Məhkəmə qərarları › İş №2(006)-2110/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2110/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2110/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 yanvar 2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək, ailə həyatı qurmuşdur. Birgə nikahdan 23 iyul 2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Ailə qurduqları ilk günlərdən Turalla yaxşı münasibətləri olsa da, sonradan ailədaxili mübahisələri olmuşdur. Mübahisələr davamlı xarakter daşıdığından ailə münasibətləri kəskin dərəcədə pisləşmişdir. Dəfələrlə onun ailədə davranışına irad bildirməyinə baxmayaraq, o, öz hərəkətlərindən əl çəkməmiş və ikisi arasında mübahisələr yaranmışdır. Ona görə də cavabdehlə ailə münasibətləri faktiki olaraq pozulmuşdur. O, uzun müddətdir ki, qızı ilə birlikdə cavabdehdən ayrı yaşayır. X2 azyaşlı olduğundan və onun daimi olaraq qulluğa ehiyatcı olduğundan, o, heç bir yerdə işləyə bilmir. Yəni onun azyaşlı olması onun hansısa işdə işləməsinə imkan vermir. Bu da maddi tərəfdən ona böyük sıxıntılar gətirir. Ona görə də X1 üçün Cavabdeh aliment tələb edir. Həmçinin hazırkı mübahisə ilə əlaqədar ailə mediasiya keçirilmişdir. Keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və bundan yayınmışdır. Ona görə də Cavabdeh qızı X1 üçün alimentin məhkəmə qaydasında tutulmasını istəyir. Qeyd etdiklərinə əsasən, hesab edir ki, 23 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat aliment Cavabdeh tutularaq ona ödənilməlidir. İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 21.02.2022-ci il tarixli MŞB/6-144 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, X3 18.02.2022-ci il tarixinə, saat 17:00-18:00 aralığına təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.01.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 989413 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 arasında 06.01.2015-ci il tarixdə bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 04 № ilə qeyd edilməklə nikah bağlanmışdır. 1 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən 03.11.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 860040 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23.07.2016-cı il tarixdə anadan olmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir. İddiaçının bildirdiyinə görə, cavabdeh birgə nikahdan olan uşağın saxlanılması üçün zəruri maddi dəstəyi göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 23.07.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11.03.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23.07.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11.03.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar