Məhkəmə qərarları › İş №2(006)-2359/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2359/2020

03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2359/2020 03.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi x14 iştirakları ilə İddiaçının cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdr ki, iddiaçının mərhum əri x Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan “Neftqaztikinti” trestinin 3 saylı tikinti quraşdırma idarəsində quraşdırıcı işləmişdir. 31 avqust 2012-ci il tarixdə səhər saat 07 radələrində x işə getmək üçün evdən çıxmışdır. Saat 09 radələrində eşidəndə ki, Lökbatan qəsəbəsində 124 saylı marşurut avtobusu qatarla toqquşub, çoxlu xəsarət alan var, iddiaaçı, dərhal ərinin mobil telefonuna zəng vurub əlaqə saxlamaq istəmiş, lakin tanımadığı bir nəfər cavab verib telefonu hadisə yerində tapdığını, telefonun sahibinin isə “Semaşko” xəstəxanasına aparıldığını demişdir. Bundan sonra ərinin toqquşma zamanı qatarın altına düşərək öldüyü iddiaçıya məlum olmuşdur. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırıldı. x7, 2012-ci il avqust ayının 31-də “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair” təlimatın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, nəticədə saat 07:28 dəqiqədə x49 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı Lökbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində 124 saylı marşurutla hərəkət edən sərnişin avtobusu açıq şlaqbaumdan keçərək sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən - x28, x8, x50, x31, x15, Eyyubov Röyal Yunis oğlu, x10, x16, x51, x32, x52, x11, x40, x60, x53, x89, x9, x68, x17, x69, x4, x23, x75, x12, x61, x70 az ağır, x71, x41, x, x13, x ağır xəsarətlər almış, x24, x54, x42, x25, x29 və x76 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin x saylı hökmünə əsasən x7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin x saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bakı Ağır Cinayətlər Məhkəməsinin x saylı qanuni qüvvəyə minmiş hökmünün 42-ci səhifəsində qeyd olunur ki, məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 sentyabr 2012-ci il tarixli, 116 saylı rəyindən görünür ki, mərhum T.N.Nəcəfquliyevin meyitinin məhkəmə tibbi ekspertizasında sağ yuxarı ətrafın və hər iki aşağı ətrafın travmatik amputasiyası, alt çənənin səthi əzilmiş yarası, sol alın-gicgah nahiyəsinin, sol yanağın sıyrıqları aşkar edilmişdir. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 31.08.2012ci il tarixdə baş vermiş nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və T.N.Nəcəfquliyevin ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. x-in ölümünə səbəb, almış olduğu travma kompleksi və massiv qanitirmə nəticəsində baş vermiş ağır dərəcəli travmatik hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, x-in ölümü onun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. x-in meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenitiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçının əri öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının yaxın qohum sayılan ərinin faciəvi şəkildə ölməsindən sonra sağlamlığında baş verən mənfi dəyişikliklər nəticəsində çəkdiyi iztirablar, sarsıntılar, düşdüyü depresiyalar, hər gün ona həmin hadisənin sanki bu gün baş verdiyini xatırladır. Ərinin faciəvi şəkildə həlak olması bir qadın kimi iddiaçının sağlamlığına ağır zərbə vurmuşdur. Bu günədək ərinin itkisinin iztirabını çəkir. Məhz bu səbəbdən iddiaçı Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə 2017-ci ildə “Beyin infarktının nəticələri, Sağ orta beyin arteriyası sistemində keçirilmiş geniş sahəli və təkrari işemik insultlardan sonrakı vəziyyət, Hemiplegiya, Sol tərəfli dərin hemiplegiya, Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s” diaqnozları əsasında ikinci dərəcəli əlil olmuşdur. Həyat yoldaşının yoxluğu, sağlamlığını itirməyi iddiaçının iztirablarının davam etməsinə səbəb olur. İddiaçı bəlkə bu əzab və iztirabları yüngülləşər, xəstəlikləri daha da kəskinləşməz deyə mənəvi zərərin ödənilməsini tələb etmək qərarına gəlmişdir. İşin hallarına əsasən cavabdeh qurumun işçisinin hüquqazidd hərəkəti nəticəsində iddiaçının fiziki-mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Ona görə iddiaçı düşünür ki, qeyd olunan halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 1.000.000 manat məbləğində pulun cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi ədalətli olar. İddiaçı ümid edir ki, məhkəmə baş verən hadisənin unudulmasının mümkün olmaması səbəbindən iddiaçının keçirdiyi iztirabların ömür boyu davam edəcəyini nəzərə alaraq mənəvi zərərin miqdarını tam şəkildə təmin etməlidir ki, pozulmuş hüquqlarının bərpası baxımından ədalətli olsun. Belə olarsa cavabdehin məsuliyyəti də artar ki, iddiaçının ərinin yerində kiminsə əzizlərinin, hətda körpə uşağın belə ola biləcəyi ictimai təhlükəlilik baxımından ağır olan eyni hadisə, faciə təkrar baş verməsin və başqa insanlar da onun çəkdiklərini çəkməsinlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən iddiaçının əri, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində işləyən x75-in təqsirli hərəkəti nəticəsində ölmüş, hüquqazidd təqsirli hərəkət nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Göstərilənlərə əsasən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətindən mənəvi zərərə görə 1.000.000 (bir milyon) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi x43 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.07.1989-cu il tarixli, V-ЖГ seriyalı, 284138 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x26 və x33 01.07.1989-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01.07.1989-cu il tarixdə 295 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra ərə Nəcəfquliyev, arvada Nəcəfquliyeva soyadı verilmişdir. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.09.1990-cı il tarixli, XV-ЖГ seriyalı, 399183 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x18 31 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası x26, anası x19r. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.05.1995-ci il tarixli, XVİİ-ЖГ seriyalı, 496789 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x20 12 fevral 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası x26, anası x19r. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.07.2000-ci il tarixli, İ-AZ seriyalı, 168187 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x27 18 iyul 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası x26, anası x19r. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.09.2012-ci il tarixli, AZ-İ seriyalı, 557208 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x26 31.08.2012-ci il tarixdə travmatik şok, hər iki ayağın travmatik amputasiyası səbəbindən ölmüşdür. 14.04.2017-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. Əlilliyin səbəbi ümumi xəstəlikdir. Ona beyin infarktının nəticələri, sağ orta beyin arteriyası sistemində keçirilmiş geniş sahəli və təkrari işemik insultlardan sonrakı vəziyyət Hemiplegiya, sol tərəfli dərin hemiplegiya, durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ f/s diaqnozu qoyulmuşdur. İş materiallarında olan ИT-İ seriyalı, ******* №-li əmək kitabçasının surətindən görünür ki, iddiaçının mərhum əri x26 vəfat edənə qədər SOCAR-ın “Neftqaztikinti” trestinin 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsində çalışmışdır. SOCAR-ın “Neftqaztikinti” tresti tərəfindən verilmiş 16.04.2020-ci il tarixli arayışdan görünür ki, Neftqaztikinti” trestinin dəniz şəraitində 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsi üzrə orta aylıq əmək haqqı 2012-ci il üzrə 1021,73 manat, 2013-cü il üzrə 1099,76 manat, 2014-cü il üzrə 1075,43 manat, 2015-ci il üzrə 1086,98 manat, 2016-cı il üzrə 1167,37 manat, 2017-ci il üzrə 1199,56 manat, 2018-ci il üzrə 1291,25 manat, 2019-cu il üzrə 1423,32 manat və 2020-ci il üzrə 1496,20 manat olmuşdur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-248 saylı, 11 dekabr 2013-cü il tarixli hökmünün surətindən görünür ki, x49 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, x49 ibtidai həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, onun cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 31 avqust 2012-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, x5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, x5 ibtidai həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, onun cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 31 avqust 2012-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi subut kimi Bakı şəhər prokurorluğunda saxlanılan, “DAEWOO' markalı **-TF- *** və **-TE-*** dövlət qeydiyyat nişanlı avtobuslardan götürülümüş boya nümunələrinin, üzərində qırmızı boya ləkələri olan şlaqbaum hissəsinin, x34 məxsus 01 ədəd qadın əl çantasının, hadisə yerindən götürülmüş istintaqa təqdim edilmiş xeyli sayda əzilmişkəsilmiş, əksəriyyəti istifadəyə yarasız, tək, cüt kişi və qadın yay ayaqqabılarının, şəpiylərinin məhv edilməsi, iş üzrə 200 (iki yüz) manat təşkil edən ekspertiza xərclərinin 100 (yüz) manatının x44 və 100 (yüz) manatının x1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-297/2014 saylı, 27.02.2014-cü il tarixli qərarının surətindən görünür ki, məhkum x5 ona bəraət verilməsi barədə apeliyasiya şikayətinin və məhkum x49 müdafiəçisi x35 müdafiəsini həyata keçirdiyi şəxsə bəraət verilməsi barədə apeliyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apeliyasiya protestinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin x5 və x49 barəsində olan 11 dekabr 2013-cü il tarixli hökmünün dəyişdirilməsi, məhkum x62 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin bir il artırılaraq, onun üzərində 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, məhkum x6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin bir il artırılaraq, üzərində 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-1686/15 saylı, 28.10.2015-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayətlərinin təmin edilməməsi, x7 və x77 barəsində Bakı Apellyasiya Məhkəsinin 27.02.2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının ərinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin əməkdaşı x5 təqsiri nəticəsində ölməsi İddiaçı yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab edir ki, ərinin vəfat etməsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və həyat yoldaşının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının mənəvi sarsıntı keçirməsi uzun müddət birgə yaşadığı həyat yoldaşının faciəvi şəkildə ölməsinin onda səbəb olduğu mənfi psixi reaksiyada, iddiaçının iztirab keçirməsi isə onun ikinci dərəcəli əlil olması ilə əlaqədar sağlamığını itirməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi ziyanın miqdarını müəyyən edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qadın olması, vəfat edənin onun 23 il birgə nikahda yaşadığı həyat yoldaşı olması, ərinin vəfatından sonra himayəsində yetkinlik yaşına çatmayan uşaqların qalması ilə əlaqədar iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığı, bu sarsıntı və iztirabların uzun bir müddət ərzində davam edəcəyi və cavabdeh hüquqi şəxsin əmlak vəziyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin əməkdaşı x5 tutduğu vəzifə ilə əlaqədar dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması nəticəsində baş vermiş qəzada iddiaçının əri x26 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə sonda hesab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçıya ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar