Məhkəmə qərarları › İş №2(006)-2447/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2447/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2447/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı X3 nümayəndəsi X2, həmçinin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı X3 cavabdeh ASC “STANDART İNSURANCE” SİĞORTA ŞİRKƏTİNƏ qarşı "sığorta ödənişinin verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh ASC “STANDART İNSURANCE” SİĞORTA ŞİRKƏTİNƏ qarşı "sığorta ödənişinin verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi X5, həmçinin nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.8-ci maddəsinə əsasən hakim işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli qərarına əsasən ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv olunmuş və şirkətin müflis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(l13)-l575/2020 saylı qətnaməsinə əsasən ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti müflis elan olunmuşdur. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən borclu müflis elan olunarkən: -bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; -borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; -qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır. Beləliklə, məhkəmə hesab edir ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ləğv prosesində olduğundan, Cəmiyyətin adından yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olduğundan, Cəmiyyətə qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırıldığından, Cəmiyyət barəsində məhkəmə icraatına başlanılmadığından, o cümlədən, Cəmiyyətə qarşı bütün tələblər yalnız qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürüldüyündən, bununla da cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə qarşı iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iddiaçı X3 cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 cavabdeh ASC “STANDART İNSURANCE” SİĞORTA ŞİRKƏTİNƏ qarşı "sığorta ödənişinin verilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar