Məhkəmə qərarları › İş №2(006)-2242/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2242/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2242/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipotekadan azad olunması öhdəliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipotekadan azad olunması öhdəliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X11 06 noyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı, X2 və X4 10 oktyabr 2012-ci il tarixli, 26F12 nömrəli təminatlı kredit müqaviləsinə əsasən 24 oktyabr 2018-ci il tarixə ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 17844,80 manat əsas borcun, 3033,46 manat faiz borcunun, 596,20 manat cərimə borcu olmaqla, cəmi 21474,46 manat məbləğində pulun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 1 bank xidmət haqqının və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan X5 məxsus olan ünvan 1 ünvanında 0.205 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 124.80 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 66.74 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə və X9 məxsus olan Naxçıvan şəhəri, Ə.Naxçıvani məhəlləsi ünvanında 0.059 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 61.4 kv.m yaşayış, 117.34 qeyri-yaşayış, 131.80 köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evinə yönəldilməsi ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satın alınması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mülki işin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin 12 saylı filialı ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə, 26F12 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci və 2.1-ci bəndlərinə əsasən, borcverən borcalana 40000 manat məbləğində 48 ay müddətinə illik 6%-lə, güzəşt müddəti 24 ay olmaqla kredit verməyi, borcalan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 6%-lə hesablanmış, əsas kimi 1 ayda 30, 1 ildə isə 360 təqvim günü götürülmüşdür. Həmçinin, mülki iş materiallarına əsasən "xxxx" ASC-nin 12 saylı Naxçıvan filialı ilə İddiaçı və X13 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 08F12 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan X10 məxsus olan Naxçıvan şəhəri, Ə.Naxçıvani məhəlləsində mülkiyyətində olan 0.059 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 61.4 kv.m yaşayış, 117.34 kv.m qeyri-yaşayış, 131.80 kv.m köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evi ipoteka saxlayana ipoteka kimi təqdim edilmişdir. Həmin məbləğ İddiaçı sahibkarlığın inkişafı məqsədilə və naxçıvan MR X1 vəsaiti hesabına verilmişdir. İşin hallarından da göründüyü kimi "xxxx" ASC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanaraq tərəflər arasında öhdəlik münasibətləri yaransa da, əsl həqiqətdə cavabdehə verilmiş bu kredit məbləği Naxçıvan MR SKF-nun vəsaiti olmuş və "xxxx" ASC Azərbaycan Respublikası Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən müflis elan edilərək daha sonra lisenziyası ləğv olunduğundan, həmçinin bu təşkilat öhdəliklərinə uzun müddət əməl etməyərək sahibkarlara verilmiş kreditləri fondun hesabına geri qaytarmadığından, həmin kreditlərin borclular tərəfindən birbaşa fonda köçürülməsi və ya fond tərəfindən yığılması tədbirləri həyata keçirilmişdir. Kollegiya bir daha qeyd edir ki, İddiaçı verilmiş kredit məbləği də məhz Naxçıvan MR X6 vəsaiti olmuş, lakin bu kreditlərin sahibkarlara verilməsi "xxxx" ASC-nin xətti ilə həyata keçirilmişdir. "xxxx" ASC-nin ləğv olunduğundan və Fonda məxsus olan vəsaitlərin sahibkarlardan geri qaytarılması üçün tədbirlər görülmədiyindən Naxçıvan MR X15 da məhz öz vəsaitlərinin geri qaytarılması üçün müvafiq tədbirlər görmüşdür. Əlavə olaraq, ƏSF Ləğv prosesində olan "xxxx" ASC-yə ərizə ünvanlayaraq müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)-3/2022 saylı qətnaməsinin Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmaması bildirilmişdir. Göstərilənlərə əsasən, ipoteka predmeti olan İddiaçı Allahyar oğluna məxsus olan ünvan 1 ünvanında 0.205 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 124.80 kv.m yaşayış, -kv.m qeyri-yaşayış, 66.74 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə və X9 məxsus olan Naxçıvan şəhəri, Ə.Naxçıvani məhəlləsi ünvanında 0.059 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 61.4 kv.m yaşayış, 117.34 qeyri-yaşayış 131.80 köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evlərinin ipotekadan azad olunması öhdəliyinin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X17 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hal-hazırda iddiaçının Banka mövcuddur. Lakin, eyni zamanda borc iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, 2016-cı ildə Bank ləğv olunandan sonra Naxçıvan İqtisadiyyat Nazirliyi və X7 Fondu öz aralarında razılığa gəliblər ki, pul vəsaitlərini özləri yığsınlar, yəni pul onların özlərinindir. Sadəcə olaraq "xxxx" ASC-ni vasitəçi bank olaraq təyin etmişdilər. Onlara pul ödənilməmişdir. Sonuncu dəfə Əmanətlərin Sığortalanması Fonduna X8 tərəfindən danışıqlar nəticəsində xx.xx.2019-cu il tarixdə 10211,36 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ümumilikdə, iddiaçı tərəfindən 38811,26 manat məbləğində pul ödənilmişdir-18689,27 manatı Naxçıvan SKF-na, 10211,36 manatı isə SKF tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödənilmişdir. Yəni, hal-hazırda SKF tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödənilməyən pul vəsaiti qalıq borc olaraq görünür. Qalan pul vəsaiti ödənilməlidir ki, onlar tərəfindən də borc sıfırlansın. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı, X5 və X10 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)-3/2022 saylı qərardadına əsasən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, X5 və X10 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(078)-364/2019 nömrəli qətnaməsi cavabdeh X5 dair hissədə qismən ləğv edilmiş, tələbə cavabdeh X5 dair hissədə iş üzrə icraata xitam verilmiş, iddiaçı təşkilata müvafiq tələbi X3 prosessual hüquqi varisinə qarşı yönəltməklə iddia verə bilmə hüququ izah olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)-3/2022 saylı qətnaməsinə əsasən iddiaçı təşkilat ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, X5 və X10 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(078)-364/2019 nömrəli qətnaməsindən iddiaçı təşkilat ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti cavabdehlər İddiaçı və X9 dair hissədə təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(078)-364/2019 nömrəli qətnaməsi cavabdehlər İddiaçı və X9 dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən 609№-li, xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Əkbərov X14 şəhəri, Qaraxanbəyli kəndində yaşayır. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonunun rəhbərliyinə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Ə.Akif kredit müqaviləsi üzrə məhkəmə tərəfindən çıxarılmış qətnaməyə əsasən borc öhdəlikləri tam yerinə yetirildiyi üçün evin girovdan azad edilməsi barədə aidiyyatı qurumlara məktub verilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı məxsus hesabdan çıxarışa əsasən borclunun ümumilikdə 38811,26 manat məbləğində borcu olmuş, bunun 18689,27 manatı X7 Fonduna, 10211,36 manatı X15 tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödənilmiş, qalan borc məbləği açıqda qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi və eyni zamanda, Ə.Akif və qeyriləri ilə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcluya kredit verilmiş və əmlaklar ipotekaya qoyulmuşdur. "xxxx" ASC sonradan ləğv edildiyindən borclu İddiaçı tərəfindən borc məbləği X7 Fonduna ödənilmiş, sonradan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırmış, lakin Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-364/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən borc məbləği İddiaçı tərəfindən tam şəkildə ödənildiyi üçün iddia rədd edilmişdir. Hazırda iddiaçı ipotekaya qoyulmuş əmlakların ipotekadan azad edilməsini, cavabdeh isə borclunun hazırda Əmanətlərin Sığortalanması Fondunun hesabında qalıq borc məbləğinin göründüyünü qeyd edərək, iddia tələbinin təmin edilməməsini tələb edir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranan borc məbləği İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Lakin, pul vəsaiti LPO "xxxx" ASC-yə yox, X7 Fonduna ödənildiyindən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, hazırda LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabında qalıq borc görünür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışda iddiaçının ümumilikdə 38811,26 manat məbləğində pul ödədiyi, bunun 18689,27 manatını Naxçıvan SKF-ə, Naxçıvan SKF tərəfindən isə Əmanlətlərin Sığortalanması Fonduna cəmi ümumi məbləğdən 10211,36 manat məbləğində pul ödənildiyi göstərilmişdir. Yəni, hazırda Əmanətlərin Sığortalanması Fonduna ödənilməyən qalıq borc mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən borc məbləği tam şəkildə ödənilsə də, hələ də Əmanətlərin Sığortalanması Fondunda iddiaçının adına qalıq borc məbləği mövcuddur. Bu səbəbdən borc məbləği sıfırlanmadığından və əsas öhdəliyə xitam verilmədiyindən iddia tələbində qeyd edilən fərdi yaşayış evləri də ipotekadan azad edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipotekadan azad olunması öhdəliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipotekadan azad olunması öhdəliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar