Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2442/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh3 ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər “X3” ASC-yə, Cavabdeh3 ASC-yə və Cavabdeh2 qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “X3” ASC-yə və Cavabdeh2 qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” ASC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2013-cü il tarixli 78micXRD/13-EM əsas kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 202micXRD/15 saylı əlavə kredit müqaviləsi üzrə onun adına saxta əsaslarla hazırlanmış zaminlik müqavilələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh3 ASC cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər cavabdehlər “X3” ASC-yə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, “X3” ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən Abşeron Rayon Məhkəməsindən sorğu edilmiş 2(012)- 6253/2016 saylı mülki işdən görünür ki, kreditor “X3” ASC-nin borclular Cavabdeh2 və İddiaçı qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi təmin edilməklə, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclulardan “X3” ASC-nin xeyrinə 11049.97 ABŞ dolları əsas, 1574.79 ABŞ dolları faiz, 41.77 ABŞ dolları cərimə, ümumilikdə 12666.53 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaiti tutulmalıdır. İş materiallarından görünür ki, həmin məhkəmə əmri qanuni qüvvəyə minmiş və icra olunması üçün xx.xx.2016-cı il tarixdə Abşeron rayon icra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 saylı qərardadının 53-cü maddəsinə əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, eyni tərəflər arasında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri mövcud olmaqla, sözügedən məhkəmə aktı üzrə iddiaçıdan və digər cavabdehdən müştərək qaydada bankın xeyrinə mübahisələndirilən müqavilələr üzrə borcun tutulması müəyyən edildiyindən, hazırda isə İddiaçı borc öhdəliyi üzrə zaminlik müqaviləsinin etibarsız hesab edilməsini tələb etdiyindən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə icraata xitam verilməli olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat ("xxxx" ASC, qəbz № 3352) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər “X3” ASC-yə, Cavabdeh3 ASC-yə və Cavabdeh2 qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat ("xxxx" ASC, qəbz № 3352) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2442/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2442/2023
22.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver