Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2413/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Əlı̇ yeva İlhamə Sabı̇ r qızının, Cavabdeh Əlı̇ yev Canpolad Alış oğlunun iştirakı ilə, İddiaçı Əlı̇ yeva İlhamə Sabı̇ r qızının cavabdeh Əlı̇ yev Canpolad Alış oğluna qarşı "əlavə xərclərin ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yeva İlhamə Sabı̇ r qızı cavabdeh Əlı̇ yev Canpolad Alış oğluna qarşı "əlavə xərclərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladımız Əliyeva llahə Canpolad qızının tibbi və sair əlavə xərclərin ödənilməsinə görə Cavabdeh aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 3 noyabr 2004-cü il tarixdə Cavabdeh (cavabdeh) ilə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Rəsmi nikah münasibətlərindən 10 dekabr 2004-cü ildə llahə adlı qız övladları doğulmuşdur. Birgə yaşayış dövründə ailə məişət məsələləri zəminində münasibətləri pozularaq, birgə yaşamaqları imkansız vəziyyətə gəldiyindən 15 fevral 2018-ci tarixdə Nəsimi Rayon Məhkəməsinin 2(006)- 440/2018 saylı qətnaməsi əsasında nikahlarına xitam verilmişdir. 2018-ci ildən 2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində cavabdeh məhkəmənin qətnaməsinə əsasən müəyyən edilmiş məbləğ üzrə onlara 350 manat aliment ödəmişdir. Qızları Əliyeva llahə Canpolad qızının 2015-ci ilin 24 aprel tarixindən etibarən səhhətində yaranan dəyişikliklərlə əlaqədar bir sıra tibbi müəssələrə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Terapevtik Klinikasına müraciət etmiş və 2015-ci ilin may ayının 8-dən 28-nə qədər orada stasionar şəraitində müayinə və müalicə olunub, onun əsas diaqnozu Nuromotor aparatda polinevromatik tipli (aksonopatiya) pozuntusu aşkar edilmişdi. Bu çox ciddi pereferik (yəni aşağı ətrafların hərəkətində patologiya) ətrafların fəaliyyət pozuntusu kimi ağır xəstəlik olmuş, sonu lfliçlə yekunlaşa bilərdi. Bu səbəbdən də onun müalicəsi uzun müddətli olmaqla böyük məsrəftələb edən bir xəstəlik idi. Onların ailə münasibətlərinin pozulmasının əsas səbəblərindən biri də məhz cavabdehin həmin müddətdə ailəsinə laqeyid, etinasız münasibəti olmuşdur ki, bu da onun ağır xəstə qızlarının müalicə və müayinəsinə çəkilən xərclərdə iştirak etməməsində, məsrəfrəflərdən qaçmasında təzahür edir. Baxmayaraq ki, həmin dövrdə cavabdeh özünün pul ehtiyatlarını bir neçə banklarda saxlayırdı və maddi cəhətdən imkanları var idi. O isə işlədiyi Bakı Dövlət Universitetinin Elmi fəaliyyətinin təşkili və innovasiyalar mərkəzinin Elmi tədqiqatlarının təşkili və təhlili şöbəsində kargüzar vəzifəsində işləyərək aylıq əmək haqqı olan 624 manat puldan rüsumlar çıxıldıqdan sonra təmiz 500 manat pul ilə qızının həm təhsilinin və xəstəliyinin məsrəflərini qarşılamalı, həm də evin digər məsrəflərini ödəməli idi. Lakin qızlarının çətin vəziyyətdə olmasına və onun maddi imkanının zəif olmasına baxmayaraq, cavabdeh banklarda saxladığı əmanətindən öz övladının müalicəsinə və s. xərclərini qarşılamırdı. Bu zəmində də ailədə daim söz-söhbətlər yaranır və həyatlarının dözülməz vəziyyət alırdı. Məhz bu səbəbdən də o ailə münasibətlərini bitirmək məcburiyyətində qalmışdır. 2015-ci ildən 2019-cu ilə qədər olan müddətdə llahə Əliyeva müxtəlif özəl klinikalarda müayinə və müalicə olunsa da , xəstəliyin dinamikası heç bir müsbət nəticə verməmiş və bu səbəbdən də 8 dekabr 2019-cu il tarixində Bakı şəhəri Uşaq nevroloji xəstəxanasında stasionar şəraitdə müayinə müalicə olunmuşdur. Müayinə zamanı l.Əliyevada Şarko-Mari Tuto adlı xəstəlik aşkar edildi ki, bu da əvvəl müəyyən edilən diaqnozun ağırlaşması kimi qiymətləndirildi. 2019-cu ilin 10 sentyabrında l.Əliyevaya xəstəxana tərəfindən X5 Uşaq poliknikasına müraciət etdilər və onlar diaqnozu müəyyən edildikdən sonra 12 saylı tərəfindən Tibbi Sosial Ekspert komissiyasına göndərildik. 2019-cu ildən 2023-cü ilə qədər olan müddət ərzində l.Əliyevaya müayinə və müalicələrin davam etdirilməsinə baxmayaraq, 2023-cü ilin 26 yanvar tarixində növbəti dəfə X3 müraciət etdikdə onun əvvəlki dianozu üzrə X5 xəstəliyinin sağalmadığı və irsi xəstəlik olduğu müəyyən edilmişdir. Bundan sonra həkim göstərişinə əsasən 20 saylı polikninikanın komissiyası İddiaçı Tibbi Sosial Komissiyasına göndərdi. xx.xx.2023-cü il tarixdə orada keçirilən tibbi komissiya müayinəsi ilə l.Əliyevanın orqanizm funksiyalarının 61-80 faizi pozulması aşkar edildi. "İrsi motor neyropatiya X5" dianozu təsdiqlənərək müddətsiz İİ dərəcəli əlilliyi müəyyən edildi. Bütün bu illər ərzində cavabdeh bir ata olaraq gənc yaşlı övladının belə bir ağır xəstəliklə etdiyi mübarizədə ona maddi və mənəvi yardım göstərməmiş, onun qarşısında atalıq öhdəliyini yerinə yetirməmişdir. Valideyin olaraq nə səhhəti, nə də təhsili ilə maralanmamış, heç bir həyati probleminə münasibət bildirməmişdir. Qızı l.Əliyeva keçirdiyi bu ağır xəstəliyinə baxmayaraq, həyatın axınından çıxmadan orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmiş, 2023-cü ildə Bakı Dövlət Universitetin Filologiya fakültəsinin (Alman dili ədəbiyyatı) ixtisası üzrə əyani şöbəsinə daxil olmuş və hazırda təhsilini davam etdirməkdədir. Bir ata kimi cavabdeh onun təhsilində də ona yardım etmir, baxmayaraq ki, belə övladların təhsili üçün həyatlarını belə fəda etməyə hazır olan atalar çoxdur. Qeyd etdiyi kimi 2015-ci ildən etibarən cavadeh övladlarının müayinə və müalicəsi üçün, eləcədə təhsilinə heç bir maddi və mənəvi köməklik göstərməmiş yalnız 2022-ci ilə qədər ayda 350 manat aliment haqqı ödəməklə atalıq borcunu yerinə yetirdiyini zənn etmişdir. Cəmi dörd il 2018-2022-ci illər ərzində aliment ödəmişdir. Cavabdehin ödədiyi 350 manat məbləğində olan aliment onun nə təhsili üçün məsrəflərini, nə də xəstəliyi ilə əlaqədar olan xərclərini heç qismən də ödəmirdi. Bütün bu illər ərzində səhhəti gündən günə pisləşən qızının müayinə və müalicəsinə çəkilən xərclərin artmasına baxmayaraq bir dəfə də olsun cavabdeh onların heç birinin ödənilməsində iştirak etməyə də təşəbbüs göstərməmişdir. Hazırda cavabdehin iş yeri, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) mexanik vəzifəsində çalışır. Daha sonra iddiaçı Əlı̇ yeva İlhamə Sabı̇ r qızı iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızları Əliyeva llahə Canpolad qızının müalicəsi ilə əlaqədar aylıq olaraq 300 manat ödənişin etməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh Əlı̇ yev Canpolad Alış oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Əliyeva llahə Canpolad qızının müalicəsi ilə əlaqədar aylıq olaraq 300 manat ödənişin etməsi ilə razı olduğunu bildimişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ yeva İlhamə Sabı̇ r qızı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əlı̇ yev Canpolad Alış oğlu iddia ərizəsi ilə razı olduğunu bildirmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2018ci il tarixli, 2(006)-440/2018 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Əliyeva lhamə Sabir qızı ilə Cavabdeh arasında Nəsimi rayon VVADQ şöbəsində 03 noyabr 2004cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 627 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 10 dekabr 2004-cü il təvəllüdlü Əliyeva llahə Canpolad qızı anası Əliyeva llhamə Sabir qızının yanında qalması, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından 10 dekabr 2004-cü il tarixdə anadan olmuş Əliyeva llahə Canpolad qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda aliment və əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat tutularaq Əliyeva llhamə Sabir qızına verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ № 343392 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 26 may 2018-ci il tarixində ləğv edilmişdir. Mülki işin materiallarında olan Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı Elçin Məmmədov tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli arayışından görünür ki, X2 Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Filologiya (alman dili və ədəbiyyat) ixtisasının əyani təhsilalma forması üzrə 1 kurs tələbəsidir. Mülki işin materiallarında olan Bakı 06 saylı Mediyasiya Təşkilatının 20 oktyabr 2023cü il il tarixli, MŞB/1/2023-00263 saylı Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - ata - yəni, Cavabdeh hər təqvim ayı üzrə 250 AZN (iki yüz əlli manat) məbləğində öz övladına - yəni, Əliyeva llahə Canpolad qızına təhsil və müalicə xərclərini qarşılamaq üçün maddi yardım göstərsin. - ata - yəni, Cavabdeh öz övladı yəni, Əliyeva llahə Canpolad qızına 250 AZN (iki yüz əli manat) məbləğində maddi yardımı 2023-cü ilin noyabr ayından ödəməyə başlayacaq. Ödəniş hər təqvim ayının 10-cu (onuncu) gününə qədər Əliyeva llahə Canpolad qızının bank hesabına köçürüləcək. - 250 AZN (iki yüz əlli manat) məbləğində ödəniş ata - yəni, Cavabdeh əsas iş yerindən aldığı əmək haqqına elektron qaydada avtomatik yönəldilsin və tutulsun. Mülki işin materiallarında olan Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin insan resursları və hüquq şöbəsinin müdiri M.Ş.Əfəndiyeva tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli arayışından görünür ki, Əlı̇ yeva İlhamə Sabı̇ r qızı Bakı Dövlət Universitetində kargüzar vəzifəsində işləyir. Aylıq əmək haqqı 624 manat təşkil edir. Mülki işin materiallarında olan Əliyeva llahə Canpolad qızına məxsus tibbi sənədlərdən görünür ki, l.Əliyevada Şarko-Mari Tuto adlı xəstəlik aşkar edilmişdir. Mülki işin materiallarında olan 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 17 may 2023cü il tarixli arayışından görünür ki, Əliyeva llahə Canpolad qızının orqanizminin 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 220 manat məbləğində sosial müavinat təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Qeyd edilən Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbi ilə razı olmuş və bu protokolda və məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X1 müalicəsi üçün cavabdeh Əlı̇ yev Canpolad Alış oğlundan Əlı̇ yeva İlhamə Sabı̇ r qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 300 manat məbləğində sabit pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X1 müalicəsi üçün cavabdeh Əlı̇ yev Canpolad Alış oğlundan Əlı̇ yeva İlhamə Sabı̇ r qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 300 manat məbləğində sabit pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2413/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2413/2024
05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver