Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-218/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (İddiaçı X2 ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qarşı «borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qarşı «borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin 2 saylı filialından illik 25%-lə 60 ay müddətinə 24500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzili 30.07.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 30.07.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36%-lə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il noyabrın 14-dək Cavabdeh1 2015-ci il 30 iyul tarixli kredit müqaviləsi üzrə banka 20092,18 ABŞ dolları əsas, 20200,85 ABŞ dolları faiz, 64,35 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 40357,39 ABŞ dolları borcu vardır. Xəbərlarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Göstərilənlərə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2015-ci il 30 iyul tarixli kredit müqaviləsi üzrə 20092,19 ABŞ dolları əsas, 20200,85 ABŞ dolları faiz borcu və 64,35 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 40357,39 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldikdə və o satışından 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 2 otaqlı, 31 kv.m.yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 2015-ci il 30 iyul tarixli kredit müqaviləsi üzrə 20092,19 ABŞ dolları əsas, 23772,6 ABŞ dolları faiz borcu və 422,08 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 30 iyul 2020-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 536,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 45823,17 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldikdə və o satışından 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 2 otaqlı, 31 kv.m.yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC) nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh1 nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 2-G1-7-0-342-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 25 faiz olmaqla, 24.500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «İpoteka saxlayan» qismində İddiaçı İKB ASC ilə «İpoteka qoyan» qismində Cavabdeh2 və «Borc alan» qismində Cavabdeh1 arasında bağlanmış 30.07.2015-ci il tarixli ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 24, mənzil 143 öhdəliklərin təminatı kimi İddiaçı İKB ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 65.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 24, mənzil 143 İddiaçı İKB ASC-nin 2 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan İddiaçı İKB ASC-nin Cavabdeh2 ünvanlanmış 08.10.2019cu il tarixli «ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İşin materiallarında olan İddiaçı İKB ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 14.10.2019-cu il tarixli ərizəsindən görünür ki, bank Cavabdeh2 məxsus əmlaka dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş üzrə İddiaçı İKB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 14.11.2019-cu il tarixə banka 20092,19 ABŞ dolları əsas borcu, 20200,85 ABŞ dolları faiz borcu, 64,35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 40357,39 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 12.02.2021-ci il tarixə banka 20092,19 ABŞ dolları əsas borcu, 26451,26 ABŞ dolları faiz borcu, 1422,08 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 536,3 ABŞ dolları olmaqla, cəmi 47965,53 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 18.08.2020-ci il tarixli 68/1-PLS saylı daşınmaz əmlakın (mənzilin) şiymətləndirilməsi barədə hesabatından və 07.06.2021-ci il tarixli, A/01-PLS saylı mənzilin likvid qiymətinin müəyyən edilməsi barədə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən 24 nömrəli evin 143 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti – 68.000 manat, likvid qiyməti 60.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3958 saylı, 21 dekabr 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 30.07.2015-ci il tarixli, 2-G1-7-0-342-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan 21.01.2020-ci il tarixə əsas borc üzrə 23.642 ABŞ dolları, faiz borcu üzrə 20.886,77 ABŞ dolları; 30.07.2020-ci il tarixə əsas borc üzrə 23.642 ABŞ dolları, faiz borcu 23.989,79 ABŞ dolları müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 2-G1-7-0-342-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 25 faiz olmaqla, 24.500 ABŞ dolları məbləğində kredit verilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 30.07.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 24, mənzil 143 öhdəliklərin təminatı kimi İddiaçı İKB ASC-yə ipoteka kimi təqdim edilmiş, cavabdehə Cavabdeh1 xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 30.07.2020-ci il tarixə əsas borcu 23.642 ABŞ dolları, faiz borcu 23.989,79 ABŞ dolları təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 20.092,19 ABŞ dolları, faiz borcu kimi 23.772,6 ABŞ dolları məbləğində pul tələb olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 20.092,19 ABŞ dolları və 23.772,6 ABŞ dolları faiz borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% illik faiz dərəcəsi olmaqla 536,3 ABŞ dolları məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 536,3 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək kredit müqaviləsi üzrə cərimə borcu 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqaviləsi 2015-ci ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İşdə olan "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən 24 saylı evin 143 nömrəli mənzilinin hazırki bazar qiyməti 68.000 manat, likvid qiyməti 60.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmasını qanuni, əsaslı və ədalətlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aid olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 20.092,19 (iyirmi min doxsan iki ABŞ dolları, on doqquz sent) ABŞ dolları, faiz borcu üzrə 23.772,6 (iyirmi üç min yeddi yüz yetmiş iki ABŞ dolları, altmış sent) ABŞ dolları, cərimə borcu üzrə 500 (beş yüz) ABŞ dolları, kredit müqaviləsi üzrə 30.07.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 536,3 (beş yüz otuz altı ABŞ dolları, otuz sent) ABŞ dolları məbləğindində əldən çıxmış fayda olmaqla, cəmi 44.901,09 (qırx dörd min doqquz yüz bir ABŞ dolları, doqquz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manat, ümumilikdə isə 44.901,09 (qırx dörd min doqquz yüz bir ABŞ dolları, doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 (altmış) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə (İddiaçı İKB ASC) verilməli, tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən, 2 otaqlı, 31 kv.m ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən, 2 otaqlı, 31 kv.m ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinin ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməli və cəmi 44.901,09 (qırx dörd min doqquz yüz bir ABŞ dolları, doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 (altmış) manat məbləğində borcun, ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manatın ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 qaytarılmalı, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən, 2 otaqlı, 31 kv.m ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılmalı və "xxxx" ASC-nə təhvil verilməli, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 2-G1-7-0-342-15 saylı kredit müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq həmin MMC-nin “Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, "xxxx" MMC-nin VÖEN-i: **********, filialın kodu: 502058, VÖEN **********, SWİFT kod: NABZAZ2C, H/h: AZ46NABZ********************, Benefisiarın adı: "xxxx" MMC, müştərinin hesab №-si: AZ65UBAZ**********0060AZN001 hesabına köçürülməlidir. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 20.092,19 (iyirmi min doxsan iki ABŞ dolları, on doqquz sent) ABŞ dolları, faiz borcu üzrə 23.772,6 (iyirmi üç min yeddi yüz yetmiş iki ABŞ dolları, altmış sent) ABŞ dolları, cərimə borcu üzrə 500 (beş yüz) ABŞ dolları, kredit müqaviləsi üzrə 30.07.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 536,3 (beş yüz otuz altı ABŞ dolları, otuz sent) ABŞ dolları məbləğindində əldən çıxmış fayda olmaqla, cəmi 44.901,09 (qırx dörd min doqquz yüz bir ABŞ dolları, doqquz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manat, ümumilikdə isə 44.901,09 (qırx dörd min doqquz yüz bir ABŞ dolları, doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 (altmış) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə (İddiaçı İKB ASC) verilsin. Tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən, 2 otaqlı, 31 kv.m ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən, 2 otaqlı, 31 kv.m ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinin ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilsin və cəmi 44.901,09 (qırx dörd min doqquz yüz bir ABŞ dolları, doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manatın ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilsin, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən, 2 otaqlı, 31 kv.m ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin mənzilə istifadə hüquqları itirilsin, onların həmin mənzildən çıxarılsın, həmin mənzilin boşaldılsın və "xxxx" ASC-nə təhvil verilsin. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 2-G1-7- 0-342-15 saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq həmin MMC-nin “Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, "xxxx" MMC-nin VÖEN-i: **********, filialın kodu: 502058, VÖEN **********, SWİFT kod: NABZAZ2C, H/h: AZ46NABZ********************, Benefisiarın adı: "xxxx" MMC, müştərinin hesab №-si: AZ65UBAZ**********0060AZN001 hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-218/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-218/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver