Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2098/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X8 cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsu “Toyota rav 4” markalı, **-NP- *** dövlət qeydiyyat nişanlı avtomobili 20.07.2020-ci il tarixdə, saat 13:45-də “Ford transit yük” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən arxadan xəsarət yetirilmişdir. Hadisə yerinə Ata sığorta, DYP inspektoru gələrək hadisənin qeydə alınmışdır. İcbari Sığorta haqqında AR qanununun 27.1.6-cı maddəsinə əsasən sığorta şirkəti ona dəymiş tam zərəri qarşılamalıdır. Lakin 5 aydır ki, ona dəymiş tam zərəri ödəmirlər. Ona dəymiş zərərin tam ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı X8 ərizə ilə məhkəməyə müraciət edərək özünün əsl İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, 440 manat məbləğində sığorta ödənişi onun tərəfindən verilən razılığa əsasən hesabına köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddiaya etiraz edərək iddiaçı X3 “AtaSığorta" ASC-yə qarşı "pul” tələbinə dair iddiasının rədd olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. 20.07.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 04.04.2020-ci il tarixdə, saat 13:45-də Ə.Əliyar küçəsində “Ford transit yük” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhəri DYPİ tərəfindən verilmiş Nəqliyyat vasitəsinin zədələnməsi barədə 20.07.2020-ci il tarixli, 033559 saylı arayışdan görünür ki, 20.07.2020-ci il tarixdə, saat 13:45-də Ə.Əliyar küçəsində X9 “Ford transit” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə X5 məxsus “Toyota rav 4” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurulmuşdur. "xxxx" MMC-nin 21.07.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota rav 4” markalı avtomobilin təmirinə 873 manat xərc hesablanmışdır. “AtaSığorta" ASC tərəfindən X5 ünvanlanmış 16.10.2020-ci il tarixli, AS-20/1316 saylı məktubdan görünür ki, "xxxx" ASC ilə X7 arasında 11.01.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Ford Transit” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Şirkətə ərizə ilə müraciət edilərək həmin avtonəqliyyat vasitəsinin 20.07.2020-ci il tarixdə qəzaya uğradığı və nəticədə ona məxsus “Toyota RAV4” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyi bildirilməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş zərər 440,00 (dörd yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək istəyirlər ki, AR Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq, “Toyota RAV4” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün müəyyən edilmiş 440,00 (dörd yüz qırx) manat məbləğində zərər məbləği ilə razı olmadığı halda avtomobilə dəymiş zərərin müstəqil ekspert kimi “Sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrinə daxil edilmiş və müstəqil ekspert kimi fəaliyyət göstərən X6 tərəfindən qiymətləndirilməsi ilə razı olubolmamağı, razı olmadığı təqdirdə “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 10.10-cu maddəsinin tələbinə uyğun olmaqla tərəfindən təklif edilən müstəqil ekspert barədə Cəmiyyətə məlumat verilməsini xahiş etmişlər. 03.05.2021-ci il tarixli 004177 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 440 manat məbləğində sığorta ödənişi İddiaçı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.05.2021-ci il tarixli, 9/2521 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 21.07.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Toyota Rav 4” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 680,0 manat müəyyən edilir. (aparılmış ekspertiza tədqiqatının dəyəri: 100 manat). İşin mübahisələndirilməyən hallarından görünür ki, 20.07.2020-ci il tarixdə, saat 13:45-də Ə.Əliyar küçəsində X9 idarə etdiyi “Ford transit yük” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə İddiaçı məxsus “Toyota rav 4” markalı, **- NP-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. "xxxx" ASC ilə X7 arasında 11.01.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Ford Transit” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş zərər 440,00 (dörd yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Hadisə nəticəsində avtomobilə dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 03.05.2021-ci il tarixli 004177 saylı ödəniş tapşırığına əsasən sığorta müqaviləsində avtomobilin mülkiyyətçisi və faydalanan şəxs qismində qeyd edilmiş İddiaçı onun razılığına əsasən ödənilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 927.1-ci və 927.2-ci maddələrinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilir: - zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; - sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; - sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; - sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. 03.05.2021-ci il tarixli 004177 saylı ödəniş tapşırığından göründüyü kimi, İddiaçı "xxxx" ASC tərəfindən 440 manat məbləğində sığorta ödənişinin hesabına köçürülməsinə etiraz etməməklə cavabdehin müəyyən etdiyi zərərin məbləği ilə razılaşmışdır. Belə ki, yuxarıda qeyd edilən maddələrin məzmununa görə sığorta ödənişinin həyata keçirilməsi tərəflər zərərin miqdarı barədə razılığa gəldikdən sonra baş verir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və işə baxılması ilə əlaqədar çəkilən digər xərclər onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2098/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2098/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver