Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2409/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X6, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "aliment miqdarının artırılması" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1969/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş uşaq 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilməsinə xitam verilməsini, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin 120 (bir yüz iyirmi) manatadək azaldılaraq, 120 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1969/2020 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X10 cavabdeh Əliyeva (Eyvazova) Xədicə Fuad qızının yanında qalması müəyyən edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşma çatana qədər hər ay 50 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh qızma ödənilməsi qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1969/2020 saylı qətnaməsi ilə bu iş üzrə Cavabdeh saxlanılması üçün uşaq 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində pul İddiaçı tutulması qərara alınmışdır. Nikahın pozulması məsələsinə məhkəmədə baxılan zaman Cavabdeh işlədiyi AMEA Fizika İnstitutundan uşağın anadan olması ilə əlaqədar sosial məzuniyyətdə olmuşdur və bu səbəbdən ilk məhkəmədə İddiaçı tələb etmişdir ki, onun saxlanılması üçün uşaq 3 yaşına çatana qədər hər ay 50 manat aliment ödənilsin və məhkəmə də bunu təmin etmişdir. Azərbaycan Milli Elmlər X1 Bakı şəhəri “Mərkəz” Vəkil bürosuna daxil olmuş xx.xx.2021-ci il tarixli, 029-08/08 №-li cavab məktubundan müəyyən edilir ki, AMEA Fizika İnstitutunun kiçik elmi işçisi Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdən sosial məzuniyyətdən qayıdaraq iş fəaliyyətini davam etdirir (cavab məktubu iddia ərizəsinə əlavə olunmuşdur). Göründüyü kimi, 2020-ci ilin sentyabrından Cavabdeh sosial məzuniyyətdən işə qayıdaraq hər ay əmək haqqı almaqla işləyir, əmək qabiliyyəti bərpa olunmuş və maddi yardıma ehtiyacı yoxdur, iş yerindən əmək haqqı almaqla maddi ehtiyacını ödəyir. Cavabdeh fərqli olaraq İddiaçı heç yerdə işləmir, əmək haqqı almır, aylıq qazancı və gəliri ümumiyyətlə yoxdur, valideynlərinin maddi dəstəyi ilə uşağın alimentini çətinliklə ödəyir, xeyli qalıq aliment borcu vardır. İddiaçı özü hazırda valideynlərinin himayəsindədir. İddia ərizəsinə əlavə olunmuş ƏƏSMN 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli, **********8 №-li Arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sisteminə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən işsiz kimi qeydiyyatdadır və “X9” alt sisteminə əsasən onun qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Arayışa əsasən müəyyən edilir ki, İddiaçı işsizdir, əmək haqqı almır, vergi ödəyicisi (VÖEN) kimi qeydiyyatda deyildir, hər hansı qazancı, gəliri yoxdur. Əslində İddiaçı neçə ildir ki heç yerdə işləmir, qazancı yoxdur, sadəcə olaraq işsiz kimi 2019-cu ilin 19 dekabrında qeydiyyata alındığına görə həmin tarixdən işsiz kimi rəsmi qeydiyyatdadır. Hazırki vəziyyətdə İddiaçı heç yerdə işləmədiyindən və onun başqa qazancı (gəliri) olmadığından zəruri vəsaitə malik deyil, Cavabdeh əmək qabiliyyətlidir, əmək haqqı alır, maddi yardıma ehtiyacı yoxdur, Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə bir vəziyyətdə Ailə Məcəlləsinin 113.2.3-cü maddəsinə əsasən İddiaçı Cavabdeh hər ay 50 manat aliment ödənilməsimə xitam verilməlidir. Bundan əlavə Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1969/2020 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinə və digər qanunvericilik aktlarına görə uşağın hansı valideynin yanında qalmasından asılı olmayaraq ata və ana uşaqlarını saxlamalıdırlar, bu onların vəzifəsidir və bu məsələdə onların hər ikisi bərabər hüquq və vəzifələrə malikdirlər. Bununla yanaşı uşağın dolanacaq xərcini həm ana, həm də ata çəkməlidir. Hazırki vəziyyətdə uşağın anası Cavabdeh işləyir və kifayət qədər aylıq qazancı (gəliri) vardır, atası İddiaçı işləmir, aylıq qazancı (gəliri) qətiyyən yoxdur, valideynlərinin himayəsindədir. Bu halı məhkəmə nəzərə almalıdır, məhkəmə qətnaməsi ilə hər ay uşağın saxlanılması üçün İddiaçı tutduğu 170 manat aliment məbləğini 120 manata qədər azaldılmalıdır. Çünki İddiaçı aliment borcunu valideynlərinin vəsaitləri hesabına ödəyir, hazırda da ödənilməyən borcu vardır. Valideynlərin aylıq gəliri çox aşağı olduğundan hər ay onlardan 170 manat və əlavə 50 manat, 220 manat alaraq alimenti ödəyə bilmir. Məhkəmə bunu nəzərə almalı, 170 manat aliment məbləğini 120 manata kimi azaltmalıdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1969/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq onun himayəsində olan xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat alimentin sabit pul məbləğində tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona qarşı Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə bir uşağa təyin olunmuş 170 manat məbləğində alimentin azaldılaraq 120 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia ərizəsinə qarşı etiraz edir, iddia tələbi ilə razı deyildir, cavabdehə qarşı qarşılıqlı iddia tələbi ilə müraciət edir. Belə ki iddiaçı iddia ərizəsinə qeyd edir ki, heç bir yerdə işləmir, o isə işləyir, onun aliment ödəməyə imkanı yoxdur və sair, ona görə də alimentin məbləğinin azadılmasını xahiş edir. Məhkəmənin nəzərinə çatdırır ki, məhkəmənin bir uşaq üçün təyin etdiyi 170 manat məbləğində aliment yetərli deyil, uşağın tələbatlarını ödəmir, xx.xx.2021ci il tarixli Yaşayış minimumu haqqında Qanuna əsasən 1 uşaq üçün 175 manat müəyyən olunmuşdur. Belə olan halda cavabdehin alimentin məbləğinin azaldılması tələbi qanunvericiliyin tələblərinə uyğun deyildir. Alimentin azaldılması üçün heç bir əsas yoxdur. Ona görə də hesab edir ki, bir uşaq üçün təyin olunmuş aliment Yaşayış minimumu haqqında Qanuna uyğun olmalıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X12 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçının alimentin azaldılmasına heç bir əsas olan bir şey yoxdur. Belə olan halda iddiaçının iddiası təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Odur ki, iddiaçının iddia ərizəsində yazılanları təsdiq edən hər hansı bir sübut və fakt göstərilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı ona alimentin azaldılması tələbinə dair iddia tələbinin rədd edilməklə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Milli Elmlər X3 tərəfindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Mühman Abbasova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, AMEA Fizika İnstitutunun kiçik elmi işçisi Cavabdeh (xx.xx.1993-cü il təvəllüdlüdür) Əmək müqaviləsinə əsasən iş rejimi həftənin 5 iş günü saat 9:00-dan saat 17:00-a kimidir. Cavabdeh aylıq əmək haqqı ştat cədvəli üzrə 10 tarif dərəcəsinə uyğun olaraq 360 manat və 43,20 əlavədən ibarətdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron nformasiya sisteminin “Məşğulluq” alt sisteminə əsasən xx.xx.2019-cu il tarixindən işsiz kimi qeydiyyatdadır və “X9” alt sisteminə əsasən onun qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1969/2020 saylı qətnaməsinin surətindən görünür ki, X11 ilə İddiaçı arasında 27.04 2017-ci il tarixdə bağlanmış və 3 saylı Bakı "Asan xidmət” mərkəzi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 1180 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X4 anası X5 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2018ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatana qədər hər ay 50 (əlli) manat məbləğində pulun İddiaçı tutularaq X7 verilməsi qət edilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı ilə X11 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Birgə nikahlarından olan uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X10 anası Cavabdeh himayəsindədir. İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xeyrinə xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatana qədər hər ay 50 (əlli) manat məbləğində pul tutulur. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı hal-hazırda heç bir yerdə işləmir, X11 isə Azərbaycan Milli Elmlər X2 kiçik elmi işçi kimi işləyir və onun aylıq əmək haqqı ştat cədvəli üzrə 10 tarif dərəcəsinə uyğun olaraq 360 manat və 43,20 manat əlavədən ibarətdir. Məhkəmə hər iki iddia ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hər iki iddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyildir. Belə ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonrakı dövrdə iddiaçı və cavabdehin maddi vəziyyətlərində dəyişiklik baş verməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin maddi vəziyyətinin yaxşılaşması, daha artıq məbləğdə aliment ödəyə bilməsi hallarını sübuta yetirə bilməmişdir. Eləcə də ilkin iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin məhkəmənin gəldiyi qənaətə görə uşağının təminat səviyyəsinin pisləşməsi üçün əsas ola bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, sabit pul məbləğində hər ay 170 manat məbləğində aliment xx.xx.2018-ci il təvəllüdlü X4 mənafeyinə tam uyğundur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ödənilən alimentin miqdarının azaldılması və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilən alimentin miqdarının artırılması barədə iddiaları əsassız olduğundan rədd edilməlidir. Məhkəmə Cavabdeh (anaya) ödənilən aliment məbləği ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Ailə Məcəlləsinin 84.1, 84.2 və 84.2.2-ci maddələrində təsbit edilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1 və 85.1.3-cü maddələrinə əsasən isə ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində iddiaçının işləməsini, əmək haqqına malik olmasını, özünün isə heç yerdə işləməməsinə istinad edərək ondan 50 manat məbləğində alimentin tutulmasını mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normalardan göründüyü kimi alimentin tutulması üçün aliment tutulmalı olan tərəf zəruri vəsaitə malik olmalı, digər tərəfin aliment tələbi aliment tələb olunanı ağır vəziyyətə salmamalı, aliment tələb edən arvadın isə qazancı olmamalı və onun maddi cəhətdən köməyə ehtiyacı olmalıdır. İş materialları ilə müəyyən edildiyi kimi Cavabdeh AMEA Fizika İnstitutunun kiçik elmi işçisidir, əmək müqaviləsinə əsasən həmin müəssisədə işləməklə əmək haqqı alır. İddiaçı isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron nformasiya sisteminin “Məşğulluq” alt sisteminə əsasən xx.xx.2019-cu il tarixindən işsiz kimi qeydiyyatdadır və onun qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Uşağın saxlanması üçün qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə 170 manat aliment tutulmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə təqdim olunmuş sübutlar İddiaçı Cavabdeh maddi cəhətdən köməklik etmək üçün zəruri vəsaitə malik olmasını müəyyən etmək üçün kifayət deyildir. Qarşılıqlı iddia üzrə iddiaçı isə məhz cavabdehin zəruri maddi vəsaitə malik olmasını və özünün maddi cəhətdən köməyə ehtiyacı olmasını sübut etməlidir. Beləliklə məhkəmə ilkin iddia üzrə cavabdehin işlədiyini, onun maddi köməyə ehtiyacı olması, cavabdeh tərəfin zəruri vəsaitə malik olması sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda xx xxxxxx 2018-ci il təvəllüdlü X4 3 yaşına çatanadək cavabdehdən alimentin tutulması mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı Əliyeva (Eyvazova) Xədicə Fuad qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, İddiaçı xx xxxxxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əliyeva (Eyvazova) Xədicə Fuad qızına ödənilməli, ilkin iddia digər hissədə və qarşılıqlı iddia rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva (Eyvazova) Xədicə Fuad qızına qarşı "aliment miqdarının azaldılması" tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Əliyeva (Eyvazova) Xədicə Fuad qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı xx xxxxxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əliyeva (Eyvazova) Xədicə Fuad qızına ödənilsin. İlkin iddia digər hissədə rədd edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva (Eyvazova) Xədicə Fuad qızının ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "aliment miqdarının artırılması" tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2409/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2409/2021
01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver