Məhkəmə qərarları › İş №2(012)-5518/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5518/2025

17.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5518/2025 17.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X1rşı cinayət məsuliyyətinə cəlb olunma tələbinə dair iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X1rşı cinayət məsuliyyətinə cəlb olunma tələbinə dair cinayət xarakterli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Mühəndislik Universitetinin iddia ərizəsində adları qeyd olunan əməkdaşlarının ona qarşı törətdikləri cinayət əməli nəticəsində, səhhətində yaranmış problemlərin, kariyerasına vurulan zərərin, ailəsinə və ona dəymiş mənəvi zərbənin qarşılığında məsuliyyət daşıyan tərəfə təzminatın ödənilməsi barəsində hökm çıxarılmasını, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə universitetdə baş verən proseslərin araşdırılması, təhsilin inkişafına maneələr yaradan vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi və təhsil sisteminin nəzarətdə saxlanılması, xüsusən ona qarşı “mobbing” fəaliyyətində olmuş şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. 1.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun. 7.0.45-ci maddəsinə əsasən, məhkəmənin hökmü - şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır. 46.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Ərizənin məzmunundan, eləcə də adından (cinayət xarakterli iddia ərizəsi) müəyyən olunur ki, iddiaçının qeyd edilən xahişi, yəni “hökm çıxarılması və məsuliyyətə cəlb edilmək” ifadələri hüquqi baxımdan yalnız məhkəmə və hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Əgər bir şəxs bu səlahiyyəti qanunsuz şəkildə həyata keçirirsə, bu artıq cinayət xarakterli məsələdir və məhkəmə deyil, ilk öncə hüquq-mühafizə orqanları (polis, prokurorluq və s.) tərəfindən araşdırılmalıdır. İddia ərizəsi məhz cinayət tərkibli hadisə ilə bağlıdırsa, bu halda müvafiq hüquq mühafizə orqanlarına müraciət edilməli və cinayət işinin açılması tələb edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı deyildir və müvafiq hüquq mühafizə orqanlarına müraciət edildikdən sonra məsələyə cinayət məhkəmə icraatı qaydasında baxılmalıdır Mülki Prossesual Məcəllənin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Odur ki, məhkəmə qeyd edir ki, ərizənin qəbul еdilməsindən imtinа еdilməli və ərizəçiyə izаh оlunmаlıdır ki, göstərilən tələblə bаğlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi yolverilməzdir. Ona görə də iddia ərizəsinin qəbulundan imtina edilərək, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X1rşı cinayət məsuliyyətinə cəlb olunma tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya göstərilən tələblə bаğlı müvafiq müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar