Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-235/2025 21.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixli **********68-10301 saylı daşınmaz əmlakın icbari sığortası müaviləsi əsasında sığortalanmış Xızı rayonu Yarımça kəndində yerləşən ümumi sahəsi 97.5 kv.m olan fərdi yaşayış evinin təmir-tikinti üçün 15.000 (on beş min) manat, xx.xx.2023-cü il tarixli **********58-10301 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi əsasında sığortalanmış Xızı rayonu Yarımça kəndində yerləşən ümumi sahəsi 43,4 kv.m olan fərdi yaşayış evinin bərpası üçün 36.000 (otuz altı min) manat məbləğində maddi ziyanın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonu Yarımça kəndində yerləşən evlər iddiaçının xüsusi mülkiyyətindədir və onunla cavabdeh "xxxx" ASC sığorta müqavilələri bağlanmışdır. PİC-RPA**********/23 və PİC-RPA**********/2 saylı 08 sentyabr 2023-cü il tarixli əmlak sığortası şəhadətnamələrinə əsasən sığortanın predmeti xüsusi mülkiyyətindəki həmin evlər, faydalanan şəxs "xxxx" ASC, sığorta məbləği 15.000 manat, digərləri ilə yanaşı “əmlakın yanğın və digər əlavə risklərdən sığortası Qaydaları”na uyğun olaraq müəyyən edilmişdir.Ona məxsus ünvan 1i ünvanında torpaq ərazisində yerləşən, ümumi sahəsi 97.5 kv.m olan fərdi yaşayış evi "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli **********68-10301 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi əsasında sığortalanmışdır. Keçən ilin payız və qəş fəslində yağan güclü yağışlar nəticəsində sözügedən fərdi yaşayış evi ciddi zərərə məruz qalmışdır. Belə ki, evin giriş hissəsini təşkil edən pilləkəndə, evin xarici və daxili divarlarında iri çatlar əmələ gəlmiş, otaqlardan birinin döşəməsi tamamilə sıradan çıxmış, digər otaqların da döşəmə və tavan hissələri ciddi zərər görmüşdür. Evin xarici divarlarına vurulmuş ağ bəzək daşlarının (aqlay daşı) bir hissəsi qopub dağılmışdır. Ümumilikdə isə ev yaşayış üçün yararsız hala düşmüşdür. Evin giriş hissəsindəki pilləkənin çökməsi nəticəsində təxmini 30.sm ölçüdə çat əmələ gəlmişdir. Bu səbəbdən qeyd olunan pilləkənin tam şəkildə sökülərək yenidən qurulması zərurəri yaranmışdır. Ona məxsus ikinci evlə bağlı bildirir ki, ünvan 1i ünvanında 0.12 ha torpaq ərazisində yerləşən, ümumi sahəsi 43.4 kv.m olan fərdi yaşayış evi "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli **********58-10301 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi əsasında sığortalanmışdır. Keçən ilin payız və cari ilin qış fəslində güclü yağışdan sonra yaranan sel suları və normadan artıq miqdarda yağan qar səbəbindən sözügedən fərdi yaşayış evi tamamilə uçulub dağılmış, yerlə bir olmuşdur. Hətta dağılmış tikinti avadanlıqları belə yenidən istifadə üçün yararsız hala düşmüşdür. Hadiəs barədə sığortaçıya dərhal məlumat verilmişdir. Sel su nəticəsində dəymiş ziyanın əvəzinin ödəniləsi üçün cavabdeh müraciət etdikdə, cavabdeh isə baxış keçirtmək əvəzinə onun mobil telefonuna mesaj ünvanlayaraq bildirmişdir ki, əmlaklarına dəymiş zərər 2972 manat müəyyən edilmişdir. Göstərilən məbləğ cavabdeh tərəfindən necə müəyyən olunması ona məlu m deyildir. Məhkəmədən ona dəyən ziyanın ödənilməsini xahiş edir. Daha sonra İddiaçı məhkəməyə “ərizənin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6208 nömrəli ekspert rəyinə uyğun olaraq xx.xx.2023-cü il tarixli **********68-10301 saylı daşınmaz əmlakın icbari sığortası müaviləsi əsasında sığortalanmış Xızı rayonu Yarımça kəndində yerləşən ümumi sahəsi 97.5 kv.m olan fərdi yaşayış evinin təmir-tikinti üçün 16.041 manat, xx.xx.2023-cü il tarixli **********58-10301 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi əsasında sığortalanmış Xızı rayonu Yarımça kəndində yerləşən ümumi sahəsi 43,4 kv.m olan fərdi yaşayış evinin bərpası üçün 14.907 manat məbləğində maddi ziyanın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu (məhkəmə qətnaməsinin elanı) iclasında tərəflər iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan yekun məhkəmə qətnaməsini elan etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2nda yerləşən ümumi sahəsi 97.5 kv.m olan fərdi yaşayış evi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2nda yerləşən ümumi sahəsi 43.4 kv.m olan fərdi yaşayış evi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -"xxxx" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən ünvan 1i ünvanında yerləşən (RX 0330505, **********) yaşayış evi xx.xx.2023 00:00 tarixindən xx.xx.2024 23:59 tarixinədək “Daşınmaz Əmlakın İcbari Sığortası” üzrə 15.000 manat məbləğində sığortalanmışdır. -"xxxx" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən ünvan 1ində yerləşən (RX 0604054, **********) yaşayış evi xx.xx.2023 00:00 tarixindən xx.xx.2024 23:59 tarixinədək “Daşınmaz Əmlakın İcbari Sığortası” üzrə 15.000 manat məbləğində sığortalanmışdır. - İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli izahatlarından görünür ki, ünvan 2nda yerləşən ümumi sahəsi 43.4 kv.m olan fərdi yaşayış evi və ünvan 2nda yerləşən ümumi sahəsi 97.5 kv.m olan fərdi yaşayış evi "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli icbari sığorta müqavilələri ilə sığortalanmışdılar. Keçən ilin payız və cari ilin qış fəslində güclü yağışdan sonra yaranan sel suları və normadan artıq miqdarda yağan qar səbəbindən sözügedən fərdi yaşayış evi tamamilə uçulub dağılmış, yerlə bir olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 19 sentyabr 2024-cü il tarixli, 10/6208 saylı rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: X3 məxsus ünvan 2nında yerləşən 0.12 ha torpaq ərazisində yerləşən, ümumi sahəsi 43.4 kv.m olan fərdi yaşayış evinə ümumilikdə dəymiş zərərin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 14907,0 manat məbləğində dəyəri müəyyən olunur. X3 məxsus ünvan 2nında yerləşən 0.12 ha torpaq ərazisində yerləşən, ümumi sahəsi 97.5 kv.m olan fərdi yaşayış evinə ümümlüdə dəymiş zərərin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 16041,0 manat məbləğində dəyəri müəyyən olunur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 “Xızı rayonu, Yarımca kəndi ərazisinin hidregeoloji və mühəndisi-geoloji şəraiti” haqqında (RPA********** (RX 0330505,**********)) arayışdan görünür ki, geoloji mühiti təşkil edən qrunt qatının tərkibində olan əhəng birləşmələrinin atmosfer yağıntılarının və digər amillərin təsiri nəticəsində şişmə və ya çökməyə məruz qalması xarakterik xüsusiyyətlərdən biridir. Vizual baxış zamanı fərdi tikilinin bünövrə səviyyəsinədək tamamilə uçması və tikilinin yerlərində yalnız müəyyən həcmdə uçmuş tikili materiallarının qalması qeydə alınmışdır. Araşdırma zamanı tikilinin yerləşdiyi ərazidə təbii və texnogen amillərin təsiri nəticəsində çökmə prosesi müşahidə edilmişdir. 2023-cü ilin payız-qış aylarında sözügedən ünvanda tikiliyə ziyan dəyməsi ilə əlaqədar sorğuya cavab olaraq bildirilmişdir ki, X2 vətəndaşlar tərəfindən ekzogen geolojii proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəxəssislər tərəfindən həmin əraziyə mühəndis-geoloji baxış keçirilir. Belə ki, X5 rayonu, Yarımca kənd sakini X3 məxsus ünvandan 2023-cü il tarixdə ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olmamışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 “Xızı rayonu, Yarımca kəndi ərazisinin hidregeoloji və mühəndisi-geoloji şəraiti” haqqında (RPA********** (RX 0604054, **********)) arayışdan görünür ki, geoloji mühiti təşkil edən qrunt qatının tərkibində olan əhəng birləşmələrinin atmosfer yağıntılarının və digər amillərin təsiri nəticəsində şişmə və ya çökməyə məruz qalması xarakterik xüsusiyyətlərdən biridir. Vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, çoxillik atmosfer çöküntülərinin və digər amillərin təsirindən tikilinin özülünü təşkil edən süxurların dayanıqlığının zəifləməsi, ilişmə qüvvəsinin azalması, ağırlıq qüvvəsi nəticəsində fərdi tikilinin yerləşdiyi sahədə qeyri-bərabər çökmə prosesi baş vermişdir. 2023-cü ilin payız-qış aylarında sözügedən ünvanda tikiliyə ziyan dəyməsi ilə əlaqədar sorğuya cavab olaraq bildirilmişdir ki, X2 vətəndaşlar tərəfindən ekzogen geolojii proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəxəssislər tərəfindən həmin əraziyə mühəndis-geoloji baxış keçirilir. Belə ki, X5 rayonu, Yarımca kənd sakini X3 məxsus ünvandan 2023-cü il tarixdə ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olmamışdır. - Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş mülahizələrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən ünvan 1i ünvanında yerləşən (RX 0330505, **********) yaşayış evi və RPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən ünvan 1ində yerləşən (RX 0604054, **********) yaşayış evi “Daşınmaz Əmlakın İcbari Sığortası” üzrə sığortalanmışdır. Hər iki sığorta şəhadətnaməsi üzrə sığorta müddəti “xx.xx.2023 00:00 - xx.xx.2024 23:59”. xx.xx.2024-cü il tarixində sığortalı İddiaçı Cəmiyyətlərinə müraciət edərək sığortalanmış hər iki yaşayış evinə zərər dəyməsi barəsində məlumat vermişdir. Cəmiyyətlərinə müraciət daxil olan kimi sığorta araşdırmasına başlanılmışdır. Sığorta araşdırması çərçivəsində təfərrüatların dəqiqləşdirilməsi məqsədi ilə İddiaçı yazılı izahatlar alınmışdır. İddiaçı RPA********** (RX 0330505,**********) ilə bağlı izahatı: “Keçən ilin payız və cari ilin qış fəslində güclü yağışdan sonra yaranan sel suları və normadan artıq miqdarda yağan qar səbəbindən sözügedən fərdi yaşayış evi tamamilə uçulub dağılmış, yerlə bir olmuşdur.” İddiaçı RPA********** (RX 0604054,**********) ilə bağlı izahatı: “Keçən ilin payız və qış fəslində yağan yağışlar nəticəsində sözügedən fərdi yaşayış evi ciddi zərərə məruz qalmışdır.” Qanunvericiliyin tələbini nəzərə alaraq hər iki yaşayış evinə dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilmiş və bununla bağlı sığortalıya məlumat verilmişdir. Qiymətləndirmə ilə paralel olaraq müraciətin araşdırılmasına cəhdlər edilmişdir. Lakin İddiaçı izahatlarından da göründüyü kimi "xxxx" ASC-yə zərərlərin yaranma tarixləri bildirilmədiyinə görə, eyni zamanda zərərlərin yaranma səbəbləri ilə bağlı müxtəlif ehtimallar səsləndirildiyinə görə sığortaçı olaraq hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirməkləri mümkün olmamışdır. Bu əsnada İddiaçı Cəmiyyətlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırlıq iclasları çərçivəsində İddiaçı müvafiq suallar ünvanlayaraq hadisənin baş vermə tarixi, səbəbi, təsviri ilə bağlı detallı məlumatlar əldə etməyə çalışsalar da, yenə də suallarına konkret cavablar verilməmişdir. Bu kimi qeyri-müəyyənlik şəraitində hadisənin baş vermə tarixini və səbəbini aydınlaşdırmaq məqsədi ilə Məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həqiqətin müəyyən olunması üçün onlar da bu kimi ekspertizanın keçirilməsini dəstəkləmişlər. Təəssüf ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuşdur. Məhkəmə tikinti-texniki ekspertizası təyin edildikdən sonra onlar da məhkəmə araşdırmasına dəstək olmaq məqsədi ilə son bir ümidlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 sorğu məktubları ünvanlamışlar. Sorğularına cavab olaraq sözügedən qurumdan xx.xx.2024-cii il tarixli 3- 14-18/2-247/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-14-18/2-248/2024 nömrəli məktublar daxil olmuşdur. RPA********** (RX 0330505,**********) ilə bağlı arayışa əsasən geoloji mühiti təşkil edən qrunt qatının tərkibində olan əhəng birləşmələrinin atmosfer yağıntılarının və digər amillərin təsiri nəticəsində şişmə və ya çökməyə məruz qalması xarakterik xüsusiyyətlərdən biridir. Vizual baxış zamanı fərdi tikilinin bünövrə səviyyəsinədək tamamilə uçması və tikilinin yerlərində yalnız müəyyən həcmdə uçmuş tikili materiallarının qalması qeydə alınmışdır. Araşdırma zamanı tikilinin yerləşdiyi ərazidə təbii və texnogen amillərin təsiri nəticəsində çökmə prosesi müşahidə edilmişdir. RPA********** (RX 0604054, **********) ilə bağlı arayışa əsasən geoloji mühiti təşkil edən qrunt qatının tərkibində olan əhəng birləşmələrinin atmosfer yağıntılarının və digər amillərin təsiri nəticəsində şişmə və ya çökməyə məruz qalması xarakterik xüsusiyyətlərdən biridir. Vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, çoxillik atmosfer çöküntülərinin və digər amillərin təsirindən tikilinin özülünü təşkil edən süxurların dayanıqlığının zəifləməsi, ilişmə qüvvəsinin azalması, ağırlıq qüvvəsi nəticəsində fərdi tikilinin yerləşdiyi sahədə qeyri-bərabər çökmə prosesi baş vermişdir. Hadisənin (zərərin) sığorta müddətində baş verib-vermədiyini aydınlaşdırmaq nöqteyi-nəzərdən X1 bu məktublarında (arayışlarında) hadisənin ehtimal olunan baş vermə tarixinə (zərərin yaranma tarixinə) dair hər hansı qeyd mövcud olmasa da, məktublar (arayışlar) zərərlərin yaranma səbəbinə müəyyən aydınlıq gətirir: 1.Hər iki yaşayış evinin yerləşdiyi ərazidə qrunt sularının səviyyəsi dəyişmişdir; 2.Hər iki yaşayış evində tədricən çökmə prosesi baş vermişdir. Hadisənin baş vermə (zərərin yaranma) tarixi məlum olmasa da, aşağıdakılara əsasən bu kimi hadisə ümumiyyətlə sığorta hadisəsi hesab olunmur və hər hansı zərər sığorta təminatı ilə əhatə olunmur. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1-ci maddəsinə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.4-cü maddəsinə əsasən sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi mövcud olduğu halda sığorta ödənişi həyata keçirilir. 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi nəticəsində sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: Maddə 36.1.1. yanğın, ildırım düşməsi; Maddə 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; Maddə 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; Maddə 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; Maddə 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; Maddə 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; Maddə 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; Maddə 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; Maddə 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Məhkəmə iddiaçının cavabdeh tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə dair iddia tələbinin dəlili ilə razılaşmır. Birincisi məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən "xxxx" ASC-yə zərərlərin yaranma tarixlərini bildirilmədiyinə görə, eyni zamanda zərərlərin yaranma səbəbləri ilə bağlı müxtəlif ehtimallar səsləndirildiyinə görə sığortaçı "xxxx" ASC olaraq hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirməkləri mümkün olmamışdır. Belə ki, iş üzrə iddiaçı hadisənin dəqiq başvermə tarixini göstərməmiş, yalnız təxmini dövr (“cari ilin payız və qış”) bildirmişdir. Bu cür qeyri-müəyyənlik ziyanın sığorta müqaviləsinin bağlanmasından sonra deyil, əvvəl baş vermədiyinə dair hər hansı zəmanəti istisna edir. Məhkəmə qeyd edir ki, iş materiallarından aydın olur ki, "xxxx" ASC ilə İddiaçı arasında sığorta müqavilələri bağlanmış, iddiaçıya məxsus əmlaklar xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Hadisənin dəqiq tarixi məlum olmadıqda, ziyanın müqavilədən əvvəl baş vermə ehtimalı istisna edilə bilməz, bu isə, sığorta öhdəliyinin hüquqi mahiyyətinə əsasən, sığortaçının məsuliyyətini istisna edir. İkincisi məhkəmə qeyd edir ki, sığortacı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 sorğu məktubları ünvanlamış, həmin sorğu məktublarına əsasən hadisənin ehtimal olunan baş vermə tarixinə (zərərin yaranma tarixinə) dair hər hansı qeyd mövcud olmasa da, həmin hadisələrin hər iki yaşayış evinin yerləşdiyi ərazidə qrunt sularının səviyyəsi dəyişməsi və hər iki yaşayış evində tədricən çökmə prosesi baş verməsi səbəbindən olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, əmlakın məhv olması hər bir halda sığorta ödənilməsinə səbəb olmur. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin qanunun Xüsusi Bölməsinə aid olan 36.1-ci maddəsində daşınmaz əmlakın hansı səbəb nəticəsində zədələndiyi, məhv olduğu, yaxud hər hansı digər formada itkisinin sığorta hadisəsi hesab olunduğu dəqiq müəyyən edilmişdir. Göründüyü kimi sığorta ödənilməsi üçün əsas olan sığorta hadisəsi sayılan hallar bilavasitə qanunda müəyyən edilmişdir. Daşınmaz əmlakın məhv olması faktı mövcud olsa belə, əmlakın qanunda nəzərdə tutulmuş hallar nəticəsində zədələnməsi müəyyən olunmazsa, sığorta ödənilməsi öhdəliyi yaranmamış olacaq. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hadisənin baş vermə (zərərin yaranma) tarixi məlum olmasa belə, bu kimi hadisə ümumiyyətlə sığorta hadisəsi hesab olunmur və hər hansı zərər sığorta təminatı ilə əhatə olunmur. Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair" iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-235/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-235/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver