Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2298/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2221/2022 nömrəli 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı iki övladı doğulmuşdur. Ailə münasibətləri əvvəl yaxşı olmuş, lakin sonradan müəyyən səbəblərdən pisləşmişdir. Aralarında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(006)-2221/2022 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəlludlü X5 analarının himayəsində saxlanılmış və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat alimentin tutulması qət edilmişdir. SOCAR-nın Təhlükəsizlik İdarəsində komandanın mühafızəçisi işləyir və aylıq əmək haqqı 866 manat təşkil edir. Uşaqların saxlanması üçün alimentin tutulması əmək haqqına yönləndirilmişdir. Aldığı əmək haqqından başqa gəliri yoxdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment hər ay vaxtında ödənilir və alimentin ödənilməsində heç bir gecikmə yoxdur. Hazırda cavabdehlə yaşadığı evdən çıxaraq kirayədə yaşayır və aylıq 250 manat kirayə haqqı verir. Cavabdeh uşaqlarla birdikdə hazırda yaşadığı evdə yaşayırlar. Əmək haqqından aliment və kirayə haqqı verdikdon sonra yerdə qalan cəmi 230 manatla indiki vəziyyətdə yaşamaq qeyrimümkündür. Qanunvericiliyin tələblərinə görə uşaqların saxlanması hər iki valideynin borcudur. Cavabdeh özü Xarici Dillər Universitetində müəllim-dosent işləyir və hardasa 1200 manata yaxın əmək haqqı alır. Uşaqlarının saxlanmasından boyun qaçırmır. Lakin hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə imkanı çatır. Ona görə də alimentin miqdarının azadılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2221/2022 nömrəli 31 avqust 2022ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2012-ci il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 110 nömrə ilə qeyd edilmış nikahın pozulması, xx.xx.2013-cü il təvəüüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən başlavaraq (xx.xx.2022-cı il tarixli alimentin müvəqqəti tutulması barədə qərardad nəzərə alınmaqla) xx.xx.2013-cu il təvəllüdlü X4 və xx.xx.2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. SOCAR Təhlükəsizlik İdarəsinin xx.xx.2023-cü il tarixli 08 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən SOCAR Təhlükəsizlik İdarəsində işləyir və onun orta aylıq əmək haqqı 866 manat təşkil edir. Məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının azaldılması (hər uşağa görə hər ay 150 manat olmaqla ümumilikdə 300 manat) isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da iddiaçının gəlirinin 866 manat olmasını nəzərə aldıqda, hər uşağa görə 150 manat məbləğin iddiaçının qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmış və uşaqlar üçün isə yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Belə ki, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentin miqdarının azaldılmasına dair iddia tələbi həcminə görə əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2298/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2298/2023
25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver