Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2455/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Füzuli rayon Polis şöbəsində 1991-ci ildən 1998-ci ilə qədər xidmət göstərmişdir. Eyni zamanda Qarabağ uğrunda gedən döyüş zonasında, yəni Füzuli rayonu ərazisində hərbi xidmət keçərkən ilk dəfə 1992-ci il dekabr ayının 23-də sağ ayağında güllə yarası nəticəsində yaralanmışdır. Yaralanmağıla əlaqədar olaraq Füzuli rayon Mərkəzi Xəstənasında uzun müddət müalicə almışdır. 2-ci dəfə isə təkrar olaraq 1993-cü il oktyabr ayının təxmini 23-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə ciddi formada kontuziya almışdır və Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən hərbi hospitalda müalicə almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komisiyyasının qərarının verilməsi ilə bağlı barəsində hər hansı təqsirləndirici material və cinayət işinin öyrənilməsi məqsədilə Füzuli rayon Hərbi prokurorluğuna müraciət olunmuş və Füzuli Hərbi Prokrorluğunun müvafiq məktubuna əsasən onun barəsində hər hansı təqsirləndirici material və cinayət işi olmamışdır. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq müayinə aktı ilə 1999-cu il tarixdə ona Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar olaraq ona 2-ci qrup əlil statusu verilmişdir. Həmin sənədin də surətini ərizəsinə əlavə etmişdir. Döyüşlər zamanı başından aldığı kontuziya və ayağından aldığı güllə yarası nəticəsində bu günkü gündə səhhətində bir sıra ciddi fəsadlar yaranmağa başlamışdır və həmin fəsadların arasında aradan qaldırılması üçün ciddi həkim müaayinələrinə ehtiyacı vardır. Bundan başqa xəstələrimlə əlaqədar olaraq həkim tərəfindən təyin edilmiş dərmanların həddindən artıq baha qiymətə olması səbəbindən həmin dərmanlarını ala bilər. Ona görə də məcbur qalıb qanunvericiliyin tələb etdiyi formada ona müəyyən olunmuş sığorta pulunun alınması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2021-ci il tarixli, 11/S-43 saylı məktubundan görünür ki, Sizin İİ qrup əlillik dərəcəsi almağınız ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməməsi barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınız ərizəniz aidiyyəti üzrə Dövlət Sığorta Şirkətinə daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, Şirkətin elektron informasiya bazasının məlumatlarına əsasən Sizə xx.xx.1999-cu il tarixdə 3300.000 manat (yeni manatla 660 manat) sığorta məbləği ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 527874 saylı arayışından görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Füzuli Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışından görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1991-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyatdadır. İş materiallarında olan №041257 saylı vəsiqəsındən görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan AA №107588 saylı vəsiqədən görünür ki, İddiaçı məcburi köçkündür. Beləliklə, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2021-ci il tarixli, 11/S-43 saylı məktubundan göründüyü kimi, Sizin İİ qrup əlillik dərəcəsi almağınız ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməməsi barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınız ərizəniz aidiyyəti üzrə Dövlət Sığorta Şirkətinə daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, Şirkətin elektron informasiya bazasının məlumatlarına əsasən Sizə xx.xx.1999-cu il tarixdə 3300.000 manat (yeni manatla 660 manat) sığorta məbləği ödənilmişdir, buna görə də iddiaçıya cavabdeh tərəfindən sığorta ödənişi ödənilməməlidir. Məhkəmə hesab edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində İddiaçı sığorta məbləği ödənilmişdir. Ona görədə iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2455/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2455/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver