Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2132/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununda sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduğu üçün nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən 1998-ci ildə hərbi xidmətə çağrılmışdır. xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə xx.xx.1999-cu il tarixdə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə, posta gedərkən qar uçurumuna düşmüş və bir sutkadan artıq qar uçurumunda qaldığına görə ayaqlarını don vurmuşdur, bundan sonra o, Gəncə şəhərində N saylı hərbi xəstəxanada, sonra isə Bakı şəhərində Papanin xəstəxanasında bir neçə ay müalicə olunmuşdur. Don vurma nəticəsində sağ ayaq barmaqlarının dördüncü dərəcəli donvurmasına görə birinci və dördüncü barmaqların əsas falanqalarının distal ucları, beşinci barmağın ayaqdarağı falanqa oynağı səviyyəsində amputasiya olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən Yevlax Rayon Hərbi Komisarlığı tərəfindən 1998-ci ildə hərbi xidmətə çağrılmış İddiaçı hərbi xidmət keçərkən, xx.xx.1999cu ildə aldığı travma-“Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti Vəzifələri) yerinə yetirərkən alınmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə məlumatına əsasən xx.xx.2014-cü ildən sağ ayağın donvurmaya görə birinci və ikinci barmaqların falanqadan, beşinci barmağın əsas falanqadan amputasiyasından sonra sağ ayağın anqilrofanevrogen davamlı ağrı sindromu ilə sağ və qan dövranın pozulması sağ dirsək oynaqların deformasiyası diaqnozu ilə müddətsiz olaraq ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olaraq əlilik müəyyən edilmişdir. Əmək qabiliyyətsiz hesab edilir. O, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət edərək "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanununa əsasən ikinci qrup dərəcəsi təyin olunması ilə əlaqədar ona düşən sığorta ödənişinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 16 fevral 2023-cü il tarixli məktuba əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunun 5-ci maddəsinin “ç” bəndi əsas gətrilərək bildirilmişdir ki, o, 1999-cu il tarixdə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 3 ildən artıq keçdikdən sonra, yəni 23 iyun 2004-cü ildə ikinci qrup əlillik dərəcəsi almışdır və bu səbəbdən sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 5-ci maddəsinin ç bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi verilir. Cavabdeh orqanın imtinasını tam əsassız hesab etmişdir. Belə ki, o, sığorta edilən hərbi qulluqçu statusuna malik olmuş və hərbi xidmət dövründə vəzifələrini yerinə yetirərkən aldığı xəsarətə görə ona ikinci dərəcəli əlillik verilmişdir. Hərbi xidmətdə olduğum dövrdə sığorta hadisəsi baş vermiş və bununla da Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Qeyd etmişdir ki, ona əlilliyin müəyyən edilməsi üçün vaxtında müraciət etsə də, ondan asılı olmayan səbəblərdən əlillik gec təyin edilmişdir. Yəni qanunla müəyyən edilən müddət üzrlü səbəblərdən ötürülmüşdür. Həmin vaxtdan hələdə, səhhəti yaxşı deyil, daimi olaraq müalicələr alır. Əmək qabiliyyətini itirmişdir. Cavabdeh Azərbaycan Respublikası X1 Şirkəti etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan vətəndaşın hərbi xidmət dövrü barədə arayışa əsasən, şəxs xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş AR MN-nin MHHK-nın xx.xx.2003-cü il tarixli, 343 nömrəli qərarına əsasən, şəxsin almış olduğu travma hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. İş materiallarına əlavə olunmuş TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən, iddiaçıya xx.xx.2014-cü il tarixində müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. İddiaçının sığorta ödənişinin alınması ilə bağlı şirkətə edilmiş müraciətinə əlavə olunmuş müayinə aktından çıxarışa əsasən, şəxsə ilk dəfə xx.xx.2004-cü il tarixində İİ qrup ilkin əlillik təyin edilmişdir. İddiaçının hərbi xidmət dövründə xəsarət almasına görə ona əlilliyin təyin olunması təyinatın həyata keçirildiyi zaman qüvvədə olan qanunvericiliyə və kassasiya instansiyası məhkəməsinin formalaşdırdığı praktikaya uyğun olaraq sığorta hadisəsi hesab edilmir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 5-ci maddəsinin “ç” bəndinin xx.xx.2013-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir: ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda:İ qrup — 80 faiz; İİ qrup — 60 faiz; İİİ qrup — 40 faiz. İstinad olunan normanın mənasına görə, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün sığorta olunan həqiqi hərbi xidmətdən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar, yəni hərbi xidmət keçdiyi zaman xəsarət almış və bu səbəblə vaxtından əvvəl ehtiyata buraxılmış olmalı, habelə, bundan sonra 3 il müddətində sığorta olunana bu səbəblə əlillik təyin edilməlidir. Lakin, işin hallarından görünür ki, iddiaçı həqiqi hərbi xidmətdən xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vaxtından əvvəl deyil, xidmət müddətinin basa çatması ilə əlaqədar ehtiyata buraxılmışdır. Bu halda təyin olunan əlillik isə normanın tələbi baxımından hadisənin sığorta hadisəsi hesab edilməsini istisna edir. “İcbari sığortalar haqqında” AR Qanununun 14.2 və 14.2.3-cü maddələrinə əsasən, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətlərində ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə görə, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 8.1.3-cü maddəsinə əsasən, baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. İşin hallarına əsasən, iddiaçı xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ehtiyata buraxılmış olsaydı belə, yenə də hadisə yuxarıda istinad olunan normaların tələbi baxımından, sığorta hadisəsi hesab edilməyəcəyindən, sığorta ödənişi verilə bilməzdi. Belə ki, iddiaçı xx.xx.1999-cu ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da, hərbi xidmət dövründə alınmış xəsarətə görə ona istinad olunan normalarla müəyyən olunmuş 3 illik kəsici müddət ötürüldükdən sonra, yəni xx.xx.2014-cü ildə ilk dəfə əlillik təyin edilmişdir. Sığorta qanunvericiliyinin istinad olunan normalarına əsasən, əlilliyin sığorta hadisəsi hesab edilməsi və sığortaçının sığorta ödənişi vermək öhdəliyini yarada bilməsi üçün əlillik sığorta olunana xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxıldığı gündən 3 il müddətində təyin edilməlidir. Bu kəsici müddətin sığorta olunan tərəfindən ötürülməsi Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığorta hadisəsi hesab edilmədiyinə görə, dolayısı ilə sığorta təminatına da daxil deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata va ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, o, 1999-cu il tarixdə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni 23 iyun 2004-cü ildə İİ qrup əlillik dərəcəsi almışdır. Bu səbəbdən qanunvericiliyin istinad olunan maddəsinə əsasən, ona sığorta ödənişinin verilməsi qeyrimümkündür. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli qərarından görünür ki, Yevlax RHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmiş, vətəndaş İddiaçı hərbi xidmət keçərkən, xx.xx.1999-cu ildə aldığı travma - diaqnoz: «Davamlı ağrı sindromu ilə müşaiyət olunan sağ ayağın donvurmadan sonrakı İİ məhələ angiotrofonevrozu, qan dövranı və funksiyanın mülayim, dərəcədə pozulması ilə. Sağ ayaq barmaqlarının İV dərəcəli donvurmasına görə İ-İV barmaqların əsas falanqalarının distal ucları, V barmağın ayaqdarağı falanqa oynağı səviyyəsində amputasiyasından sonrakı güdülləri», nə səbəbə ki, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi N saylı hərbi hissədə və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi MHKH-da müayinə və müalicə olunmuşdur (N saylı hərbi hissənin xx.xx.1999-cu il və MHKH-ın xx.xx.1999-cu il tarixli çıxarış epikrizləıi, MHKH-m xx.xx.1999-cu il tarixli 5876 saylı xəstəlik tarixi, N saylı hərbi hissə komandirinin verdiyi xx.xx.1999-cu il tarixli 150 saylı travmanın alınma şəraiti haqqında arayışı Yevlax RHK-nın xx.xx.2003-cü il tarixli 1730 saylı arayışı), «hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır». İş materiallarında olan Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Yevlax rayon şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xidmət etmə dövrü xx.xx.1998-xx.xx.1999-cu illər, tərxis olunduğu tarix xx.xx.1999cu il qeyd edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı “sağ ayağın donvurmaya görə İ-İİ barmaqların falanqadan v barmağın əsas falanqadan səviyyəsində amputasiyasından sonrakı vəziyyət sağ ayağın angitrofonevrogen davamlı ağrı sindromu ilə sağ a/ə qan dövranın pozulması sağ dirsək oynaqlarının deformasiyası” diaqnozu qoyulmuş, xx.xx.2014-cü il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyin edilməklə, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixdə İddiaçı adına açılmış hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Yevlax şəhər hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən xx.xx.1998-ci il tarixdə xidmətə yararlı hesab edilməklə hərbi hissəyə göndərilmiş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respubliksının Müdafiə Nazirliyinin xx.xx.1997-ci il tarixli 30 № əmri ilə Azərbaycan Respublikasını Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (tərxis edilmişdir). Həmin hərbi biletdən həmçinin görünür ki, xx.xx.2004-cü il tarixində tibbi müayinələr və peyvəndlər haqqında məlumatlar qrafasında xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının MN-nin MHK-nin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 68v, 45q maddəsinə Azərbaycan Respublikası MN-nin xx.xx.1997-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətə məhdudiyyətlə yararlı” hesab edilir qeydi aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xidməti dövrünü xx.xx.1998-ci il tarixdə başlamaqla xx.xx.1999-cu tarixdə Azərbaycan Respublikasını Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin MHHK-nin xx.xx.2003-cü il tarixli qərarına əsasən ona İİ dərəcəli əlillik verilmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə sığorta ödənişinin verilməsinin sığorta hadisəsindən 3 il müddət keçməklə İİ qrup əlillik dərəcəsi alması səbəbindən qeyrimümkün olması bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və xx.xx.1992-ci ildən qanuni qüvvəyə minmiş «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Qanunverciliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s.öz əksini tapır. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarı ilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanı ilə sığortalanmanın qaydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, 99-6 saylı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanına əsasən, sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz nisbətlərində verilir. Göstərilən Qanunun 3-cü maddəsinə və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Göründüyü kimi iddiaçı hərbi xidmətdən “hərbi xidmətə məhdudiyyətlə yararlı” hesab edilməklə xx.xx.1999-cu il tarixdə ehtiyata buraxılmış, həkim komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən aldığı travmaların hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması müəyyən edilməklə 3 ildən artıq müddət keçdikdən sonra İİ qrup əlillik dərəcəsini almışdır. Bu səbəbdən, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2132/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2132/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver