Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2431/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə, onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə X6 arasında bağlanmış xx.xx.2006-cı il tarixli ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı il tarixdə cavabdeh Gəncə bank ASC-dən 17000 manat kredit götürmüş və həmin krediti sonradan bağlamış və hazırda mərkəzi bankın Reyestrində onun adına kredit borcunun olmaması görünür. Hələ kredit tam ödənilməmiş cavabdeh tərlindən ona qarşı məhkəmə hüquq müdafiə vasitəsindən istifadə edilsə də Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2008-ci il tarixli qətnaməsi ilə ona qarşı pul tələbinə dair cavabdehin iddia tələbi təmin edilsədə iddianın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində iddia tələbi təmin edilməmiş və iddia tələbi həmin hissədə rədd olunmuşdur. Artıq 11 ildir ki, cavabdeh tərfındən ona məxsus olan və mülkiyyəti olan ünvan 1 ünvanda yerləşən əmlakı ipoteka ilə yüklü edilmiş hesab edilsədə iddiaçının ona qarşı ipoteka əmlakına tutma yönəldilməsi ilə bağlı həm ümumi iddia müddəti və həmçinin müqavilə üzrə iddia müddəti, o, cümlədən daşınmaz əmlakla bağlı iddia müddəti ötürülmüşdür. Bu halda onun əmlakı üzərində mülkiyyət hüququnun pozulması davam edir və hesab etmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2006cı il tarixli ipoteka müqaviləsinə xitam verilməklə müqavilə ləğv edilməlidir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC ilə əvəzlənməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki hüquq münasibətləri hazırda LPO "xxxx" ASC ilə iş üzrə iddiaçı arasında mövcud olmuşdur. Hazırda sözügedən bank eyni zamanda hüquqi şəxs kimi fəaliyyətini davam etdirir və yaranmış hüquq münasibətləri üzrə özü tərəf kimi çıxış edir. Fond ləğvetmədə olan bankların hüquq qabiliyyətindən irəli gələn tələblər üzrə hər hansı məsliyyət daşımır. Fond ayrıca hüquqi şəxs kimi yalnız ləğvetmədə olan banklara yerləşdirilmiş əmanətlər üzrə kompensasiya ödənilməsi üzrə tərəfdir (kreditor tələbləri ilə bağlı). Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil əlavə cavabdeh olaraq ləğv prosesində olan Cavabdeh2 ASC-nin cəlb edilməsini xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mərhum X6 tərəfindən dəfələrlə eyni tələbli iddialar ilə məhkəməyə müraciət edilmişdir. X5 Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə aktıda mövcuddur. X1 bir neçə dəfə eyni tələbli iddialar ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinədə müraciət etmiş lakin iddiaları bir nəticə verməmişdir. İş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən elan edilmiş qətnamələr elektron sistemə əlavə edilmişdir. İşin ətraflı izahı Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Həmçinin qeyd etmək istəmişdir ki, iş üzrə iddia qaldırılması üçün bütün prosessual müddətlər ötürülmüşdür. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, onun təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2352/2018 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1002/2018 saylı mülki iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilməklə, iddiaçı X3 Cavabdeh2 ASC ilə X6 arasında xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsinin və həmin müqavilə əsasında aparılmış ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1312/19 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 ASC ilə X6 arasında 114 saylı 27 noyabr 2006-cı il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin əsası kimi 23 saylı 31 mart 2006-cı il tarixli ipoteka müqaviləsi bağlanaraq həmin kredit müqaviləsinin təminati kimi Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsi 1-ci döngə ev 1a ipotekaya qoyulmuş, ipoteka müqaviləsinə ünvan 2 ünvanlı əmlakın X3 mülkiyyətində olmasını təsdiq edən 22130 №-li qeydiyyat vəsiqəsi əlavə edilmiş, məhz həmin əmlak ipoteka ilə yüklü edilmiş və yüklülük DƏDRX-də qeydə alınmışdır. Qeyd edilən ipoteka müqaviləsi tərtib olunan zaman texniki səhv buraxılmış, ipoteka qoyulan X4 məxsus Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsi 1-ci döngə ev 1 a-da yerləşən mülkün əvəzinə, X3 qeydiyyatda olduğu Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsi 1-döngə, ev 3 əks olunmuş, buna görə də tutma məhkəmə qətnaməsi ilə ünvan 3 ünvanlı əmlaka yönəldilmişdir. ünvan 4 ünvanlanmış 22 fevral 2013-cü il tarixli, 262 saylı məktub göndərərək texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı qeyd edilən texniki səhvi əsas götürərək həmin ipoteka müqaviləsinin etibarsız sayılması barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Kirovabad şəhərində doğulmuşdur. Onun atası X6, anası X2r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli “ipoteka predmeti” üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, məhkəmə prosesi ürzə prosessual hüquq varisi olmasına dair sənədlər təqdim etməmiş, mərhum atasının tərəf olduğu müqavilə üzrə ipotekaya xitam verilməsi barədə iddia vermək hüququna malik olmamışdır. Eyni zamanda iddia tələbində xx.xx.2006-cı il tarixli 114/i nömrəli ipotekaya xitam verilməsini tələb etsə də, iş materialları ilə belə bir tarixdə bağlanmış ipoteka müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının prosessual hüquq varisliyi iş materialları ilə müəyyən edilmədiyindən onun iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, hazırki halda verilmiş tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə iddianın subyektiv hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə rədd edilməli olmasını nəzərər alaraq münasibət bildirilməsinə zərurət olmadığı qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə, onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2431/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2431/2024
25.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver