Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1377/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi və vəkili X1 oğlunun, Cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin nümayəndəsi İbrahimxəlilov Rasim Əbdürəşid oğlunun iştirakı ilə İddiaçı cavabdehlər AR Maliyyə Nazirliyi və AR DİN Baş Mühafizə İdarəsinə qarşı “əmək haqqı, işə bərpa və s” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı və cavabdeh AR DİN Baş Mühafizə İdarəsi tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar üzrə xitam verildiyi üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan olaraq 27 ay müddəti üçün tutduğu vəzifə üzrə orta əmək haqqının hesablanması və ona ödənilməsi, işdən kənarlaşdılması ilə əlaqədar işləmədiyi müddətin əmək stajına daxil edilməsi, habelə keçirdiyi psixi istirablara görə ona 5000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 3071/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı "işə bərpa, əmək haqqının və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata "işə bərpa və əmək haqqının ödənilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Məhkəmənin eyni tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir, iddia digər hissədə təmin edilməmişdir. İddiaçı Ağamalı oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-3071/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərilən bütün tələblər üzrə işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Öz növbəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 də şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərilən bütün tələblər üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərardadları ilə hər iki şikayət ayrı-ayrılıqda təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətlərin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını qarşı tərəfin şikayətini qəbul etməyərək rədd təmin olunmamasını xahiş iddiaçının və Cavabdeh2 nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarından görünür ki, baxılmış işdə mübahisənin subyektiv tərkibi inzibati orqan sayılan Azərbaycan Respublikası Cavabdeh2 və müvafiq əmrə əsasən həmin inzibati orqanda xidmətinə xitam verilmiş şəxsdən ibarətdir, mübahisənin yaranmasına əsas olmuş sənəd isə inzibati orqan tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1504 ş/h nömrəli əmrdir. İddiaçı məhkəmədən əvvəlki vəzifəsinə bərpa edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı "işə bərpa, əmək haqqının və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata "işə bərpa və əmək haqqının ödənilməsi” hissəsində xitam vermiş, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmiş və tələbə digər hissədə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Cavabdeh2 inzibati orqandır və iddiaçı həmin inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırki mübahisənin subyektiv tərkibi inzibati orqan sayılan Azərbaycan Respublikası Cavabdeh2 və müvafiq əmrə əsasən həmin inzibati orqanda xidmətinə xitam verilmiş şəxsdən ibarətdir, mübahisənin yaranmasına əsas olmuş sənəd isə inzibati orqan tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1504 ş/h nömrəli əmrdir. Hazırda iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə iddiaçı və cavabdeh AR DİN Baş Mühafizə İdarəsi tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1377/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1377/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver