Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2402/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər 02 may 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 23.09.2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır, lakin o, ailəsinə baxmır və övladının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. X1 iddiaçının himayəsindədir və iddiaçı onun maddi ehtiyacını təkbaşına qarşılamaqda çətinlik çəkir. Göstərilənlərə əsasən, cavabdehdən övladı 23.09.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı məhkəməyə 16.05.2022-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə” ilə müraciət edərək, 15.03.2022-ci il tarixində X9 adında daha bir övladının dünyaya gəldiyini bildirmiş və iddia tələbini dəqiqləşdirərək, birgə nikahdan dünyaya gəlmiş 23.09.2019-cu il təvəllüdlü X4 və 15.03.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat və X5 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu (etiraf etdiyini) bildirmiş və bu haqda ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İşin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02.05.2016-cı il tarixdə verilmiş AZ-İİ № 122427 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 435 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ələsgərova soyadı verilmişdir. İşin materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16.10.2019-cu il tarixdə verilmiş AZ-İV № 359337 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 23 sentyabr 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 04.04.2022-ci il tarixdə verilmiş AZ-İV № 727735 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 15 mart 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Yetkinlik yaşına çatmamış uşaqları anaları İddiaçı himayəsində qalırlar. Hal-hazırda iddiaçı uşaqların saxlanması üçün aliment tələb edir, cavabdeh iddia tələbi ilə razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, cavabdeh tərəfin razılığını, alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh övladları 23 sentyabr 2019-cu il təvəllüdlü X4 və 15 mart 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat və X5 3 yaşına çatanadək 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Həmçinin, Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə görə ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 05 aprel 2022-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, azyaşlı X6 münasibətdə aliment həmin tarixdən, azyaşlı X7 münasibətdə isə iddianın həcminin artırılması haqqında ərizənin verildiyi tarixdən, yəni 16 may 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddianın təmin olunmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 05 aprel 2022-ci il tarixdən başlayaraq, 23 sentyabr 2019-cu il təvəllüdlü X4 və 16 may 2022-ci il tarixdən başlayaraq, 15 mart 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat və əlavə olaraq X5 3 yaşına çatanadək 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 05 aprel 2022-ci il tarixdən başlayaraq, 23 sentyabr 2019-cu il təvəllüdlü X4 və 16 may 2022-ci il tarixdən başlayaraq, 15 mart 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat və əlavə olaraq X5 3 yaşına çatanadək 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2402/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2402/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver