx.2015-ci il tarixli f-01275-1-11107/4 saylı, xx.xx.2015-ci il tarixli 101275-1- 11107/5 saylı, xx.xx.2015-ci il tarixli 101275-1-11107/6 saylı, xx.xx.2015-ci il tarixli 101275-1- 11107/7 saylı kredit müqavilələri üzrə öhdəliklərə tamami ilə xitam verilmişdir. Barışıq sazişinə əsasən ipoteka qoyulan əmlaklardan yalnız “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə X1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., MirCəlal küçəsi 1 Ddə yerləşən ümumi sahəsi 640.0 kv.m olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi ipoteka olaraq qəbul edilmişdir. Eyni zamanda ipoteka müqaviləsinin (müqavilələrinin) 4.1-ci bəndində göstərilib ki, müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Bankla “xxxx” MMC arasında bağlanmış Baş Kredit razılaşması və qeyd olunan Baş Kredit razılaşmasının ayrılmaz hissəsi olan müqavilələrdən irəli gələn öhdəliklərdir. Məlum olduğu kimi, AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Sözügedən sonrakı ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməmişdir. Bank ilə “xxxx” MMC arasında bağlanmış baş kredit razılaşması üzrə verilən kreditlərdən (məbləğ, müddət, faiz dərəcəsi, valyutası) heç birindən iddiaçının xəbəri olmamışdır. İpoteka predmetlərinin azad olunması ilə bağlı banka pretenziya qaydasına əməl etməklə müraciət etmişdir. Lakin “Cavabdeh ASC xx.xx.2020-ci il tarixli, 5302 saylı məktubla bundan imtina etmişdir. xx.xx.2014-cü il tarixli, 109617-NEDVİJ-1389 saylı, xx.xx.2014-cü iİ tarixli 109617-NEDVİJ-1390 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqavilələri (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı ilə müəyyən edilmiş hallarla ziddiyyət təşkil etdiyində, eyni zamanda təminatı olan kredit müqavilələri üzrə öhdəliklərə tam xitam verildiyi üçün sonrakı ipotekaya xitam verilməlidir.Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. İş materiallarında olan “xxxx” ASC-nin məktubundan görünür ki, “xxxx” MMC ilə Bank arasında xx.xx.2014-cü il tarixində imzalanmış ipoteka müqavilələrində ipoteka qoyan kimi çıxış edərək ərizədə qeyd edilən daşınmaz əmlakları Banka girov olaraq təqdim etmisiniz. xx.xx.2020-ci il tarixində “xxxx” MMC şirkəti ilə Barışıq sazişi imzalanmış və Nəsimi Rayon Məhkəməsinin Qərardadı ilə öhdəliyin icrası sazişin şərtlərinə uyğun ödənilməsi qərarı verilmişdir. Qeyd etdiyiniz kimi Barışıq sazişində sizin mülkiyyətinizdə olan əmlaklar əksini tapmamışdır. Lakin, Barışıq sazişinin bu formatda təsdiqi əmlakların azad olunması anlamına gəlmir və sazişdə ipotekanın azad edilməsi bəndi ehtiva edilməmişdir. Bank “xxxx” MMC barışıq sazişi üzrə öhdəliyini vaxtıvaxtında və tam icra etdiyi təqdirdə ipoteka predmetləri üzərindəki həbs götürülərək girovdan azad ediləcəkdir. “xxxx” MMC tərəfindən hazırkı günədək barışıq sazişi üzrə öhdəliklər vaxtında icra olunur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 109617-NEDVİJ-1389 saylı ipoteka müqaviləsindən görünür ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Suraxanı şossesi, 4-cü km, 1 ünvanında istifadədə olan 0.06314 ha torpaq sahəsində yerləşən 972.6 kv.m. ümumi sahədən ibarət əmlak kompleksini Cavabdeh” ASC ilə “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 109617-NEDVİJ-1390 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 592.7 kv.m təşkil edən (Reystr nömrəsi -**********28-05301- 083005, qeydiyyat nömrəsi-********** olan RX seriyalı ******* №-li “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”) texniki mərtəbə qeyri-yaşayış sahəsi, həmin ünvanda yerləşən, ümumi sahəsi 471.5 kv.m təşkil edən (Reystr nömrəsi -**********28-05301-083006, Qeydiyyat nömrəsi-********** olan, RX seriyalı ******* №-li “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış”) texniki mərtəbə qeyri-yaşayış sahəsini Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. İş materiallarında olan Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 101275-11107 saylı baş kredit müqaviləsindən görünür ki, “xxxx” MMC-yə yenidən 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 109617-NEDVİJ-1389 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsindən görünür ki, bu kredit müqaviləsinin də təminatlarından üçü - ona məxsus olan Suraxanı rayonu, Zığ-Suraxanı şossesi, 4-cü km, 1 ünvanında yerləşən əmlak kompleksi yenidən girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 109617-NEDVİJ- 1390 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 592.7 kv.m texniki mərtəbə qeyri-yaşayış sahəsini və 471.5 kv.m təşkil edən texniki mərtəbə qeyri-yaşayış sahəsini isə yenidən girov qoyulmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 48.1-ci maddəsinə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: (1) ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; (2) əsas öhdəliyə xitam verildikdə; (3) tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; (4) ipoteka predmeti məhv olduqda; (5) bu Qanunla nəzərdə tutulmuş digər hallarda. AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Eyni Məcəllənin MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinin tələbinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərəçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azəraycan Respublikası Mülki Məcələsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntu su nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən sonrakı ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməmişdir. Bank ilə “xxxx” MMC arasında bağlanmış baş kredit razılaşması üzrə verilən kreditlərdən (məbləğ, müddət, faiz dərəcəsi, valyutası) heç birindən iddiaçının xəbəri olmamışdır. İpoteka predmetlərinin azad olunması ilə bağlı banka pretenziya qaydasına əməl etməklə müraciət etmişdir. Lakin “Cavabdeh ASC xx.xx.2020-ci il tarixli, 5302 saylı məktubla bundan imtina etmişdir. xx.xx.2014-cü il tarixli, 109617-NEDVİJ-1389 saylı, xx.xx.2014-cü iİ tarixli 109617-NEDVİJ-1390 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqavilələri (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı ilə müəyyən edilmiş hallarla ziddiyyət təşkil etdiyində, eyni zamanda təminatı olan kredit müqavilələri üzrə öhdəliklərə tam xitam verildiyi üçün sonrakı ipotekaya xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən hallar işin faktiki halları və hüquqi əsaslarla tam təsdiqini tapdığına görə iddia təmin edilməli, Cavabdeh, “xxxx” MMC və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109617-NEDVİJ-1389 və xx.xx.2014-cü il tarixli 109617-NEDVİJ-1390 saylı sonrakı ipoteka müqavilələrinə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh, “xxxx” MMC və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109617- NEDVİJ-1389 və xx.xx.2014-cü il tarixli 109617-NEDVİJ-1390 saylı sonrakı ipoteka müqavilələrinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2048/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2048/2021
05.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver