Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2470/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 işə cəlb eməklə “zinət əşyalarının, şəxsi əşyaların, texnikaların geri qaytarılması və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zinət əşyalarının, şəxsi əşyaların, texnikaların geri qaytarılması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə Şirəliyev Elşadla rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2 və 6 yaşlı qızı və oğlu var. 2014-cü ildə nişan mərasimində Şirəliyev Elşadın anası, Cavabdeh1 iddiaçıya nişan hədiyyəsi olaraq qızıl zinət əşyaları alıb hədiyyə etmişdir. İddiaçı 2014-cü ildə ABŞ-a gedərkən ona məxsus 5000 ABŞ dolları dəyərində olan zinət əşyalarının qalan yeri yalnız Cavabdeh1 və Cavabdeh2 bilirmiş. ABŞ-a getdiyində onların təkidi əsasında o, zinyət əşyalarını sözü gedən mənzildə ( Alı Mustafayev 37/35) qoyub getmişdir. 2019-cu il noyabrın 15-də o, mənzilə geri qayıdarkən zinyət əşyalarının heç birinin qoyub getdiyi yerdə (yerində) olmamasını görmüşdür. Zinyət əşyalarının dəyəri 5000 ABŞ dolları olan - 750 əyarlı 43,7 qram 3,87 karat brilliant qaşlı komplekt (boyunbağı, qolbağı, sırğa, üzük və 5qaşlı nişan üzüyü) idi. Qızıllarının harda olduğunu soruşanda qaynanası Cavabdeh1 evdə heç kəs yaşamadığı üçün ehtiyat tədbiri olaraq Kürdəmir rayonunda yaşadıqları evə aparıb orada saxlandıqlarını demişdir. Hətta onun üstündə aralarında böyük bir mübahisə yaranmış, qızıllarının ondan icazəsiz aparıb rayonda saxlamalarına narazılıq etmiş və iddiaçıya Cavabdeh1 söz vermişdir ki, rayondan gətirib özünə qaytaracaqdır. Cavabdeh1 oğlu ilə aralarında problemlər var idi və boşanma ilə nəticələndi, 2020-ci il iyun ayında aralarında rəsmi nikah pozulmuşdur. Cavabdeh1 isə iddiaçı ilə apardığı prinsipə görə hələ də qızıllarını özünə qaytarmır. Hətta bununla bağlı Nəsimi rayon 19-cu Polis Bölməsinə ərizə ilə də müraciət etmiş, baxmayaraq ki, qızıllarının Cavabdeh1 almasını etiraf edib, lakin hələ də gətirib qaytarmır və son nəticə olaraq məhkəməyə müraciət etməyə qərar almışdır. Amerikadan qayıdandan sonra xalası qızıgilə görüşməyə getmiş, bir neçə gün onlarda qalıb evə qayıtdıqda iddiaçıya məxsus LG markalı notebookunu evində tapa bilməmişdir (Alı Mustafayev 37/35), xalası qızıgilə gedərkən evdə sadəcə Cavabdeh1 (keçmiş qaynanası) olmuşdur. Sonra da başqa bir hadisə ilə bağlı, Cavabdeh2 Nəsimi rayon Polis Bölməsinə şikayətində, Cavabdeh2 izahatı zamanı, polisə olan qorxusundan, digər texnikalarla bərabər, ona məxsus 700 manat dəyərində LG markalı notebooku da özü ilə rayona apardığını etiraf etmişdir. Həmin notebooku 2014-cü ildə Şirəliyev Elşad, yoldaşı olaraq iddiaçıya hədiyyə etmişdir. Bundan əlavə, 2019-cu il 15 noyabrda ABŞ-dan geri döndüyü zaman, iddiaçıya məxsus bəzi cehiz əşyalarını evində tapa bilməmişdir (Alı Mustafayev 37/35). Həmin əşyaları qaynanası və baldızı Şəfəq götürmüşlər: Fjt azan saatı - 35 manat, çaydan dəsti - 35 manat, ətçəkən maşın - 70 manat, kokteyl düzəldən - 50 manat, qızı Əsmaya məxsus kalyaska - 150 manat. Göstərilənlərə əsasən, iddiaçıya məxsus 5000 ABŞ dolları dəyərində olan qızılının Cavabdeh1 tərəfindən ona dərhal geri qaytarılması (və ya qızıllarını geri qaytarmayacağı təqdirdə 5000 ABŞ dolları (3900 manat - dolların 0,78 manat olduğu kursla qiyməti) və Şirəliyev Şəfəqdən isə 1040 manat dəyərində ya əşyanın və ya pulunun (ümumilikdə 4940 manat) və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Daha sonradan iddiaçı məhkəməyə X2 cavabdeh kimi işə cəlb etməklə iddia tələbində dəqiqləşmə verərək iddiaçıya məxsus 5000 ABŞ dolları dəyərində olan qızılının Cavabdeh1 tərəfindən ona dərhal geri qaytarılması (və ya qızıllarını geri qaytarmayacağı təqdirdə 5000 ABŞ dolları (3900 manat - dolların 0,78 manat olduğu kursla qiyməti) və Şirəliyev Şəfəqdən isə 1040 manat dəyərində ya şəxsi əşyanın və Abdullayev Bəxtiyara alib gətirdiyi ümumi dəyəri 5000 ABŞ dolları olan texnikaların, X1 4995 ABŞ dolları pulunun (ümumilikdə 21,940 AZN) dərhal cavabdehlərdən alınıb ona qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir Daha sonradan iddiaçı iddia tələbində bir daha dəqiqləşmə ərizəsi verərək Cavabdeh1 və X2 cavabdehlər siyahısından çıxartmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Həmçinin Cavabdeh2 Ədaləq qızı məhkəməyə etiraz təqdim etmiş, həmin etirazda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan 07 sentyabr 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, İddiaçı ərizəsində göstərdiyi fakt təhqiqat materiallarında öz əksini tapmamışdır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Ədalət Şirəliyevin adına 2019-cu ilin oktyabr ayının 5 müxtəlif günündə hər biri 999 ABŞ dolları olmaqla, ümumilikdə 4995 ABŞ dolları göndərilmişdir. İşə əlavə olunmuş 06.02.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, X3 tərəfindən Elşad Şirləyevin hesabına 5000 ABŞ dolları ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplənnə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradıiması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və zəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 -ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla'müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01,2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, orlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «zinət əşyalarının, şəxsi əşyaların, texnikaların geri qaytarılması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus zinət əşyalarının və pulun mənimsənilməsini iddia etsə də, tələbin təsdiqi üçün heç bir mötəbər sübutları məhkəmə iclasında təqdim edə bilməmişdir. Həmçinin məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 19-cu Polis Şöbəsinin 1429/20 saylı rədd materiallarındada Cavabdeh2 izahatı alınmış və həmin izahatda qeyd oluna texikaların ona qardaşı Elşad tərəfindən göndərildiyi bildirilmişdir. Həmin izahatlarda 5000 ABŞ dollarının iddiaçının keçmiş həyat yoldaşının atasına lazım olduğu üçün istənmiş, həmin pulu iddiaçının yoldaşı atasına göndərmişdir. Daha sonradan valideyni tərəfindən Elşadın özünə geri qaytarılmışdır. Cavabdehlərdən olmuş Cavabdeh1 isə polis şöbəsinə izahatında qeyd etmişdir ki, iddiaçı özünə məxsus qızılları gederkən özü ilə götürümüşdür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, verilən ilkin tələblərdə iddiaçı tərəfindən irəli sürülmüş tələblər cavabdehlikdən çıxarılmış şəxslərə qarşı yönəlmiş, daha sonradan iki cavabdeh çıxarılaraq yalnız Cavabdeh2 qarşı iddia mövcud qalmışdır. Bu halın özü iddiaçının tələbinin kimə məxsus olmasında qeyri müəyyənliyin olmasınıda özündə ehtiva edir. Odur ki, iddiaçı tərəfindən iddiada qeyd olunan həmin hallar araşdırılmış sübutlarla da təsdiq olunmamışdır və sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 Ədaləq qızına qarşı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 işə cəlb eməklə “zinət əşyalarının, şəxsi əşyaların, texnikaların geri qaytarılması və pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2470/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2470/2021
17.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver