Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2160/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qızıl-zinət əşyaları və əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət və cehiz əşyalarının və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun alınaraq qaytarılması, cavabdehlə birgə nikah vaxtı Sabunçu rayonu Maştağa qəsəbəsi Daş karxanası 4-cü sahədə yeni yaşayış massivində aldıqları 3 sot torpaq sahəsində tikdikləri 3 otaqlı evə onu uşaqları ilə birgə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 15 aprel 2005-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Nikahlarını 15 aprel 2006-ci ildə Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsində rəsmləşdirmişlər. Bu birgə nikahdan onların iki övladları, 08.06.2006-ci il təvəlüdlü X3 və 27.01.2010-cu il təvəlüdlü X4 adlı övladları olmuşdur. Sonradan Cavabdeh1 ilə münasibətləri pozulmuş və Salyan rayon məhkəməsinin 2(057)- 749/2018 saylı qətnaməsi ilə nikahları ləğv olunmuş, övladları 08.06.2006-ci il təvəlüdlü X1 və 27. 01.2010-cu il təvəlüdlü X2 onun himayəsində saxlanması və cavabdehdən hər uşaq üçün hər ay 100 manat - cəmi 200 manat alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, o cavabdehlə ailə qurduqdan sonra onun qeydiyyatda olduğu ünvan 1 ünvana cehizləri ilə birgə gəlin köçmüşdür. Sonradan birgə nikah vaxtı 2008-ci ildə Sabunçu rayonu Maştağa qəsəbəsi Daş karxanası 4-cü sahədə yeni yaşayış massivində 3 sot torpaq sahəsini Bələdiyyə sənədinə əsasən alqı-satqı ilə alaraq, həmin torpaqda özlərinə özbaşına tikili kimi 3 otaqlı (3 otaq, Mətbəxt, hamamtualet, karidor və sair) kürsülü qarşısında navesi olan hər cür komunal şəraitli özlərinə ev tikmişlər və cehizlərini də həmin evə gətirmişlər və uzun müddət həmin evdə cavabdehlə birgə yaşamışlar. Sonradan cavabdeh onu döyərək uşaqları ilə evdən qovmuşdur və hazırda onu yaşadıqları-cehizləri olan evə buraxmır. O evdən qovularkən cehizləri və qızılzinət əşyaları həmin evdə qalmışdır. Cavabdehdən onu uşaqları ilə mübahisəli evə könüllü köçürülməsini və cehizlərinin-qızıl-zinnət əşyalarının qaytarılmasını tələb etsə də onları evə buraxmır, əmlaklarını qaytarmır. Məhkəmənin nəzərinə çatdırır ki, onun uşaqları ilə yaşamağa başqa yeri yoxdur, hazırda kirayədə yaşayırlar. Bu səbəbdən də o məcbur olub məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Cehiz Əşyaları: Taxt-850 manat, Şfaner 1 ədəd-400 manat, Termo-1 ədəd- 300 manat, Divar mebel dəsti-2200 manat, divan-650 manat, kreslo -2 ədəd 400 manat, stol 6 ədəd-180 manat, stul-400 manat, jumalni stol-1 ədəd 200 manat, Xalça-2 ədəd 4\5m ölçüdə cəmi qiymət 1200 manat, Çay servisi 1 dəst-200 manat, yemək servisi 1 dəst-360 manat, kofeni servis-1 dəst-180 manat, qaşıq dəsti-12 ədədlik dəst-210, bıçaq dəsti çemodan- 100 manat, Xurustal çay stəkanı 24 ədəd- 50 manat, xurustal içki stəkanı-24 ədəd-40 manat, şüşə çay stəkanı-36 ədəd-36-manat, şüşə su stəkanı-48 ədəd-48 manat, şüşə içki 1 stəkanı-48 ədəd-25 manat, xur.armudu stəkan-30 man., güldan xur.-2 ədəd-45 manat, xur. konfet qabı-3 ədəd-60 manat, salfet qabı- 3 ədəd-18 manat, mürrəbə qabları- 36 ədəd-40 manat, xurustal-külqabı-6 ədəd-42 manat, şamdan 3 ədəd-40 manat, qəfədan-5 ədəd-120 manat, çaynik-6 ədəd 40 manat, padnos-dəst-3 əd.-35 manat, tort qabı-12 ədəd-36 manat, yorğan taxt -5 ədəd 250 manat, yorğan tək-2 ədəd-silikon -60 manat, döşək taxt- 1 əd.90 man., döşək tək-3 ədəd-180 manat, odyal-tək-2 ədəd-80 manat, balış-6 ədəd-90 manat, taxt üstü-1 ədəd-150 manat, divan, kreslo üstü-dəst-100 manat, pakrival-2 ədəd-40 man, dəsmal-6 ədəd-90 man, dəsmal (əl-üz)- 8 ədəd-60 manat, balış üzü-6 ədəd-36 manat, skatert plyon. 4 ədəd-20 manat, mətbəxt dəsmal-5 ədə-15 manat, qayçı-2 ədəd-10 man, bıçaq dəsti-3 ədəd-60 manat, aşsüzən, 1 ədəd-15 manat, ütü altlığı-mebel -1 ədəd. 100 manat, ütü-1 ədəd-120 manat, tərəvəz qabı-3 mərtəbə-1 əd. 25 manat,paltar yuyan-1 ədəd- 440 manat ,ləbləbi qabı-5 ədəd-30 manat, paltarları-200 manat, ayaqqabıları- 120 manat, tozsoran 1 ədəd-160 manat, ətçəkən 1 ədəd-70 manat, mikser -lədəd-30 manat, qrafın xur.2 ədəd-35 mnat, sadə qrafın 4 ədəd-32 manat, duxovka-1 əd. 100 manat, çörək qabı-1 ədəd -32 man, ləyən balaca-2 ədəd-40 man, vedrə-2 ədəd 10 manat,vedrə 1 ədəd -8 manat, termoz-2 ədəd. 65 manat, blender-1 ədəd.-60 manat, pərdə-4 dəst-200 manat, lyüstr-3 ədəd 180 manat, uşaq çarpayısı, 2 ədəd 340 manat, 2 ədəd tok çayniki-80 manat,soyuducu “Veste”-1 ədəd-300 manat, televizor-1 ədəd -350 manat, CƏMİ - 13156 manat (on üç min yüz əlli altı manat). Qızılzinnət əşyaları: Tras boyunbağı- ortasında klon - 1 ədəd- 1250 manat Tros qolbaq-1 ədəd- 800 manat. Fantaziya - 1 dəst ( sırğa, üzük)- 1300 manat Nişan üzüyü-1 ədəd.-8500 manat Uşaq sırğası - 1 dəst - 120 manat Uşaq qolbağı-1 ədəd. -360 manat Üzük qaşlı-1 ədəd.-300 manat Üzük paxla-1 ədəd 350 manat Üzük iki qaşlı-1 ədəd- 300 manat. cəmi - 5630.manat. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2160/2021 saylı, 01.07.2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının və ya dəyərinin cavabdehdən alınaraq qaytarılması və evə köçürülmə” tələblərinə dair iddianın İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Salyan Rayon Məhkəməsinin 2(057)-749/2018 nömrəli, 01.08.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 Cavabdeh1 qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 ilə X6 arasında 15 aprel 2006-cı il tarixli Bakı şəhəri, Nəsimi rayon VVADQ şöbəsində 180 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 08.06.2006-cı il təvəllüdlü X3 və 27 yanvar 2010-cu il təvəllüdlü X2 nikah pozulandan sonra anaları X5 yanında qalmaları, tərəflərin birgə nikahından doğulmuş 08 iyun 2006-cı il təvəllüdlü X3 və 27 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 30.03.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh1 alınaraq, iddiaçı X6rıa verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Salyan rayon qeydiyyat şöbəsi tərəfindən 24.09.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 298949 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 X6 ilə nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24.09.2018-ci il tarixdə 118 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Nəcəfova soyadı verilmişdir. Sabunçu rayon icra şöbəsinin icra məmurları, hal şahidləri, borclunun anası və tələbkarın iştirakları ilə tərtib edilmiş və imzalanmış 13.04.2021-ci il tarixli aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, 4-cü sahədə yerləşən yeni yaşayış massivi ünvanına baxış keçirilən zaman evdən icra sənədində göstərilən 180 manat dəyərində olan 6 ədəd stol, 440 manat dəyərində olan 1 ədəd paltaryuyan, 100 manat dəyərində olan soba (duxovka), 60 manat dəyərində olan 2 ədəd termos, cəmi 13156 manat dəyərində olan qızıl-zinət əşyaları istisna olmaqla icra sənədində göstərilən əşyaların üzərinə həbs qoyulmişdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 15 aprel 2006-cı il tarixdə nikah münasibətlərinə daxil olmuşlar. Bir müddət keçdikdən sonra aralarında olan nikah pozulmuş, iddiaçı yaşadığı evi tərk etmişdir. Hal-hazırda tərəflər ayrı yaşayırlar. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus əşyaların cavabdehin yaşadığı mənzildə qaldığını, cavabdehin onları könüllü şəkildə təhvil verməkdən imtina etdiyini bildirərək, əşyalarının qaytarılmasını tələb edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Mülki iş üzrə mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçıya məxsus əşyaların qanunsuz olaraq ondan götürül-götürülməməsidir. Qeyd edilən halı da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından və icra məmuru tərəfindən tərtib edilmiş aktda öz əksini tapmayan cehiz əşyalarından məhrum olmuş və həmin əşyalar məhz cavabdehlərin faktiki sahibliyindədir. İddiaçı qızıl-zinət əşyalarının qaytarılmasına dair tələbini sübut etmək üçün bir sıra fotoşəkilləri təqdim etmişdir. Fotoşəkillərdə qızıl-zinyət əşyalarının iddiaçının üzərində olduğu aydındır. Lakin bu şəkillər həmin əşyaların iddiaçıdan alındığını və cavabdehdə olduğunu sübut etmir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının cehiz əmlakları ilə bağlı tələbinin müəyyən hissəsi icra məmuru tərəfindən tərtib edilmiş akta əsasən faktiki olaraq etiraf olunduğundan həmin hissənin onun tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Mənzildə mövcud olmadığı sözügedən aktla təsbit edilən və ümumiyyətlə iddiaçı tərəfindən cehiz əmlak qismində həmin mənzilə gətirilmiş olduğu barədə hər hansı sübut təqdim edilməyən əşyaların qaytarılmasına dair iddia tələbi isə (6 ədəd stul (stol), 1 ədəd paltaryuyan, 1 ədəd soba, 2 ədəd termosun) rədd edilməlidir. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları – cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona məxsus olan qızıl-zinət və akta əsasən öz əksini tapmayan əşyaları üzərində faktiki sahiblikdən məhrum olmasını və həmin əşyaların cavabdehlərin sahibliyində olmasını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, qətnamənin nəticə hissəsində adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməlidir. İddia digər hissədə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. Həmçinin əşyaların iddia ərizəsində göstərilən dəyəri ilə bağlı qeyd edilməlidir ki, həmin məbləğlər hazırki bazar qiymətləri nəzərə alınmaqla məntiqli və ağlabatandır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbinin 50%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 222.1, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin: 850 manat dəyərində olan taxt, 400 manat dəyərində olan 1 ədəd şifoner, 300 manat dəyərində olan 1 ədəd trumo, 2200 manat dəyərində olan divar mebel dəsti, 650 manat dəyərində olan divan, 400 manat dəyərində olan 2 ədəd kreslo, 400 manat dəyərində olan stul, 200 manat dəyərində olan 1 ədəd jurnal masası, 4\5 m ölçüdə qiyməti 1200 manat olan 2 ədəd xalça, 200 manat dəyərində olan 1 dəst çay servisi, 360 manat dəyərində olan 1 dəst yemək servisi, 180 manat dəyərində olan 1 dəst kofe servisi, 210 manat dəyərində olan 12 ədədlik qaşıq dəsti, 100 manat dəyərində olan bıçaq dəsti (çamadan), 50 manat dəyərində olan 24 ədəd xrustal çay stəkanı, 40 manat dəyərində olan 24 ədəd xrustal içki stəkanı, 36 manat dəyərində olan 36 ədəd şüşə çay stəkanı, 48 manat dəyərində olan 48 ədəd şüşə su stəkanı, 25 manat dəyərində olan 48 ədəd şüşə içki stəkanı, 30 manat dəyərində olan xrustal armudu stəkan, 45 manat dəyərində olan 2 ədəd xrustal güldan, 60 manat dəyərində olan 3 ədəd xrustal konfet qabı, 18 manat dəyərində olan 3 ədəd salfet qabı, 40 manat dəyərində olan 36 ədəd mürəbbə qabları, 42 manat dəyərində olan 6 ədəd xrustal külqabı, 40 manat dəyərində olan 3 ədəd şamdan, 120 manat dəyərində olan 5 ədəd qəfədan, 40 manat dəyərində olan 6 ədəd çaynik, 35 manat dəyərində olan 3 ədəd podnos dəsti, 36 manat dəyərində olan 12 ədəd tort qabı, 250 manat dəyərində olan 5 ədəd taxt yorğanı, 60 manat dəyərində olan 2 ədəd silikon tək nəfərlik yorğan, 90 manat dəyərində olan 1 ədəd taxt döşəyi, 180 manat dəyərində olan 3 ədəd tək nəfərlik döşək, 80 manat dəyərində olan 2 ədəd tək nəfərlik ədyal, 90 manat dəyərində olan 6 ədəd balış, 150 manat dəyərində olan 1 ədəd taxt üstü, 100 manat dəyərində olan divan-kreslo üstü dəsti, 40 manat dəyərində olan 2 ədəd pokrival, 90 manat dəyərində olan 6 ədəd dəsmal, 60 manat dəyərində olan 8 ədəd əl-üz dəsmalı, 36 manat dəyərində olan 6 ədəd balış üzü, 20 manat dəyərində olan 4 ədəd süfrə plyonka, 15 manat dəyərində olan 5 ədəd mətbəx dəsmalı, 10 manat dəyərində olan 2 ədəd qayçı, 60 manat dəyərində olan 3 ədəd bıçaq dəsti, 15 manat dəyərində olan 1 ədəd aşsüzən, 100 manat dəyərində olan 1 ədəd ütü altlığı, 120 manat dəyərində olan 1 ədəd ütü, 25 manat dəyərində olan 1 ədəd 3 mərtəbə tərəvəz qabı, 30 manat dəyərində olan 5 ədəd ləbləbi qabı, 200 manat dəyərində olan paltarlar, 120 manat dəyərində olan ayaqqabılar, 160 manat dəyərində olan 1 ədəd tozsoran, 70 manat dəyərində olan 1 ədəd ətçəkən, 30 manat dəyərində olan 1 ədəd mikser, 35 manat dəyərində olan 2 ədəd xrustal qrafin, 32 manat dəyərində olan 4 ədəd sadə qrafin, 32 manat dəyərində olan 1 ədəd çörək qabı, 40 manat dəyərində olan 2 ədəd balaca ləyən, 10 manat dəyərində olan 2 ədəd vedrə, 8 manat dəyərində olan 1 ədəd vedrə, 60 manat dəyərində olan 1 ədəd blender, 200 manat dəyərində olan 4 dəst pərdə, 180 manat dəyərində olan 3 ədəd çilçıraq, 340 manat dəyərində olan 2 ədəd uşaq çarpayısı, 80 manat dəyərində olan 2 ədəd elektrik çayniki, 300 manat dəyərində olan 1 ədəd “Vestel” markalı soyuducu, 350 manat dəyərində olan 1 ədəd televizor. İddia digər hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2160/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2160/2021
23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver