Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-232/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış **********71919 saylı 26 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov 25 saylı küçədə yerləşən, bina 2, 6 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kristal Bakı" ASC ilə Cavabdeh arasında 26 sentyabr 2022-ci il tarixdə **********71919 saylı alqı-salqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov 25 saylı küçədə yerləşən, bina 2, mənzil 6, sahəsi 75.22 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 117 000 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əssasən Cavabdeh aldığı kredit vəsaitini 120 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 10-u tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 11310 manat manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. "xxxx"xxxx" ASC arasında X2 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq ASC-nin daşınmaz əmlakları və əmanəti girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. ABB ASC ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği ASCnin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldirilnıişdir. Cavabdeh, Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 117 000 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış alqı satqı, təminatlı kredit və girov müqavilələrinin şərtlərinə əsasən, payçı alqı satqı təminatlı kredit müqavilələri əsasında əldə etdiyi mənzilə görə bank və ASC qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda alqı satqı müqaviləsi, eləcədə təminatlı kredit və girov müqavilələri ləğv edilir, payçı ASC-dən aldığı mənzili geri qaytarır, ASC isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında ASC-yə ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini ( bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcədə kredit müqaviləsinin 7.3,13.2,13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "xxxx" ASC və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov 25 saylı küçədə yerləşən, bina 2, mənzil 6, sahəsi 75.22 kv.m olan, 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. "xxxx" ASC zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov 25 saylı küçədə yerləşən, bina 2, mənzil 6, sahəsi 75.22 kv.m olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. "xxxx" ASC Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X3 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov 25 saylı küçədə yerləşən, bina 2, mənzil 6, sahəsi 75.22 kv.m olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış girov müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda ASC maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, yanlış hesablanmış ölçülərə görə artıq alınmış 25350 manat ödənişə görə çəkdiyi 37000 manat zərərin əvəzinin, geri qaytarılmamış ƏDV məbləği olan 3915 manatın, mənzilin vaxtında təhvil verilməməsinə görə ödədiyi 3600 manat kirayə haqqının əvəzinin, keyfiyyətsiz təmirə görə çəkiləcək xərcin əvəzi olan 15000 manatın və tərəfindən ödənilmiş 268,58 manat dövlət rüsumunun əvəzinin, cəmi 59783,58 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməklə onun təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxsn izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan satıcı "xxxx" ASC ilə alıcı Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış **********71919 saylı alqı-satqı müqaviləsinin surətindən surətindən görünür ki, həmin müqavilə satıcının Bakı şəhəei, Nəsimi rayonu, R.Məmmədov küçəsi 25 saylı küçədə yerləşən yaşayış kompleksində inşa olunan 2-ci bina, 2-ci mərtəbə, 6№li 3 otaqlı mənzili tikib və alıcının mülkiyyətinə verməyi öhdəsinə götürməsi, alıcının bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda 2-ci bina, 2-ci mərtəbə, 6№li, 3otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin satıcıya ödənilməsini və həmçinin satıcının yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 8.1-ci bəndində göstərilmişdir ki, "Alıcı" ilə “Bank" arasında bağlanacaq Kredit müqaviləsinin ödəniş cədvəli uzrə ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi halda "Satıcı” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda "Satıcı" həmin mənzili digər şəxsə saldıqdan sonra "Alıcı"nın "Bank"da həmin mənzilin alınması ilə bağlı olan kredit borcunu tam bağlayır "Alıcı" tərəfindən mənzil təkrar satılanadək "Bank"da hesablanan faiz, cərimə, komisyon və digər xərcləri, mənzilin kommunal borcları və tıənzildə yaşayış olduğu halda mənzilin ilkin vəziyyətə gətirilmə xərcləri (yəni divar kağızların yeni "Alıcfnın zövqünə uyğun sokülüb dəyişdirilməsi, sanitar qovşaq aksesuarlarnın dəyişdiıilməsi, daxili qapıların dəyəşdirilməsi, döşəmə parketin dəyişdirilməsi və digər bu kimi işlər) ödənilməli və digər xəclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ Alıcıya qaytarılır və olaraq muqavilənin ilkin ödənişi gostərilən müddətdə ödənilmədiyi təqdirdə müqavilə etibarsız sayılır. İş materiallarında olan borc verən "xxxx" ASC ilə borc alan Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 011Ə3/A saylı kredit müqaviləsinin surətində göstərilmişdir ki, "xxxx" ASC ilə Borc verən arasında bağlanmış X2 saziş çərçivəsində Borc verən Bu Müqaviləyə əsasən Borc alana 120 ay müddətində 117000 manat məbləğində, kreditdən istifadəyə görə illik 10% faiz ödəmək şərtilə kredit verməyi borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi habelə kreditdən 1.2-cı bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. 1.2 Kreditin təynatı Saziş çərçivəsində Bəkı şəhəri, Nəsimi rayonu R.Məmmədov 25 küçəsi, inşa olunan bina 2, 2-ci mərtəbədə yerləşən, umumı sahəsi 75.22 kv.m olan 3 otaqlı 6 nömrəli mənzilin alınması 1.3 Kredit üzrə faktıki illik faiz dərəcəsi illik 10.24% faiz təşkil edir 1.4 Borc alan bu müqavilə üzrə pul vəsaiti hesabına aldığı Müqavilənin 1.2-ci bəndində qeyd edilən mənzil üzərində mülkiyyət hüququ ədə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 30 gün müddətində borc verənin xeyrinə ipoteka ilə yüklü edilməsinı öhdəsinə götürür 1.5 Borc alanın bu Müqavilə üzrə borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2022-ci il tarixli 209CD**********1 saylı Girov müqaviləsi üzrə girov predmetı dan pul vəsaitləri çıxış edir. 1.6 Kreditin veriməsinə/rəsmiləşdirilməsmə görə borc alan borc verənə kreditin məbləğinin 1 faizi məbləğində komissiya ödəyir Müvafiq komissiya Borc alanın Borc verəndəkı bank hesablarından Borc verən tərəfindən akseptsız qaydada tutulur. İş materiallarında olan girov saxlayan "xxxx" ASC ilə girov qoyan Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 02-5 saylı girov müqaviləsinin surətində göstərilmişdir ki, 1.1 Girov saxlayanla fiziki şəxs olan borc alanlar arasında bağlanan kredit müqavilələri üzrə borc alanların Girov saxlayan qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə Girov qoyan tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 209CD**********1 saylı Bank əmanəti müqaviləsi üzrə əmanətdə olan pul vəsaitlərinin Müqavilənin 1.3-cü bəndində qeyd edilmiş miqdarda hissəsinin Girov saxlayana girov qoyulması təşkil edir. 1.2. Bu müqavilə üzrə girovla təmin edilən öhdəlik Girov qoyanla Girov saxlayan arasında bağlanmış xx.xx.2021-ci il tarixli X2 saziş çərçivəsində Girov saxlayanla fiziki şəxs olan borc alanlar arasında bağlanan və xüsusi (mühüm) şərtləri Müqavilənin 2.2-ci bəndində göstərilmiş kredit müqavilələrindən irəli gələn bütün pul tələbləridir. Girov predmeti Girov saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya. Girov saxlayana dəymiş zərər və bu Müqavilə üzrə girov predmetinə tutma yönəldilməsi ilə bağlı xərclər də daxıl olmaqla, tam həcmdə təmin edir.1.3.Girov predmetinin məbləği Girov qoyanın Girov saxlayanda açılmış AZ57İBAZ**********7413 559209 №-li və AZ06İBAZ******************** №-li hesablarında olan və həmin hesablara mədaxil ediləcək pul vəsaitlərinin (əmanət məbləğinin) 18 000 000 məbləğində olan hissəsini təşkil edir. 1.4. Girov qoyan təsdiq edir ki, girov predmeti olan pul vəsaitləri üzərində hüquqlar yalnız ona məxsusdur, girov predmeti üçüncü şəxslərin bütün hüquq və tələblərindən azaddır, girov predmetinə dair girov və ya digər yüklülüklər, o cümlədən üçüncü şəxslərin iddia və məhkəmə mübahisələri mövcud deyildir. İş materiallarında olan "xxxx" ASC-nin Səbail filialə tərəfindən "xxxx" MTK-ya ünvanlanmış məktubda göstərilmişdir ki, 10 oktyabr 2022-ci il tarixli 011ƏB/A saylı kredit rnünaviləsinə əsasən X1 verilmiş kreditlərin təminatı olaraq ABB ASC ilə Kristal Abşeron MTK arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği Kristal Abşeron MTK-nin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönləndiriləcəkdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, 5 iş günü müddətində Banka olan ödəniş cədvəli üzrə 11310 manat məbləğində borcu ödəməsə, ABB borcu tələb etməklə xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini "Kristal Bakı” ASC-yə müraciət edəcək, o isə öz növbəsində Alqı-satqı müqaviləsinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh qızma məxsus Bakı şəhəri, Nəsimi rayonu, R. Məmmədov küçəsi 25, bina 2, mərtəbə 2, ümumi sahəsi 75.22 kv.m. olan, 3 otaqlı, 6 N-li mənzili öz, sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən isə öhdəlik icra edilməmiş, bank borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləğinin Kristal Abşeron MTK-nın ABB ASC-də yerləşdirilmiş əmanətinə yönləndiriləcəyi barədə xəbərdarlıq etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.13-cü maddəsində göstərilmişdir ki, "Alıcı" tərəfindən "Bank" ilə bağlanacaq Kredit müqaviləsinin ödəniş cədvəli üzrə kreditin əsas və ya faiz borcu ödənişlərin ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmaq “Alıcı”-nın vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı mənzildən çıxarılma barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin vəsatətinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış **********71919 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov 25 saylı küçədə yerləşən, bina 2, 6 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq "xxxx" ASC-yə təhvil verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-232/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-232/2025
19.08.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver