Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2220/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil Musa oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı (Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) «müqavilənin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə LPO Cavabdeh1 ASC arasında “Hyundai Sonata” markalı avtomobilə dair bağlanılmış LA/01 saylı, 07 iyun 2018-ci il tarixli X4i müqaviləsinin ləğv edilməsi və həmin avtomobilə dair lizinq müqaviləsinin onunla bağlanılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə “Cavabdeh1" ASC arasında bağlanmış LA/01 saylı 07 iyun 2018-ci il tarixli X4 müqaviləsinə əsasən ‘’Hyundai Sonata” markalı avtomobil lizinq alanın sahibliyinə və istifadəsinə verilmişdir. Alındığı gündən maşın onun istifadəsində olmuş və lizinq ödənişləri onun tərəfindən ödənilmişdir. Üçüncü şəxs Cavabdeh2 onu aldadaraq Bakı qeydiyyatında olmadığını əsas gətirərək lizinq ala bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də, onun adına lizinq müqaviləsi bağlanmasına razılıq vermişdir. Buna baxmayaraq, aylıq 592 manat olmaqla 36 ay müddətində ümumilikdə 14.300 manat pul məbləği onun tərəfindən Cavabdeh1 ASC-yə ödənilmişdir. Maşının onun istifadəsində olmağına və ödənişlərin bu günədək onun tərəfindən həyata keçirilməsinə baxmayaraq, lizinq alan kimi Cavabdeh2 göstərilmişdir. Halbuki, lizinq müqaviləsində tərəf qismində çıxış edən Cavabdeh2 tərəfindən heç bir məbləğ ödənilməmişdir. Dəfələrlə üçüncü şəxs Cavabdeh2 lizinq müqaviləsinin onun adına bağlanmasını təklif etsə də, müəyyən pul məbləği qarşılığında müqavilənin onun adına keçirilməsinə razılıq verəcəyini bildirmişdir. Cavabdeh "Cavabdeh1” Açıq Səhmdar Cəmiyyətinə məktub ünvanlayaraq, Cavabdeh2 ilə bağlanmış LA/01 saylı, 07 iyun 2018-ci il tarixli X4i müqaviləsinin ləğv edilməsi və həmin avtomobilə dair lizinq müqaviləsinin onunla bağlanılmasını xahiş etmiş, lakin dörd aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəsinə heç bir münasibət bildirilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh2 ilə LPO Cavabdeh1 ASC arasında “Hyundai Sonata” markalı avtomobilə dair bağlanılmış LA/01 saylı, 07 iyun 2018-ci il tarixli X4i müqaviləsinin ləğv edilməsi və həmin avtomobilə dair lizinq müqaviləsinin onunla bağlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Musa oğlu yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, “Cavabdeh1" ASC ilə Cavabdeh2 arasında bağlanmış LA/01 saylı, 07.06.2018- ci il tarixli X4 Müqaviləsi üzrə “Hyundai Sonata” markalı avtomobilin lizinq alan Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi, sonuncunun İddiaçı Bakı qeydiyyatında olmadığını əsas gətirərək lizinq ala bilməyəcəyini bildirməklə, lizinq müqaviləsini onun, yəni Cavabdeh2 adına bağlanmasına razılıq verməklə iddiaçını aldatması, lizinq müqaviləsi üzrə ödənişlərin iddiaçı tərəfindən ödənilməsi və bu səbəbdən də Cavabdeh2lə bağlanmış lizinq müqaviləsinin ləğv edilərək iddiaçı ilə bağlanması tələbi təşkil edir. Bildiririk ki, iddia tələbi tamamilə əsassızdır, qanunsuzdur, iradəyə zidd olaraq müəyyən hərəkətlərin edilməsinə məcburetməyə əsaslanan iddia tələbidir və bu səbəblərdən də iddia ərizəsi tam rədd edilməlidir. Belə ki, iddia ərizəsində İddiaçı Bakı qeydiyyatında olmadığından lizinq müqaviləsinin Cavabdeh2lə bağlanmasına razılıq verdiyini qeyd etmişdir. Bununla bağlı qeyd etmək istərdik ki, əgər lizinq müqaviləsinin son səhifəsinə, yəni “tərəflərin rekvizitləri” adlanan 25-cİ bəndinə baxsaq görərik ki, lizinq alan Cavabdeh2 ünvanı “ünvan 1lunmuş bu və digər hallar isə iddia tələbinin əsasının formal, bir-biri ilə uzlaşmayan faktlar əsasında qurulmasını göstərir. İddia ərizəsinin hüquqi əsaslandırmasına gəldikdə isə, bildiririk ki, iddia tələbinin hüquqi əsaslandırmasında yalnız təməl insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı olan müddəalar yer almışdır. Konkret iddia tələbinin hansı qanunvericilik normasına söykənməsi, istinad edilməsi və s. iddia ərizəsinin məzmunundan görmək olmur. Bu hal bir daha iddia tələbinin əsassız olmasını göstərir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. “Cavabdeh1" ASC ilə Cavabdeh2 arasında bağlanmış LA/01 saylı, 07.06.2018- ci il tarixli X4 Müqaviləsinin surətindən görünür ki, Lizinq verən Lizinq alanın sifariş etdiyi 1 ədəd Hyundai Sonata minik markalı, Tip Sedan, Ban 5NPEC4AB2DH512789, boz rəngli, buraxılış ili 2012) əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 14.300 manatdır. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 28% olmaqla lizinqə verilmiş, Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi müqavilə imzalandığı gündən yaranmışdır. 07 iyun 2018-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən bağladığı müqavilə üzrə 14300 manat məbləğində ödəniş edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı, qeyd edilən “X4 müqaviləsi” üzrə müqavilə tərəfi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-424-cü maddələrinin mənasından isə görünür ki, müqavilənin ləğvini yalnız həmin müqavilə üzrə tərəf olan şəxs tələb edə bilər. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, müqavilənin ləğv edilməsi barədə tələbi irəli sürmək üçün də subyektiv hüquqa malik deyildir. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Həmin məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından iş üzrə təqdim edilmiş sübutlar araşdırılmadan, rədd olunmalıdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı (Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) «müqavilənin ləğv edilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2220/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2220/2021
05.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver