Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1769/2024 16.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin ödənilməsi (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron Xızı regional şöbəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı) tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-223/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 480 manat aylıq ödənc ödənilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərə görə 300 manat və 25 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilməsi, hüquqi yardımla əlaqədar ödənilmiş 120 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın verilməsinə görə 142,74 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-223/2024 nömrəli qətnaməsindən iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi qərara alınmışdır. Cavabdeh "xxxx" ASC həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-223/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 480 manat məbləğində ödənişin, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində təzminatın və 50 manat məbləğində mediasiya qurumuna edilmiş ödənişin onun xeyrinə tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, üzürlü buraxılmış prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətini iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin vaxt cəmiyyət faktiki fəaliyyət göstərməmiş. Bir sıra ixtisaslar üzrə, eləcə də hüquqşünas ixtisası üzrə ştat vahidi olmamışdır. Eyni zamanda cəmiyyətin rəhbərliyi də həmin vaxt xarici ölkədə olmuşdur. Hüquqşünas olmadığı üçün qətnamə oxunmamış, şikayət vermənin prosessual müddətləri barədə rəhbərlik məlumatlandırılmamışdır. Nəticə də qətnamədən şikayət verilməsi müddəti ötürülmüşdür. Qətnamədən apellyasiya şikayəti verilmiş, müddətin bərpası ilə bağlı ərizə apellyasiya şikayətinə əlavə edilmişdir. Lakin məhkəmə xx.xx.2024-cü il tarixli 2(060)-223/2024 nömrəli qərardadla müddəti bərpa etməmişdir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə müddətin bərpa edilməsini prosessual hüquq normasından sui-istifadəyə yol açması qüvvəyə minməsindən aylar ötdükdən sonra belə, mübahisələndirilməsini sui-istifadə halına imkan yaradan qaydalar kimi təfsir olunacağı, belə halda fərdi və ictimai maraqlar arasında tarazlıq pozulması kimi qiymətləndirmişdir. Müddətin bərpasına dair ərizədə göstərilənləri nəzərə almamış, müəsissə rəhbərinin hüquqi biliklərə malik olmamasını, elektron məhkəmə sisteminin həmin vaxt yeni yaradılmasını, qətnamənin sistem vasitəsi ilə yerləşdirilməsinin rəsmi çatdırılma olduğunu bilməməsini nəzərə almamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini ərizədə göstərilən xüsusatların müddətin bərpa edilməsi üçün üzrlü səbəb olmaması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə qeyd etdiyi hallar əsaslı olmadığından və bu barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli və onunla bağlı 30 oktyabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1769/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1769/2024
16.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver