Məhkəmə qərarları › İş №2(006)-2187/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2187/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2187/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 1380 manat və mənəvi zərərə görə 5000 manat pul vəsaitinin cavabdeh "xxxx"–dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı, 2023-cü ilin fevralın 14-dən “Gülüstan Residence”-də fəaliyyət göstərən "xxxx" MMC-də gecə növbəsində mühafizəçi işləməyə başlamışdır. Eyni zamanda Az MİU-da təhsil aldığına görə yalnız gecə növbəsində işləyə bilmiş və bundan şirkət rəhbərliyinin xəbəri olmuşdur. Əmək müqaviləsində məhz gecə növbəsi göstərilmişdi və onun tərəfindən imzalanmışdı. Əmək müqaviləsinin bitmə tarixi xx.xx.2023-cü il olmuşdur. Bu tarixdən sonra işə davam etsə də, müqaviləyə xitam verilmişdi, yalnız son haqq-hesab aparılmamışdı. Yeni əmək müqaviləsinin son tarixi: xx.xx.2023-cü il olmuşdur. Oktyabr ayının 28-də "xxxx" MMMC rəhbərliyi tərəfindən ona gecə növbəsindən gündüz (09.00-18.00, həftənin 6 günü) növbəsinə keçməsi tələb olunmuşdu və noyabr ayının 1-dən yalnız bu şirkətlə işə davam edə biləcəyi bildirilmişdi. Buna etiraz olaraq o, universitet tələbəsi olduğunu və gündüz işləməsinin mümkün olmadığını bildirmişdir. Bu faktı əmək müqaviləsi bağlananda bildirmişdi və tələbə kartını təqdim etmişdi. Etirazlarına baxmayaraq, 2023-cü ilin noyabr 1 gecə növbəsinə gələndə onun yerinə başqa işçinin çıxarıldığını görmüşdür. Beləliklə, onun işini davam etdirməsi mümkün olmamışdı və o, Əmək Müfəttişliyinə müraciət etmişdir. "xxxx" şirkəti AR Əmək Məcəlləsinin 56.2 maddəsinə düşür və 68.2(c) bəndi ilə tənzimlənir. Lakin "xxxx" rəhbərliyi buna əməl etməyərək Əmək Müfəttişliyinə onun haqqında yalan, şər və böhtan xarakterli məlumat verməkdən belə çəkinməmişdir. Beləliklə, onun əmək müqaviləsinin sonuna iki ay qalsa da, o işini davam etdirə bilməmiş və iş yerinə buraxılmamışdır. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin bitməsinə baxmayaraq, onunla son haqq-hesab aparılmayıb və ona dair sənədlər verilməyib. Yanvar ayının 30-u (2024-cü il) o "xxxx" ofisinə çağırılmış və pul veriləcəyi deyilmişdir. İcraçı direktor Qədirov E. və texniki işlər üzrə İbrahimov R. ona bildirmişdirlər ki, ona düşən müavinət yalnız notariusa gedərək və o orda pulu alıb, "xxxx"-ə qarşı heç bir başqa tələbinin olmamasına dair sənədə imza atmalıdır. Qədirov E. və İbrahimov R. ona göstərsələrdə buna razı olmamışdır. AR ƏM-nin 173-cü maddəsində göstərilən son haqq- hesab sənədlərini verməkdən imtina etmişdirlər. Yalnız polis orqanlarına müraciət etdikdən sonra xx.xx.2024 tarixində 1 Polis bölməsinin sahə inspektorunun iştirakı ilə 276 manat məzuniyyət pulunu almışdır. Başqa pul və sənəd "xxxx" tərəfindən verilməmişdir. Əmək müfəttişliyinin 3-17-5/1-2889/2024 nömrəli qərarı ilə "xxxx" icraçı direktoru Qədirov.E inzibati cərimə növü tətbiq edilmişdir. Mediasiyaya gəlməktən "xxxx" rəhbərliyi imtina etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 izahatında bildirdi ki, 2011-ci ildən "xxxx" MMMC-də işləyir və həmin vaxtdan İddiaçı tanıyır. İddiaçı atasıda onlarla işləyir, daha sonra oğlunu işə qəbul etmişdirlər. İddiaçının iş yerində qəribə hərəkətləri olurdu. İşə arada-sırada gəlirdi, maddə ilə çıxartmaq istəyirdilər, lakin etmədilər. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 izahatında bildirdi ki, o, olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin mühafizəçisidir, iddiaçı ilə iş yoldaşı olmuşdurlar. İddiaçı töhmət verilərkən, o həmin töhməti cırıb, tullamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadəsini dinləyib və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 62 nömrəli “əmək intizamının pozulmasını nəzərə alaraq töhmət verilməsi haqqında” əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən İddiaçı töhmət elan edilməsi, gələcəkdə belə hallar təkrar baş verildikdə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlərin görüləcəyi əmr edilmişdir. İş materiallarında olan Nəsimi-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən İddiaçı edilən xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində işə səhər növbəsində çıxmamasına görə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icraçı direktoru Elçin Qədirova ünvanlanan xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı səhər saat 09:00-da xidməti vəzifəsinə çıxmamışdır. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icraçı direktoru Elçin Qədirova ünvanlanan xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı səhər saat 09:00-da xidməti vəzifəsinə çıxmamışdır. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icraçı direktoru Elçin Qədirova ünvanlanan xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı səhər saat 09:00-da xidməti vəzifəsinə çıxmamışdır. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin mühafizəçisi X10 tərəfindən tərtib edilmiş “işçinin iş yerində olmaması barədə” aktdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən işə gəlməmiş və gün boyu işdə iştirak etməyərək, xidməti vəzifəsini yerinə yetirməmişdir. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin mühafizəçisi X6 tərəfindən tərtib edilmiş “işçinin iş yerində olmaması barədə” aktdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən işə gəlməmiş və gün boyu işdə iştirak etməmiş, xidməti vəzifəsini yerinə yetirməmişdir. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin mühafizəçisi X1 tərəfindən tərtib edilmiş “işçinin iş yerində olmaması barədə” aktdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən işə gəlməmiş və gün boyu işdə iştirak etməmiş, xidməti vəzifəsini yerinə yetirməmişdir. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin mühafizə rəhbəri və komendantı X2 ərizəsindən görünür ki, İddiaçı psixoloji probləmləri var. Onlar onu işdən xarc etməmişlər. O, işə gəlmirdi. Onu dəfələrlə axtarmaqlarına baxmayaraq, o zənglərə cavab vernəmiş və işə gəlməmişdir. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xadimə vəzifəsində çalışan X3 tərəfindən icraçı direktoru Elçin Qədirova ünvanladığı xidməti məlumatdan görünür ki, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixində səhər işə gəldikdə foyenin güzgülərində çox saylı ləkələr görmüşdür. Məlum olmuşdur ki, həmin əməllər Kənan Qasımovun oğlu tərəfindən görülmüşdür. İş materiallarında olan İddiaçı Nəsimi RPİ-ə izahatından görünür ki, ona müavinat borcu qalmadığı üçün şikayətinin geri götürdüyünü bildirmişdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı 11 mart 2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı "xxxx" MMMC-nin ünvanına (AZ1025 ünvan 3652/2023 saylı 30 112023-cü il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" MMMC tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunan məktubda əmək muqavilənizə xitam verilmədiyi, lakin əmək funksiyanızı yerinə yetirmədiyiniz və bununla bağlı ona intizam tənbehinin verildiyi bildirilmişdir. Həmçinin təqdim olunan sənədlərdən əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtı rejiminə riayət edilməyərək normal əmək və istirahət rejiminizin pozulduğu müəyyən edilmişdır. Eyni zamanda tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirılmış Elektron İnformasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən sizinlə "xxxx" MMMC arasında əmək müqaviləsinin bağlanmasına dair xx.xx.2023-cü il tarixli bildirişin xx.xx.2023-cü il tarixində Azərbaycan espublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin isə 30.12 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsaslanaraq qüvvədən salındığı məlum olmuşdur. Bakı şəhər İdarəsinə təqdım edilən sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilməklə "xxxx" MMMC tərəfindən Sizin xx.xx.2023-cü il tarixdən 15.09 2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi quvvəyə minmədən "xxxx" MMMC-də mühafizəçi işinin yerinə yetirilməsinə cəlb edilməyiniz müəyyən edilmişdir. Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir Bildirirlər ki, X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMMC-nin direktoru X4 tərəfindən yuxarı inzibati orqana (X9 Xidməti) inzibati şikayət verilmişdir. Bununla əlaqədar nəzərə çatdırırlar ki, xx.xx.2024-cü il tarıxli MN ******* nomrəli inzibati tənbeh vermə haqqında qərar X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/1-2889/2024 nömrəli qərarı ilə ləğv edilmiş və "xxxx" MMMC-nin direktoru X4 barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati cərimə tənbeh novü tətbiq edilmişdir. "xxxx" MMMC tərəfindən aylar üzrə əmək haqqının və əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabınızın hesablanması və odənilməsi barədə müvafiq sənədlər təqdım olunmadığından bu məsələlərə aydınlıq gətirilməsi mümkün olmamışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazısındə sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarıxinədək layandırıldığından müracıətdə göstərilən halların yerində araşdırılması və müvafıq tədbirlərin görülməsi mumkun olmamışdır. Məhkəmə ilk öncə iddianın vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin cavabdehlərin təqsiri üzündən dəyməsini, ümumiyyətlə 1380 manat məbləğində ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı maddi zərər kimi xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin bitməsinə baxmayaraq, onunla son haqq-hesab aparılmamasını, yəni noyabr ayının 1-dən ona əmək haqqının ödənilməməsini əsas gətirsədə bu iddianın təmin edilməsi üçün əsas hesab edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin işçiləri tərəfindən tərtib edilmiş məlumatlardan, həmçinin iş üzrə şahid ifadələrindən göründüyü kimi, İddiaçı xx.xx.2023-cü il tarixindən xidməti vəzifəsinə çıxmamışdır. Bu isə onu deməyə əsas verir ki, hazırda İddiaçı cavabdeh "xxxx" MMMC-dən maddi ziyan kimi işləmədiyi aylar üçün əmək haqqı tələb edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Maddə 40. Maddə İşəgötürənin əsas hüquqları Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Maddə 155. Əmək haqqının minimum məbləği İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Yuxarıdakılara əsasən iddiaçının hazırda maddi tələblə cavabdehdən pul tələb etməsi əsassız olmuşdur. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı üçün, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar