Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2219/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə, “X1 Təsərrüfatı” MMC-yə və Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə, “X1 Təsərrüfatı” MMC-yə və Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılarya geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti normalarına riayət edilməmişdir. İddiaçı iddia ərizəsində cavabdeh qismində göstərdiyi "xxxx" MMC-nin (VÖEN: **********) ünvanı “Bakı şəhəri, Nəsimi rayonu” kimi göstərilmişdir. Bununla yanaşı, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdeh qismində cəlb edilmiş vergi ödəyicisinin eyniləşdirməsi nömrəsi ********** olan “X2” MMC-nin hüquqi ünvanının AZ 1089, ünvan 2yən edilmişdir. Cavabdeh qismində cəlb edilmiş digər şəxslərin – “X1 Təsərrüfatı” MMC-nin və Siyəzən rayon Dövlət Notariat Ofisinin ünvanlarının Siyəzən rayonu ərazisində olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçılar qeyd olunan rayonlar üzrə məhkəmələrdən hər hansı birini seçərək hazırki ərizə ilə müraciət etmək hüququna malik olduqları halda, həmin məhkəmələrə deyil, Nəsimi Rayon Məhkəməsinə müraciət etsələr də, işə Nəsimi Rayon Məhkəməsində baxılması ərazi aidiyyəti qaydalarının pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-35.2-ci maddələrinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir; 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1, 152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçılarya geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılarya geri qaytarılmalı, ona hazırki iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36.2, 151-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə, “X1 Təsərrüfatı” MMC-yə və Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2219/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2219/2024
19.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver