Məhkəmə qərarları › İş №2(006)-2086/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2086/2025

14.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2086/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, iddiaçı X3 cavabdeh X2 qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsinə əsasən mülki iş üzrə icraatın təzələnməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh X2 qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1685/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi (bioloji) ekspertizası təyin edilmiş, mülki iş rəy alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2025-ci il tarixli, 894/2024-TBŞ saylı ekspert rəyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Məhkəmə mülki işi və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, iş üzrə icraatın dayandırılması üçün əsas olan hal aradan qalxdığından mülki işin icraatı təzələnməlidir. Qeyd olunanlara əsaslanaraq əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 257, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X3 cavabdeh X2 qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki iş üzrə icraat təzələnsin və işin məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə, saat 12:00-a təyin edilsin. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar