Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-23/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı «xxxx» BOKT MMC-nin nümayəndəsi X3 oğlunun, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı «xxxx» BOKT MMC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı "kredit müqaviləsinin ləğvi, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» BOKT MMC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı "kredit müqaviləsinin ləğvi, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(006)- 35/2020 saylı qərardadı ilə iddiaçı “xxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğvi, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma” tələbinə dair mülki iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək dayandırılmışdır. 29 aprel 2021-ci il tarixdə məhkəməyə hazırkı iş üzrə iddiaçı “xxxx” BOKT MMC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda ərizələr daxil olmuş və tərəflər arasında razılıq əldə olunaraq barışıq sazişinin imzalanması və qeyd olunan sazişin məhkəmə tərəfindən təsdiq olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(006)-23/2021 saylı qərardadı ilə iddiaçı “xxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğvi, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» BOKT MMC-nin nümayəndəsi X2 barışıq sazişi ilə eyni məzmunda izahat verərək, tərəflər arasında yaranmış mübahisənin 21.04.2021-ci il tarixli barışıq sazişi ilə həll edildiyini bildirib, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda izahat verərək barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına ona görə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxx» BOKT MMC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı "kredit müqaviləsinin ləğvi, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma" tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 21.04.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. Tərəflər 28 fevral 2014-cü il tarixli AZBA-009386 saylı Kredit müqaviləsi və onun tərkib hisəsi olan 28 sentyabr 2015-ci il tarixli BAKU2-19114-12672 saylı Razılaşma üzrə cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğini 20000 (iyirmi min) ABŞ dolları müəyyən edirlər. Göstərilən 20000 (iyirmi min) ABŞ dolları məbləğində borc 2021-ci ilin may ayından başlayaraq 24 (iyirmi dörd) təqvim ayı ərzində, hər təqvim ayı ən azı 250 (iki yüz əlli) ABŞ dolları olmaqla 01.05.2023-cü il tarixədək cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalıdır və bu tarixdən sonra kreditin qaytarılması müddəti uzadıla bilməz.
2. ABŞ dollarının Azərbaycan Respublikası ərazisində alqı-satqı məzənnəsi 1 ABŞ dolları=2.00(AZN) (iki) manat və ya yuxarı olarsa tərəflər məzənnə artdığı tarixə ödənilməmiş qalıq borcu 1 ABŞ dolları=2.00 olmaqla hesablayacaqlar.
3. Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni 01.05.2023-cü il tarixinədək 20000 (iyirmi min) ABŞ dollarının qaytarılmaması, o cümlədən aylıq 250 (iki yüz əlli) ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazimi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq.
4. Bu sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra cavabdehlərin 28 fevral 2014-cü il tarixli AZBA-009386 saylı Kredit Müqaviləsi və onun tərkibi hissəsi olan 28 sentyabr 2015-ci il tarixli BAKU2-19114-12672 saylı Razılaşma üzrə iddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş, hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh3 məxsus daşınmaz əmlakın dövlət reyestrində 251 nömrəli reyestr kitabının 23358 nömrəli vərəqində qeyd edilən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 76,4 kv.m, yaşayış sahəsi 66,8 kv.m və yardımçı sahəsi 9.6 kv.m olan 5 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi) ipoteka yüklülüyündən (girovdan) azad ediləcək və zaminllik müqaviləsi ləğv ediləcəkdir.
5. Cavabdehlər bu sazişlə müəyyən edilmiş öhdəliklərin icrasını təmin etmədikdə və ya lazımınca icra etmədikdə və bu sazişi təsdiq edən qərardad məcburi icraya yönəldildikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və s) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər.
6. Cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği və 11.000 (on bir min) ABŞ dolları iddiaçının xeyrinə tutulur;
7. Tutma Cavabdeh3 məxsus daşınmaz əmlakın dövlət reyestrində 251 nömrəli reyestr kitabının 23358 nömrəli vərəqində qeyd edilən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 76,4 kv.m, yaşayış sahəsi 66,8 kv.m və yardımçı sahəsi 9.6 kv.m olan 5 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilir və tərəflərin razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 101500 (bir yüz bir min beş yüz) manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönədilir.
8. Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə, bu saziş üzrə iddiaçının müraciəti əsasında məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR qanununa əasən icra edilir. İddiaçı «xxxx» BOKT MMC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı "kredit müqaviləsinin ləğvi, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Anar İbadzadə