Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-247/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə iddiaçının xüsusi mülkiyyətində olan "Renault Megane" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtoqəza nəticəsində zərər dəymişdir. Avtomobil təmir olunarkən, cavabdehin günahı ucbatından avtomobilin mühərriki yararsız vəziyyətə düşmüşdür. Həmin avtomaşının mühərrikinin yararsız vəziyyətə düşməsi ilə bağlı olaraq iddiaçıya dəymiş 6730 manatın ona ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh bundan imtina etmiş və ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, "xxxx" ASC bildirir ki, Cəmiyyətə xx.xx.2022-ci il tarixdə daxil olmuş vəkil sorğusuna tərəflərindən baxılmışdır. Bildirilir ki, Cəmiyyətlə X6 arasında xx.xx.2021-ci tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Toyota Corolia" markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Şirkətə ərizə ilə müraciət edilərək həmin avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə qəzaya uğradığı və nəticədə "Renault Megane" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyi bildirilməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmadan və sığorta ödənişinin verilməsi qərara alınmışdır. "Renault Megane" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil faydalanan şəxs İddiaçı tərəfindən dəymiş zərərin qiymətləndirilməsi üçün tərəflərindən ona təklif edilən fiziki şəxs X3 məxsus təmir müəssisəsinə aparılmış, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 3970,00 (üç min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Bundan sonra avtomobil İddiaçı tələbi ilə həmin təmir müəssisəsində təmin edilərək sığorta hadisəsindən əvvəlki vəziyyətinə bərpa edilmiş və bu barədə tərəflərindən İddiaçı ünvanına xx.xx.2021-ci il tarixli, AS-21/757 saylı məktub göndərilməklə məlumat verilmişdir. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə və cavabdehin ona vurduğu zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya məxsus "Renault Megane" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətə düşməsi ilə əlaqədar olaraq ona dəymiş 6730 manat pulun və məhkəməyə iddia qaldırılması üçün 88 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş hadisə ilə bağlı öhdəlik tam yerinə yetirildiyindən İddiaçı "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiasının rədd olunmasını xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, Cəmiyyətlə X6 arasında xx.xx.2021-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Toyota Corolla” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. X7 şirkətə ərizə ilə müraciət edərək həmin avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə qəzaya uğradığını və nəticədə “Renault Megane" markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 2900,00 (iki min doqquz yüz) manat məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət ASC-dən 6730,00 (altı min yeddi yüz otuz) manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 88,00 (səksən səkkiz) manat, ümumilikdə 6818.00 (altı min səkkiz yüz on səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh “Atasığorta" ASC-ya qarşı qeyd göstərilən xüsusatlarla bağlı qeyd edilir ki, iddiaçının Cəmiyyətə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən "Atasığorta” ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 2900,00 (iki min doqquz yüz) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "Atasığorta” ASC-nin hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən sonuncusu "xxxx" ASC-yə təqdim olunduqdan spnra həmin Qanunun 18-ci maddəsinin tələblərinə uyğun olaraq tərəflərindən 2900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilir ki, İddiaçı sığorta aktı və hesablama aktını imzalamaqla zərər məbləği razı olduğunu bildirdiyi üçün hesablanmış sığorta ödənişi məbləği hesaba köçürülmüşdür. Bununla da "Atasığorta” ASC xx.xx.2021-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan “Renault Megane” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtoqəza nəticəsində zərər dəymişdir. Avtomobil təmir olunarkən cavabdehin günahı ucbatından avtomobilin mühərriki yararsız vəziyyətə düşmüşdür. Təqdim edilən sənədlərin içərisində avtomobilin qəza şəkilləri və hansı detalların dəyişilməsi ilə bağlı akt vardır. Qəzanın şəkilləri onun tərəfindən çəkilmişdir. Avtomobilin motoruna heç bir dəyişiklik edilməmiş və yağı belə dəyişdirilməmişdir. 4 ildir ki, avtomobil oradadır və hələ də bunun səbəbini anlaya bilmir. Ona maşının xaricini təmir edəcəyini, daxilini isə etməyəcəklərini bildirmişlər. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı baş vermiş hadisə ilə bağlı onlara məlumat vermiş və hadisə tərəflərindən tam təfsilatı ilə araşdırılıb. Servis müayinəsindən sonra iddiaçının avtomobilinə ümumilikdə 2900 manat ziyan dəyməsi müəyyən olunub və iddiaçı ilə aralarında gəlinən razılığa əsasən avtomobilin təmir edilməsi üçün həmin pul servisin hesabına keçirilib. Əlavə olaraq, avtomobilin motorunda olan qüsur hadisə ilə əlaqəli deyildir. İddiaçı istənilən vaxt avtomobilini gəlib götürə bilər. Onlar isə zərərə müvafiq olaraq öz üzərlərinə düşəni etmişlər. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan AD seriyalı, 354577 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” minik markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. 9.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankının Baş direktoruna ünvanlanan xx.xx.2021-ci il tarixli, AS-21/757 nömrəli və İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli, AS-22/250 nömrəli cavab məktublarından görünür ki, Cəmiyyətlə X6 arasında xx.xx.2021-ci tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Toyota Corolia" markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Şirkətə ərizə ilə müraciət edilərək həmin avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə qəzaya uğradığı və nəticədə "Renault Megane" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyi bildirilməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərara alınmışdır. Bildirilir ki, "Renault Megane" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil faydalanan şəxs İddiaçı tərəfindən dəymiş zərərin qiymətləndirilməsi üçün tərəflərindən ona təklif edilən fiziki şəxs X3 məxsus təmir müəssisəsinə aparılmış, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 3970,00 (üç min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Bundan sonra avtomobil İddiaçı tələbi ilə həmin təmir müəssisəsində təmin edilərək sığorta hadisəsindən əvvəlki vəziyyətinə bərpa edilmiş və bu barədə tərəflərindən İddiaçı ünvanına xx.xx.2021-ci il tarixli, AS-21/757 saylı məktub göndərilməklə məlumat verilmişdir. 10.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən AR Vəkillər Kollegiyasının üzvü X4 ünvanlanan xx.xx.2021-ci il tarixli, AS-21/1440 nömrəli cavab məktubundan görünür ki, sığorta nüqaviləsi üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxs hesab edilmədiyindən və həmin şəxslərin səlahiyyətli nümayəndəsi olmağına dair hər hansı sənəd təqdim etmədiyindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən hadisə ilə bağlı hər hansı məlumatın verilməsi mümkün deyil. Sorğuda qeyd olunan məlumatlar sığorta sirrinin aid olduğu şəxsin yazılı razılığı və ya müvafiq məhkəmə qərarı əsasında təqdim edilə bilər. 11.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən hesablama aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində İddiaçı məxsus “Renault Megane” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün yekun məbləğ 2900 manat müəyyən edilmişdir. 12.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən faydalanan şəxs kimi İddiaçı məxsus “Renault Megane” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı tərəfindən sonda qeyd edilmişdir ki, 2021-ci ilin may ayından maşın təmir olunmayıb. Sadəcə maşını götürməyə məcbur olduğu üçün sənədləri alır, çünki iki ildir ki, maşını bank tərəfindən girov götürülüb. 13.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 14.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 001061 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 2900 manat məbləğində ödəniş edilmişdir. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli, 9/4958-8/1830 nömrəli ekspert rəyindən görünür ki, ekspert metodikalarına əsasən yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqatı obyektlərinə yol-nəqliyyat hadisələrində iştirak edən avtomotonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və özügedən maşınlar, onların aqreqatları, detallar, üzərindəki zədələr və izlər aiddir. Yol-nəqliyyat eksperti qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti, bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Lakin yol-nəqliyyat hadisəsində iştirak etməyən nəqliyyat vasitəsində hər hansı nasazlığın müəyyən edilməsi bu növ ekspertizanın tədqiqat obyektinə aid deyildir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "Atasığorta” ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktında 2005-ci il buraxılışlı “Renault Megane” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 2560 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. 16.Mülki işin materiallarında olan “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan 07 aprel 2025-ci il tarixli, 41 nömrəli məktubdan görünür ki, məhkəmənin 21 fevral 2025-ci il tarixli, 2(006)-247/2025 nömrəli qərardadının icrası ilə əlaqədar “Renault Megane” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sənədlər Mərkəzə təqdim olunmadığına və ixtisaslaşdırılmış servis şəraitində avtomobilə baxış keçirilməsi təşkil olunmadığına görə qərardad icrasız saxlanılır. 17.Mülki işin materiallarına əlavə edilən fotoşəkillər. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 18.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə baş vermiş avtoqəza nəticəsində iddiaçının mülkiyyətində olan “Renault Megane” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, bununla bağlı qəzanı törədən avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən ziyan dəymiş avtomobil təmir müəsissəsinə aparılmış və avtomobil texniki baxışdan keçirildiyi zaman avtomobilə ümumilikdə 2900 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən dəymiş ziyanın qarşılığı olaraq 2900 manat məbləğində pul təmir müəssisəsinin hesabına köçürülmüşdür. İddiaçı bundan sonra avtomobilin mühərrikində nasazlıq olduğunu iddia edərək dəymiş ziyanın ödənilməsi ilə bağlı ilk növbədə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən imtina cavabı verildikdən sonra iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı avtomobilin təmiri zamanı cavabdehin təqsiri ucbatından avtomobilin mühərrikinin yararsız vəziyyətə düşdüyünü iddia edərək cavabdehdən 6730 manat məbləğində vəsaitin və iddia qaldırılması üçün ödənilən 88 manat dövlət rüsumunun ona ödənilməsini tələb edir. Cavabdeh isə baş vermiş qəza ilə bağlı üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini qeyd edərək, iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 904-cü maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 905-ci maddəsinə əsasən sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər. 922-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 925-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 927-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. 20.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 21.Hazırki iş üzrə xx.xx.2021-ci il tarixdə sığorta hadisəsinin baş verməsi, bu hadisə nəticəsində də iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halıdır. 22.İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı avtomobilin təmir olunduğu vaxt onun mühərrikinin yararsız vəziyyətə düşdüyünü və bunu cavabdehin təqsiri ucbatından baş verdiyini iddia edir. Məhkəmə ilk növbədə tələbin avtomobilin mühərrikinin yararsız vəziyyətə salınması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı avtomobilin təmiri zamanı mühərrikin yararsız vəziyyətə salınaraq avtomobilə cavabdeh tərəfindən ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Məhkəmə tələblə bağlı qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, hüquqa zidd əməllə onun nəticəsi arasında səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. 24.Bunun əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığorta hadisəsi ilə bağlı cavabdeh qanunvericiliyin tələblərindən irəli gələn bütün öhdəliklərini yerinə yetirmişdir. Belə ki, işə baxılması zamanı avtomobilə hadisə ilə bağlı hansı məbləğdə ziyan dəyməsi və avtomobilin hazırki vəziyyətinin hadisə ilə əlaqəsinin olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və təqdim edilmiş rəyə əsasən müəyyən edilmişdir ki, avtomobilə 2560 manat məbləğində ziyan dəymişdir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən hadisə ilə əlaqədar avtomobilin təmir-bərpası üçün qeyd edilən məbləğdən artıq, yəni 2900 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, iddiaçı cavabdehin müəyyənləşdirdiyi zərər məbləği ilə razılaşmış, avtomobilinə dəymiş ziyanın 2900 manat olması ilə bağlı tərtib olunmuş aktı imzalayaraq göstərilən məbləği qəbul etmişdir. Bununla da göstərilənlərə əsasən cavabdeh öz üzərinə düşmüş öhdəliyi tam şəkildə yerinə yetirmiş hesab edilir. 25.Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş ziyanın avtomobilinin motor hissəsinin yararsız olmasına istinad etsə də, əgər motor hissəsində nasazlıq varsa, bunun hadisə zamanı, hadisədən əvvəl və ya sonra yaranmış problem olması məhkəmədə öz təsdiqini tapmamışdır. Qüsur aktında belə motor hissəsi qeyd edilməmişdir. Həmçinin, iddiaçı məhkəməyə fotoşəkil təqdim etmiş, o fotoşəkildən nəqliyyat vasitəsinin aşağı hissəsindən suyun axmasını yəni motorun həmin hadisə zəminində yararsız hala düşdüyünü qeyd etmişdir. Lakin həmin fotoşəkillə qüsur aktını müqayisəli şəkildə şərh edəndə görünür ki, burada su radiatorunun, suvarının mühərrəkinin, surətlər qutusunn yağının, qranadın yağının, antifrisin deyişməsi həmin hadisə zamanı dəyən zərbə nəticəsində motor hissəsinə gedib çatan hər hansı detal dəyişməmişdir (mühərrikin yağı dəyişməmişdir, halbuki mühərriklə bağlı zədə zamanı yağın dağılmasının ehtimalının yüksək olmasıdır) .Bu isə onu deməyə əsas verir ki, mühərriklə bağlı yaranmış qüsur (əgər varsa) hadisə zamanı öz təsdiqini tapması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. 26.Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. 27.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 28.Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi rədd edildiyindən tələbin qaldırılması üçün ödənilən 88 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 29.Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 30.İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat təşkil edir. 31.Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatının dəyərli 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. 32.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 33.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərli 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-247/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-247/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver