Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2414/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X18 qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X6 aid 11000 (on bir min) sığorta məbləğinin ödənilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 oğlu X13 hərbi xidmət zamanı zədə almış və həmin zədənin nəticəsində xx.xx.2007-ci il tarixdə ölmüşdür. X1 olduğumdan və qanunu bilmədiyimdən uzun müddət şəhid üçün nəzərdə tutulan sığorta məbləğini və bir dəfəlik müavinəti ala bilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhid üçün nəzərdə tutulan sığorta məbləğini və bir dəfəlik müavinətin verilməsindən imtina verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X17 iddianı qəbul etməyib, iddiaçının övladı X4 hərbi xidmətini tam başa vurmadığını, hərbi xidmətə yararsız olması səbəbindən təxris edildiyini, iddiaçının sığorta məbləğinin alınması üçün qanunvercilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünü, müvafiq qanununa əsasən X2 ilə əlaqədar xx.xx.2006-cı il tarixdə Xaçmaz rayon dövlət sığorta filialı tərəfindən 275 (iki yüz yetmiş beş) manat və İİ (ikinci) qrup əlillik dərəcəsi alması il əlaqədar xx.xx.2007-ci il tarixdə isə 385 (üç yüz səksən beş) manat (əvvəl ödənilən məbləğ çıxılmaqla) sığorta ödənişinin təmsil etdiyi qurum tərəfindən ödənildiyini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, X8 X10i ilə xx.xx.1980-cı il tarixdə nikaha daxil olmuş, Osmanova Tamila nikahdan sonra Laçınov soyadını qəbul etmişdir. Onların birgə nikahından xx.xx.1986-cı il təvəllüdlü X13 və X11 adlı uşaqları anadan olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli qərarından görünür ki, X5 diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarı: sol tərəfli eksudativ plevritlə fəsadlaşmış, hər iki ağ ciyərin aşağıt payının infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində, KB (-) mənfi sanasiya olunmuş kiçik ölçülü dağılma boşluğu ilə. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. Mülki işin materiallarında olan AZ-1 seriyalı 261870 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 “bronhopnevimaniya” səbəbindən xx.xx.2007-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2012-ci il tarixli 08/Z-101 №-li məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin sonuncu abzasına əsasən sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. X13 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və müraciət müddətindən üç ildən artıq vaxt keçdiyinə görə, mərhumun varislərinə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Eyni zamanda “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən X2 ilə əlaqədar xx.xx.2006-cı il tarixdə Xaçmaz rayon dövlət sığorta filialı tərəfindən 275 (iki yüz yetmiş beş) manat və İİ (ikinci) qrup əlillik dərəcəsi alması il əlaqədar xx.xx.2007-ci il tarixdə isə 385 (üç yüz səksən beş) manat (əvvəl ödənilən məbləğ çıxılmaqla) sığorta ödənişi (sığorta məbləğinin 60%) Dövlət Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 №-li Zona Tibbi-Sosial Ekspert Komissiyasının 031708 №-li arayışından görünür ki, X6 hərbi xidmət dövründə xəstə olması ilə əlaqədar ikinci dərəcə əlillik verilmişdir. Mülki işin materiallarında olan tibbi sənədlərdən görünür ki, X6 ağciyərlərin infiltrativ vərəmi dağılma diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, iddiaçı mərhum X4 vərəsəsidir, mərhum X4 nikah haqqında akt qeydləri aşkar edilməmişdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 30 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. xx xxx 1997-ci ildə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydasını və şərtlərini müəyyən edən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilmişdir. xx xxxxxxx 2006-cı ilədək qüvvədə olmuş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən İİ-ci qrup əlillik dərəcəsi təyin edilmiş şəxslərə (1100 manatın 60%-i) 660 manat sığorta məbləği ödənilməsi nəzərdə tutulurdu. İddiaçının övladı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, hərbi xidmətdə olduğu dövrdə zaman xəstələnməsi nəticəsində xx.xx.2006-cı il tarixli həkim komissiyasının rəyi ilə buraxıldıqdan sonra üç il müddətində, yəni xx.xx.2007-ci il tarixdə ölmüş, bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinin iddiaçının ordu sıralarına daxil olduğu dövrdə qüvvədə olmuş redaksiyası müəyyən edirdi ki, “hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdırlar. Sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir”. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Qanun müəyyən edir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Dövlət Sığorta Kommersiya Şirkəti) (maddə 3). Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir (maddə 4). Məhkəmə, həmçinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair dəlilinə münasibət bildirərək hesab edir ki, hazırki mülki işə iddia müddətinin ötürülməsi ilə bağlı müddəalar şamil edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı X3 övladı X14 hərbi xidmət dövründə Azərbaycan Respublikasının müdafiəsi zamanı xəstə olması “sol tərəfli eksudativ plevritlə fəsadlaşmış, hər iki ağ ciyərin aşağıt payının infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində, KB (-) mənfi sanasiya olunmuş kiçik ölçülü dağılma boşluğu ilə” səbəbi ilə hərbi xidmətdən təxris edilmiş və ona ikinci dərəcə əlillik verilmişdir. X9 cavabdeh tərəfindən səhhəti ilə əlaqədar 275 manat və İİ (ikinci) qrup əlillik dərəcəsi alması ilə əlaqədar 385 (üç yüz səksən beş) manat (əvvəl ödənilən məbləğ çıxılmaqla) sığorta ödənişi ödənilmişdir. X14 “bronhopnevimaniya” səbəbindən xx.xx.2007-ci il tarixdə ölmüşdür. İddiaçı 11000 manat sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməsinə baxmayaraq, Şirkət tərəfindən sığorta ödənişinin verilməsi təmin edilməmişdir. Göründüyü kimi iddiaçının övladı hərbi xidmət vəzifəsinin icrası zamanı həqiqi hərbi xidmət dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklə əlaqədar olaraq öldüyündən, iddiaçının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sığorta almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair qərarında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının oğlu X14 hərbi xidmət vəzifəsinin icrası zamanı həqiqi hərbi xidmət dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklə əlaqədar olaraq vəfat etmişdir. Buna görə də onun vərəsəsi İddiaçı baş vermiş sığorta hadisəsi yəni şəxsin ölməsi ilə əlaqədar sığorta məbləğinin ödənilməmiş 40 (qırx) faiz hissəsi, yəni 4.400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilməli, bununla da iddia qismən təmin edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, cəmi 4.430 (dörd min dörd yüz otuz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2414/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2414/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver