Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2243/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 2NNN-ci il yanvar ayının 2N-də ordudan tərxis olunmuşdur. 2NN5-ci ilin aprel ayından müqavilə üzrə hərbi xidmətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9291-ci TƏAD-nın tank əleyhinə artilleriya batareyasının tağım komandirinin müavini-top komandiri vəzifəsində davam etdirmişdir. İddiaçı sonradan səhhəti ilə əlaqədar çətinliyi yaranmış, hərbi xidmətdən tərxis olunmaq üçün hərbi hissənin rəhbərliyinə müraciət etmişdir. Bundan sonra N saylı hərbi hissə komandirinin N saylı xx.xx.2NN8-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddətinin başa çatması əsası) ilə tərxis olunmuşdur. İddiaçı tərxis olunmağı haqqında əmrin verilməsində öncə hərbi-həkim komissi-yasında müayinədən keçirilmiş və HHK-nın 154 saylı xx.xx.2NN8-ci il tarixli rəyi ilə “praktiki sağlam”, hərbi xidmətə yararlı hesab edilmişdir. Baxmayaraq ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 272 saylı, xx.xx.2N19-cu il tarixli qərarı və xəstəlik tarixi ilə müəyyən olur ki, hərbi xidmət dövründə - xx.xx.2NN6-cı ildən xx.xx.2NN6-cı ilə kimi N saylı hərbi hissədə “hər iki ayaq pəncəsinin eprdermofiyitası” diaqnozu ilə, xx.xx.2NN6-cı il tarixdən xx xxxx 2NN6-cı il tarixədək N saylı hərbi hissədə “kəskin diffuz bronxit” diaqnozu ilə, xx.xx.2NN8-ci il tarixdən xx.xx.2NN8-ci il tarixədək N saylı hərbi hissədə “kəskin bronxit” diaqnozu ilə, xx.xx.2NN8-ci il tarixdən 15. N8.2NN8-ci il tarixədək N saylı hərbi hissədə “kəskin bronxit, sol ayağın mikozu” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. İddiaçı 2N19-cu ilin aprel ayında hərbi həkim komissiyasından keçmək üçün Cəlilabad rayon hərbi komissarlığına müraciət etmiş və Azərbaycan Respub-likası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasında müayinədən keçiril-miş və həmin komissiyanın 272 saylı xx.xx.2N19-cu il tarixli qərarı ilə həmin xəstəliklərdən əziyyət çəkməyi və bu xəstəlikləri hərbi xidmət dövründə alma-ğı müəyyən edilmişdir. Həkim komissiyasının xx xxxx 2N19-cu il tarixli qərarı (rəyi) ilə iddiaçıya İİ qrup əlillik müəyyən olunmuşdur. 2N19-cu il tarixdə iddiaçı cavabdehə müraciət edərək, İİ qrup əlillik almağı ilə əlaqədar ona hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 66NN manat məbləğində sığorta ödənişinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya sığorta ödənişini etməkdən imtina etmiş və öz imtinasını, sığorta olunana hərbi xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, onun sığorta almaq hüququna malik olması ilə əsaslandırmışdır. Cavabdehin sığorta ödənişini etmək imtinası əsassızdır. Belə ki, əziyyət çəkdiyi, daşıyıcısı olduğu xəstəlikləri hərbi xidmət dövründə almış olsa da, əlillik ona hələ 2NN8-ci ildə təyin olunmalı olduğu halda, ondan asılı olmayan səbəblərdən yalnız 2N19-cu ildə təyin olunmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət X3 66NN manat sığorta ödənişinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət X4 nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi X1 sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2N19-cu il tarixli arayışdan görünür ki, İddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 İddiaçı ünvanladığı xx.xx.2N19-cu il tarixli məktubun surətindən görünür ki, sığorta ödənişinin verilməsi qeyrimümkün hesab edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 1NN faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 1NN faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 1NN faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 8N faiz; - İİ qrup əlilliyə görə — 6N faiz; - İİİ qrup əlilliyə görə — 4N faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.NNN manat sığorta məbləğinin 6N faizi, yəni 66NN manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə, həmçinin cavabdeh Azərbaycan Respublikası Dövlət X4 nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırki mülki işə iddia müddətinin ötürülməsi ilə bağlı müddəalar şamil edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 384.N.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 66NN (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22N, 227, 233 və 36N-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 66NN (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2243/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2243/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver