Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2094/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, lkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi Bağırov Namiq İmran oğlunun iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin cavabdehdən alınması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 31 iyul 2018-ci il tarixli № 059 X6 ləğv edib iddiaçıya vurulmuş 14 376,96 manat maddi ziyanın cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış 31 iyul 2018-ci il tarixli №059 X9nə əsasən, o, "PREMİER LİZİNQ” MMC- dən **-PT-*** dövlət nömrə qeydiyyatlı avtomobil əldə etmişdir. Avtomobilin dəyəri 17 500 manat müəyyən edilmiş və onun tərəfindən 7 000 manat avans ödənişi edilmişdir. Eyni zamanda, həmin avtomobil Cavabdeh MMC və "xxxx" SŞ ASC arasında 01.08.2018-ci il tarixində bağlanan sığorta müqaviləsinə əsasən ******* nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış və iddiaçı tərəfindən müqavilə şərtinə uyğun olaraq 876,96 manat məbləğində sığorta ödənişini ödənilmişdir. **-PT-*** dövlət nömrə qeydiyyatlı avtomobildə 13.10.2020-ci il tarixdə saat 20- 30 radələrində baş vermiş yanğın nəticəsində "Kamran” MMC-nin 19 oktyabr 2020-ci il tarixli rəyinə əsasən avtomobilə 8130 manat məbləğində ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı "xxxx" SŞ ASC-yə müraciət edilmiş, "xxxx" SŞ ASC tərəfindən verilmiş 03.11.2020-ci il tarixli 03\4062 saylı cavabda göstərilmişdir ki, Cavabdeh MMC şirkətinin ərizəsinə əsasən qeyd olunan 01.08.2018-ci il tarixli sığorta müqaviləsinə 2019-cu ildən xilam verilmiş və bu səbəbdən avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişindən imtina edilmişdir. Nəticədə, onun lizinqlə əldə etdiyi avtomobilə dəymiş 8130 manat ziyan ödənilmədiyindən avtomobili təmir etmək müınkiin olmamış və cavabdeh lizinq obyektindən istifadəyə maneə yaratdığından onu həmin avtomobildən istifadədən məhrum edilmişdir. 059 saylı X4 müqavilənin predmeti bölməsində qeyd ounmuşdur ki, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini bu müqavilədə nəzərdə tutulmuş qaydada ödədikdən sonra lizinq alanın mülkiyyətinə verməyi öhdəsinə götürür. 31 iyul 2018-ci il tarixli JYÖ059 X5 6.2-ci maddəsinə əsasən Lizinq obyekti tərəflər arasında təhvil-təslim aktı imzalana qədər sığortalanmalıdır. Lizinq alan sığorta ödənişlırini sığorta şirkətinin hesabına ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 6.3-cii maddəsinin tələbinə görə lizinq müddəti ərzində sığortalanmalıdır. Müqavilənin 6.4-cu maddəsinə əsasən sığorta müqaviləsi üzrə faydagötürən Lizinq verən hesab edilir. O, Müqavilənin 6.2-ci maddəsinin şərtlərinə əməl edərək 01.08.2018-ci il tarixində lizinq müddətinə sığorta ödənişini etməklə ******* nömrəli sığorta şəhadətnaməsi almışdır. Müqavilənin 10.1-ci maddəsinin tələbinə görə Lizinq alan lizinq obyektinin dəyərinin bir hissəsi kimi avans qismində 7 000 manat ödəməyi öhdəsinə götürmüş və bu şərtə əməl etmişdir. İddiaçı Maliyyə Lizinq müqaviləsinə edilmiş 2 saylı Əlavəyə əsasən 31.08.2018-ci il tarixdən 31.12.2019-cu il tarixə kimi olan dövrdə 6 500 manat Lizinq verənə ödəniş etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 31.07.2018-ci il tarixli 059 saylı Maliyyə Lizinq müqaviləsinin 6-cı maddəsinin tələbinə əsasən lizinq obyekti lizinq alan tərəfindən Lizinq verənin xeyrinə sığortalanmışdır. İddiaçıya dəymiş ziyanın könüllü şəkildə ödənilməsi üçün 14.12.2020-ci il tarixli prtenziya məktubu poçt rabitəsi vasitəsi ilə cavabdehin hüququ ünvanına göndərilmiş, poçt qaimsində cavabdehin həmin ünvanda olmadığı qeyd edilməklə geri qaytarılmış, telefon vasitəsi ilə əlaqə saxlayıb cavabdehin həmin ünvanda olmadığı qeyd edilməklə geri qaytarılmış, telefon vasitəsi ilə əlaqə saxlayıb cavabdehin bakı şəhəri, Qulu Quliyev küçəsi 8 ünvanında yerləşdiyi öyrənilmiş və 23.12.2020-ci il tarixdə yenidən poçtla prtenziya məktubu həmin ünvana göndərilmişdir. Lakin bu günə kimi cavabdehdən heç bir cavab alınmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdelı-Lizinq verən tərəfindən "xxxx" SŞ ASC arasında bağlanmış 01.08.2018-ci il tarixli sığorta müqaviləsinə 2019-cu ildən xitam verilmiş, bu səbəbdən 13.10.2020-ci il tarixdə lizinq obyektində baş vermiş yanğın nəticəsində, o, sahiblik və istifadə lıüquqna malik olduğu avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişi ala bilməmiş, lizinq obyekti olan avtomobilə dəymiş 8130 manat ziyan ödənilmədiyindən avtomobili təmir etmək mümkün olmamış və cavabdehin 31 iyul 2018-ci il tarixli №059 X5 şərtlərini pozması lizinq obyektindən istifadəyə maneə yaratdığından onu həmin avtomobildən istifadədən məhrum edilmişdir. Nəticədə, cavabdeh Lizinq verənin təqsirindən ona 7000+6500+876,96=14.376,96 manat məbləğində maddi zərər dəymişdir. Lizinq müqaviləsinin 16.5.1-ci maddəsinin tələbinə görə belə olan halda, lizinq alan lizinq müqaviləsinin ləğvini məhkəmə qaydasında tələb edə bilər. Ona görə də Cavabdeh MMC ilə bağlanmış 31 iyul 2018-ci il tarixli №059 X9 ləğv edilməli və ona vurulmuş 14 376,96 manat maddi ziyan cavabdehdən məhkəmə tərəfindən məcburi qaydada tutulmalıdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin cavabdehdən alınması və s.” tələbinə dair qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “Premier Lizinq" MMC ilə lizinq alan İddiaçı arasında 31 iyul 2018-ci ildə bağlanılmış 059 saylı X5 ləğv edilməsi, həmin müqaviləyə əsasən 16.04,2021 -ci il tarixədək ödənilməli olan 7200 manat əsas borc, 1828,71 manat faiz borcu və 4964.15 manat cərimə olmaqla, cəmi 13992.86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı tutularaq “Premier Lizinq" MMC-yə ödənilməsi, lizinq predmeti olan 1 ədəd “Ford Fiesta” markalı, ban nömrəsi 3FADP4BJ9EM120593, buraxılış ili 2013-cü il olan ** PT *** dövlət nömrə nişanlı avtomobilin cavabdeh İddiaçı alınaraq “Premier Lizinq" MMC -yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı arasında 31 iyul 2018-ci ildə 059 saylı X9 bağlanmış, müqaviləyə əsasən lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən Lizinq şirkəti tərəfindən satıcı X2 31 iyul 2018-ci il tarixli 59 saylı alqı-satqı müqaviləsinə əsasən 17500 manata alınmış, təsviri və dəyəri bu müqavilədə göstərilən 1 ədəd “Ford Fiesta" markalı, ban nömrəsi 3FADP4BJ9EM120593. buraxılış ili 2013-cü il olan avtomobili öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Lizinq alan isə öz növbəsində 7000 manat avans ödəniş etməklə, qalan 10500 manat məbləğində borcu illik 28 % olmaqla 36 ay müddətində, yəni 31.07.2021-ci il tarixədək lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan X9ndə göstərilmiş illik 28 % olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, 17.02.2020-ci ildən sonrakı müddətdə müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilərək, borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə bildirilsə də, cavabdeh müqavilə üzrə götürdükləri öhdəlikləri könüllü yerinə yetirmək istəməmiş, əksinə müqavilənin ləğvi barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda lizinq alanın 16.04.2021-ci il tarixə X9 üzrə lizinq verənə 7200 manat əsas və 1828.71 manat faiz borcu ödənilməmiş qalmışdır. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qİİ tərəfindən 31.08.2018-ci ildə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də müəyyən olunur ki, “Ford Fiesta" markalı ** PT *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur. Qeyd olunan avtomaşın 01.08.2018-ci ildə "xxxx" sığorta şirkətində natamam (70 %) sığortalanmış, sonradan isə, yəni 03.07.2019-cu ildə “Standart İnsuranse" Sığorta şirkəti ilə 01.08.2021-ci il tarixədək olan müddətdə yeni sığorta müqaviləsi bağlanılmış, müqavilənin dəyərini təşkil edən 587.15 manat pul vəsaiti lizinq verən tərəfindən tam ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ei il tarixli qətnaməsi ilə həmin sığorta şirkəti müflis elan olunmuş, qətnamə 14.09.2020-ci ildə qanuni qüvvəsini almışdır. İşdə olan ödəniş cədvəlindən də görünür ki, lizinq alan aylıq ödənişlər etmək əvəzinə 17.02.2020-ci ildən sonra 01 iyul 2020-ci ildə 300 manat, 24.08.2020-ci ildə 220 manat və 01.09.2020-ci ildə isə 150 manat ödəniş etmiş (halbuki, aylıq ödənişlərin məbləği 434.32 manat idi), sonra isə ödənişdən yayınmaq məqsədilə naməlum şəraitdə avtomaşını yandırmış, əsas kimi yanğını elektrik naqilləri ilə əlaqələndirmişdir ki, indiyədək dünya praktikasında “Ford Fiesta” markalı avtomaşının elektrik naqillərindən yanması halı baş verməmişdir. Bu hal ona dəlalət edir ki, lizinq alan lizinq ödənişlərinindən yayınmaq məqsədilə lizinq şirkətinə məxsus avtomaşını yandırmışdır ki, bu halı məhkəmə tərəfindən tərəfindən yanğın-texniki ekspertizası təyin etməklə müəyyən etmək olar. Lizinq Müqaviləsinin 13.1.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirərsə; lizinq alan izinq obyektindən istifadə üçün haqqı müqavilə üzrə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə; lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Müqavilə tələblərinə uyğun olaraq lizinq alana dəfələrlə, sonuncu dəfə isə 14 yanvar və 21 yanvar 2021-ci il tarixlərində rəsmi qaydada müraciət edilmiş, buna baxmayaraq lizinq alan tərəfindən bildirişlərə əhəmiyyət verilməmiş, əvəzində isə 26.01.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış lizinq Müqaviləsinə əsasən lizinq şirkəti müqavilə üzrə öhdəliyinə əməl etsə də, cavabdeh tərəf Müqavilənin şərtlərinə lazımi qaydada əməl etməmişdir. 31 iyul 2018-ci il tarixli 059 saylı müqavilənin 6.2-ci bəndinə əsasən, lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırlması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istifadə zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq alan daşıyır. Lizinq obyekti tərəflər arasında təhvil-təslim aktı imzalanana qədər sığortalanmalıdır. Lizinq alan sığorta ödənişlərini sığorta ödənişlərini sığorta şirkətinin hesabına ödəməyi öz öhdəsinə götürür. Mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları baxımından maliyyə lizinq müqaviləsi üzrə lizinq alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri tam şəkildə həyata keçirməmişdir. İlkin iddia üzrə iddiaçı müqavilə üzrə ödənişləri müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməklə lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki, o onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, lizinq müqaviləsi üzrə yaranmış borcunu cərimə borcu ilə birlikdə iddiaçıya ödəməli, eləcə do lizinq predmeti olan avtomaşını lizinq verənə qaytarmalıdır. Məhkəmə baxışında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, qarşılqlı iddianın təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. İddiaçı (lizinq alan) ilə "xxxx" MMC (lizinq verən) arasında bağlanmış 31.07.2018-cü il tarixli, 059 saylı “X9”ndən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (3FADP4BJ9EM120593 ban nömrəli, 1598 cm3 mühərrik həcimli, sedan tipli, qara metalik qərngli “Ford Fiesta” markalı minik avtomobili) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 36 ay müddətinə illik 28% dərəcəsi ilə hər ay 434,32 manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 059 saylı 2 saylı əlavəy (ödəniş cədvəlinə) əsasən, lizinq alan əsas məbləğ üzrə qaytarmağı öhdəsinə götürmüşdür. 059 saylı 31.07.20218-ci il tarixli “X9”nə 3 saylı əlavədən -qəbul və istifadəyə verilmə protokolundan görünür ki, Lizinq verən 17.500 manat dəyərində olan 1 ədəd 3FADP4BJ9EM120593 ban nömrəli, 1598 cm3 mühərrik həcimli, sedan tipli, qara metalik qərngli “Ford Fiesta” markalı minik avtomobili lizinq alanın sahibliyinə tam saz vəziyyətdə verir. Hüququ şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsindən görünür ki, **-PT-*** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” markalı minik avtomobil Cavabdeh şirkəti tərəfindən "xxxx" sığorta şirkətində 876,96 manat sığorta haqqını ödəməklə 01.08.2018-ci il tarixindən 01.08.2021-ci il tarixinədək 12.600 manat sığorta məbləğində maddi zərərdən sığortalanmışdır. Nəqliyyat vasitəsinin sığortası şəhadətnaməsindən görünür ki, **-PT-*** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” markalı minik avtomobil Cavabdeh şirkəti tərəfindən “Standard İnsurance” sığorta şirkətində 587,15 manat sığorta haqqını ödəməklə 03.07.2019-cu il tarixindən 01.08.2021-ci il tarixinədək 12.600 manat sığorta məbləğində maddi zərərdən sığortalanmışdır. Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Cənub regional X12 İdarəsi təfindən avtomobildə baş vermiş yanğın hadisəsi ilə bağlı tərtib edilmiş “Yanğın haqqında akt”a əsasən yanğının avtomobildəki elektrik naqillərindən baş verdiyi güman edilmişdir. Lənkəran şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin elmalatxanasının sədri X1 19.10.2020-ci il tarixli rəyindən görünür ki, **-PT-*** dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” markalı minik avtomobilə dəymiş ziyanın məbləği 8130 manat kimi müəyyən edilmişdir. AXA MBASK sığorta şirkəti tərəfindən İddiaçı 13.10.2020-ci il tarixli ərizəsinə cavab olraq 03/4062 saylı, 03.11.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, **-PT-*** dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” markalı avtomobil 2018-ci il tarixində Cavabdeh şirkəti tərəfindən kasko sığortası üzrə sığortalanmış, lakin 2019-cu ildə şirkətə aid bütün sığorta müqavilələrinə xitam verilmişdir. 04.10.2019-cu il tarixli xəbərdarlığın (pretenziya məktubu) surətindən görünür ki, «Premier Lizinq” MMC tərəfindən vurulmuş 14.376,96 manat məbəğində ziyanın könüllü ödənilməsi ilə bağlı xəbəradar edilmişdir. Mədaxil qəbzindən (№6********) görünür ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı idia üzrə cavabdeh) tərəfindən hazırki ilik iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AD seriyalı 291035 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PT-*** dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” markalı avtomobil Cavabdeh MMC-nin adına 31.07.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. 26.04.2021-ci il tarixli 136/01 saylı maliyyə arayışından görünür ki, İddiaçı 31.07.2018-ci il tarixli, 59 saylı maliyyə lizinq müqaviləsi üzrə 16.04.2021-ci il tarixə Cavabdeh MMC-yə əsas borcu 7.200 manat, faiz borcu 1.828,71 manat, cəmi 9.028,71 manat borcu vardır; 14.01.2021-ci il tarixli və 21.01.2021-ci il tarixli xəbərdarlıqların (pretenziya məktubu) surətindən görünür ki, İddiaçı 59 saylı maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün yaranmış borcunun 7 (yeddi) gün müddətində ödənilməsi, əks təqdirdə yaranmış borcun və daxili lizinq müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC tərəfindən xəbərdar olunmuşdur. Mədaxil qəbzindən (№ 7********) görünür ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən hazırki ilik iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2393 və 9/3829 nömrəli, 27.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında olan “Ford Fiesta” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə baş vermiş yanğının mənbəyi, avtomobilin salon hissəsində, cihazlar panelinin arxa tərəfində olmuş və yüksələn xətt istiqamətində inkişaf etməsinə baxmayaraq avtomobilin salonuna yayılmamışdır. Yanğın, elektrik naqillərində yaranmış qəza halından (qısa qapanmadan, keçirici müqavimətin artmasından və s.), həmin qəza halı yaranmış naqilin izolyasiya örtüyünə bitişik (və ya yanşı) yerləşən alışqan təbiətli materialların alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Yanğının konkret olaraq hansı növ elektrik təbiətli qəza halından baş verməsini müəyyən etmək mümkün olmadığına görə, baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulması halı müəyyən edilmədi. Nəzərə hesablama yolu ilə, "xxxx" MMC-nin 19.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı **-PT-*** dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8220,00 manat müəyyən edilmişdir. O cümlədən dəyişməli hissələrin qiyməti – 7620,00 manat; təmir-bərpa işlərinin qiyməti 600,00 manat müəyyən edilmişdir. Məhkəmə ilkin iddia ərizəsində qeyd edilən dəlillərin qiymətləndirilməsinə keçməmişdən əvvəl qarşılıqlı iddia ərizəsində öz əksini tapmış xüsusatlara diqqət yetirməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 747.1-ci, 747- 5.1-ci və 747-5.2.1-ci maddələrinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Beləliklə, lizinq müqaviləsi aşağıdakı əlamətlərlə xarakterizə olunur:
1. Lizinq verənin maliyyələşdirmə (investisiya qoyma) marağının olması. Yəni lizinq obyekti bir əşya kimi lizinq verən üçün əhəmiyyət kəsb etmir, məhz gəlir əldə etmək məqsədi ilə alınır və lizinq ödənişləri lizinq obyektinə qoyulmuş kapitaldan əldə olunan gəlirdir.
2. Lizinq obyekti bir qayda olaraq, lizinq alanın seçimi üzrə və onun tərəfindən göstərilən satıcıdan əldə olunur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 31 iyul 2018-ci il tarixli alqısatqı müqaviləsinə görə satıcı X7 2013-cü il buraxılışlı “Ford Fiesta” markalı avtomobili 17500 manat müqabilində Cavabdeh MMC-yə satmışdır. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2018-ci il tarixli “Maliyyə Lizinqi” müqaviləsinə əsasən lizinq obyekti - dəyəri 17500 manat olan “Ford Fiesta” markalı minik avtomobil lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində lizinq verənə təqdim edilmişdir. Lizinq müddəti 36 ay həddində, ilkin ödəniş 7000 manat məbləğində razılaşdırılmışdır. 19.10.2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində lizinq obyektinə zərər dəymiş, lakin yanğın yüksələn xətt istiqamətində inkişaf etməsinə baxmayaraq avtomobilin salonuna yayılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2393 və 9/3829 nömrəli, 27.09.2021-ci il tarixli ekspert rəyi ilə baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Həmçinin 2013-cü il buraxılışlı **-PT-*** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8220,00 manat məbləğində olması müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 748-1.12.4-ci maddəsinə müvafiq olaraq lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İddiaçı hadisə baş verməzdən əvvəl lizinq verənə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmədiyi və bununla da müqavilə şərtlərini pozduğu işin mübahisələndirilməyən halıdır. İddiaçı - lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən, iddiaçının lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ yaranmışdır. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi lizinq müqaviləsi icarə xarakterli müqavilədir. Mülki Məcəlləyə əsasən isə icarə münasibətləri icarəyə götürülən obyektdən, həmçinin onun bəhərindən istifadə edilməsi və gəlir götürülməsi imkanını nəzərdə tutur (Mülki Məcəllənin 700.1-ci maddəsi). Bu təhlil belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Məhkəmə ilkin və qarşılıqlı iddiada tələb olunan pul vəsaitləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır. Beləliklə lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Yuxarıda qeyd edildiyi kimi lizinq alan lizinq müqaviləsində müəyyənləşdirilmiş şərtlərə əməl etməmiş, lizinq obyektindən istifadə üçün ödəməli olan haqqı bəzi aylar üzrə yarımçıq ödəmiş, bəzi aylar üzrə isə ümumiyyətlə ödəməmişdir. Bununla da lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququndan başqa, qarşılıqlı iddia üzrə iddiaçının lizinq alandan avtomobildən istifadə etdiyi, lakin lizinq ödənişlərini etmədiyi müddət üçün yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı aylıq ödənişləri tam həyata keçirmək əvəzinə 17.02.2020-ci ildən sonra 01 iyul 2020-ci il tarixdə 300 manat, 24.08.2020-ci il tarixdə 220 manat və 01.09.2020-ci il tarixdə isə 150 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən 150 manat məbləğində sonuncu dəfə öəniş etmiş lizinq alanın 01.09.2020-ci il tarixindən hadisə baş verən tarixə qədər ümumiyyətlə ödəniş etmədiyi müəyyən edilmişdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Məhkəmə lizinq predmeti olan avtomobilin yanmasına səbəb olan halları müəyyən etmək məqsədilə yanğın-texniki ekspertizanın təyin edilməsini labüd hesab etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2393 və 9/3829 nömrəli, 27.09.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında olan “Ford Fiesta” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, avtomobilin üzərində mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malik olan ilkin iddia üzrə iddiaçının təqsirli olmadığı səbəblərdən bundan məhrum olmasının lizinq müqaviləsi üzrə edilmiş ilkin ödənişin geri qaytarılması ilə nəticələnməsi daha ədalətli və ağlabatan olar. Lakin məhkəmə hesab edir ki, İddiaçı hadisə baş verənə qədər avtomobildən istifadə etdiyi dövr üzrə lizinq ödənişlərinin həyata keçirilməsində gecikməyə yol verdiyi və nəticədə borcu yarandığı nəzərə alınmalı, ilkin ödəniş məbləğindən müqaviləyə əsasən avtomobildən istifadə etdiyi dövr üçün yaranmış borc məbləği çıxılmalıdır. İşin yuxarıda araşdırılmış hallarını və ələxüsus İddiaçı öhdəliyin pozulmasında təqsirli olmadığını nəzərə alan məhkəmə hesab edir ki, “müqavilə üzrə yaranmış borcun tutulması”na dair iddia tələbi digər hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 749.1-ci kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. İlkin və qarşılıqlı iddianın digər tələbləri ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə ilkin iddianın “lizinq müqaviləsi üzrə ödənilmiş 6500 manat məbləğində pulun (aylıq ödənişlərin) qaytarılması” tələbi ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Belə ki, ilkin iddia bu hissədə rədd olunmalıdır. İlkin iddianın “iddiaçı tərəfindən ödənilmiş 876,96 manat məbləğində sığorta haqqının qaytarılması” ilə bağlı hissəsinin rədd edilməsi qənaətinə gələrkən məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırki tələb cavabdehlik daşımayan şəxsə münasibətdə yönləndirilmişdir. Belə ki, mübahisə predmeti olan məbləğ Cavabdeh MMC ilə "xxxx" Sığorta Şirkəti arasında bağlanmış sığorta müqaviləsi üzrə sığorta haqqı qismində ödənilmiş, daha sonra həmin müqavilə üzrə yaranmış bütün öhdəlikər “Standard İnsurance” SŞ-yə ötürülmüşdür. Mülki Məcəllənin 930.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməli, iddiaçı "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31.07.2018-ci il tarixli 059 saylı "X9" ləğv edilməli, “Ford Fiesta” markalı, **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı, avtomobil cavabdeh İddiaçı alınaraq, iddiaçı "xxxx" MMC-yə qaytarılmalı, "xxxx" MMC-dən 3959,76 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, ilkin və qarşılıqlı iddialar digər hissələrdə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 31.07.2018-ci il tarixli 059 saylı "X9" ləğv edilsin. “Ford Fiesta” markalı, **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı, avtomobil İddiaçı alınaraq "xxxx" MMC -yə verilsin. "xxxx" MMC-dən 3959,76 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İlkin və qarşılıqlı iddialar digər hissələrdə rədd edilsin. İlkin iddia üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-dən tutularaq ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilsin. İlkin iddia üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçılar) İddiaçı tutularaq ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 manatın 100 manatı İddiaçı, 100 manatı isə "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Cəmilə Musayeva