Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-221/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxxxxxxxxxx" X7 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxxxxxxxxxx" X4rşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxxxx" X4rşı “sığorta ödənişinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi sığortalanmışdır.2018-ci ilin dekabr ayında sözügedən daşınmaz əmlak yer sürüşməsi hadisəsi nəticəsində zədələnmişdir. Sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert rəyinə əsasən daşınmaz əmlaka küllimiqdarda zərər dəymişdir. Əmlaka külli miqdarda zərər dəyməsinə baxmayaraq, sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 0848/İ nömrəli imtina məktubunun (qərarının) təhlilindən belə nəticə çıxarmaq olar ki, sığortaçı Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad edərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Sığortaçının xx.xx.2019-cu il tarixli, 0848/İ nömrəli imtina məktubu (qərarı) qanunsuz və əsassızdır. Əldə olunan sübutlardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci vağzal küçəsi, ev 2A fərdi yaşayış evi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən RPA ********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi icbari qaydada sığortalanmışdır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilən arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi torpaq sürüşməsi nəticəsində zədələnmişdir. Göstərilənlərə əsasən cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 25 000 (iyirmi beş min) manat sığorta ödənişi məbləğinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və 30 manat dövlət rüsumumun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 24.750 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumumun əvəzi olmaqla, cəmi 24780 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxxxxxxxxxx" X7 nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 46 saylı reyestr kitabının 6923 nömrəli vərəqində, 30/6923 nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan sığortaçı "xxxxxxxxxxxx" ASC ilə sığortalı İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli,BA № 898830 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmışdır. Sığorta müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, sığorta məbləği 25.000 manat, azadolma məbləği isə 250 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş “ünvan 3 ünvanının yerləşdiyi ərazinin mühəndis-geoloji şəraiti haqqında” xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, sözügedən ünvanda sürüşmə-çökmə prosesi baş vermişdir. Proses nəticəsində sözügedən ünvanın yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar, deformasiyalar əmələ gəlmişdir. Təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. İş materiallarında olan "xxxxxxxxxxxx" X7 İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 0848/1 saylı məktubdan görünür ki, S.Doquşevaya məxsus yaşayış evinə dəymiş zərər çox daha öncədən mövcud olmuşdur. Belə ki, izahatda bildirimişdir ki, əmlakın divarlarında xırda çatlar 2017-ci ildən etibarən, yəni əmlak sığortalanmazdan öncə mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X2 Sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil olmuş X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus, ünvan 4 ünvanda yerləşən, 1993-ci ildə tikilmiş, ümumi sahəsi 73,9 kv.m., yaşayış sahəsi 38,9 kv.m., yardımçı sahəsi 35,0 kv.m.,dam örtüyü şifer, divarları m/daşınan olan 2(iki) otaqlı, kürsülü fərdi yaşayış evində yaranmış çatların xarakterlərinə əsaslanaraq belə nəticəyə gəlməyə əsas verir ki, ərazidə baş vermiş sürüşmə hadisəsi səbəbindən yaranmışdır.Smeta üzrə aparılmış hesablamalar nəticəsində, tədqiq olunan ünvanda yerləşən yaşayış evində yerinə yetiriləcək müxtəlif növ təmir-bərpa işlərinin təqribi ehtimal olunan dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 26719 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15645 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 11 saylı arayışın məlumatlarını nəzərə alaraq, 2018-ci ildə mövsüm ərzində düşən atmosfer yağıntılarının və digər texnogen amillərin təsirindən tikilinin əsasını təşkil edən qruntun yuyulması nəticəsində torpağın dayanıqlığının zəiflədiyi, tikililərin divarlarında müxtəlif ölçüdə və istiqamətlərdə çat və deformasiyaların əmələ gəldiyi müəyyən edilir, ekspert tərəfindən keçirilmiş baxış zamanı aşkar olunmuş tikinti konstruksiyalarının faktiki vəziyyətinə və yuxarıda qeyd olunan mütəxəssis rəylərinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi, 1/2 ünvanında yerləşən fərdi yaşayış evində mövcud olan çatların öz forma, ölçü və xarakterinə görə 2018-ci ildə mövsüm ərzində atmosfer yağıntıları və digər texnogen amillərin təsirindən qruntun (torpaq qatının) çökməsi və sürüşməsi nəticəsində yarandığı və yaranmış çatlar nəticəsində həmin fərdi yaşayış evinin qəzalı hala düşdüyü müəyyən edilmişdir, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinin, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 11 saylı arayışın məlumatlarına əsasən, sözügedən ərazidə 2018-ci ildə mövsüm ərzində (avqustdekabr) atmosfer yağıntıları və digər texnogen amillərin təsirindən qruntun (torpaq qatının) çökmə-sürüşməsi prosesi baş vermiş, evdən 1,5 - 2,0 metr məsafədə də torpaqda eni təxminən 40-50 mm olan aralanmalar və çökmələr əmələ gəldiyi müəyyən edilir, Azərbaycan Respublikasının Maliyyə X2 Sığorta sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil olmuş X5 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın dəyəri 26719 manat məbləğində təşkil etdiyi və smetada qeyd olunan qiymət normalarının mövcud bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/673 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tikinti normalarına uyğun şəkildə inşa olunduğu müəyyən olunur. Ekspert təcrübəsində yoxlanılmış metodika və texniki normativ akt olmadığı üçün fərdi yaşayış evində çatların nə zaman yaranmasını müəyyən etmək mümkün deyildir. Lakin İddiaçı Novruzəli qızının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə xx.xx.2018-ci il tarixli müraciət edildiyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə tədqiq olunan yaşayış evinin yerləşdiyi ərazidə mühəndis-geoloji vəhidrogeoloji araşdırmalar aparılaraq yaranmış çatlar mövsüm ərzində düşən intensiv atmosfer yağıntılarının və digər texnogen amillərin təsiri nəticəsində sözügedən yaşayış evinin yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçüdə və istiqamətlərdə çat və deformasiyaların əmələ gəldiyini nəzərə alaraq, İddiaçı Novruzəli qızının adına qeydiyyata alınmış fərdi yaşayış evində çatlar təqribən payız-qış aylarında yaranaraq, həmin çatlar dekabr aylarına yaranmağa xarakterik (xx.xx.2018-ci tarixindən sonra) olduğu müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. İrəli sürülən iddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 2018-ci ilin dekabr ayında yer sürüşməsi hadisəsi nəticəsində zədələnmişdir. Bununla əlaqədar İddiaçı aralarında bağlanmış “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nə əsasən "xxxxxxxxxxxx" X8 müraciət etmişdir. Lakin "xxxxxxxxxxxx" X10 İddiaçı məxsus yaşayış evinə dəymiş zərərin çox daha öncədən mövcud olduğunu əsas gətirərək, imtina cavabı vermişdir. Halbuki, işin məhkəmə araşdırılması zamanı (təyin edilmiş ekspertiza rəylərinə əsasən) müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi, 1/2 ünvanında yerləşən fərdi yaşayış evində mövcud olan çatların öz forma, ölçü və xarakterinə görə 2018-ci ildə mövsüm ərzində atmosfer yağıntıları və digər texnogen amillərin təsirindən qruntun (torpaq qatının) çökməsi və sürüşməsi nəticəsində yarandığı və yaranmış çatlar nəticəsində həmin fərdi yaşayış evinin qəzalı hala düşdüyü müəyyən edilmiş, sözügedən ərazidə 2018-ci ildə mövsüm ərzində (avqust-dekabr) atmosfer yağıntıları və digər texnogen amillərin təsirindən qruntun (torpaq qatının) çökmə-sürüşməsi prosesi baş vermiş, evdən 1,5 - 2,0 metr məsafədə də torpaqda eni təxminən 40-50 mm olan aralanmalar və çökmələr əmələ gəldiyi müəyyən edilmiş, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın dəyəri 26719 manat məbləğində təşkil etdiyi və smetada qeyd olunan qiymət normalarının mövcud bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi sığorta şirkəti sığortalı S.Doquşevaya məxsus yaşayış evinə dəymiş zərərin çox daha öncədən mövcud olduğunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, "xxxxxxxxxxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız olmuşdur. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli,BA № 898830 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin şərtlərinə əsasən daşınmaz əmlakın sığorta risklərinin – yer sürüşməsi və s. hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Həmin şəhadətnamənin 4 və 5-ci bəndlərindən görünür ki, daşınmaz əmlakın sığorta məbləği 25.000 manat, azadolma məbləği isdə 250 manat təşkil edir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxxxxxxxxxx" X6 24.750 (iyirmi dörd min yeddi yüz əlli) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24.780 (iyirmi dörd min yeddi yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat cavabdeh "xxxxxxxxxxxx" X6 tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxxxxxxxxxx" X6 24.750 (iyirmi dörd min yeddi yüz əlli) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24.780 (iyirmi dörd min yeddi yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat cavabdeh "xxxxxxxxxxxx" X6 tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-221/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-221/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver