Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2491/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Muradov Asim Kərim oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Əliyeva Sevinc Alı qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qızılzinət əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cehiz və hədiyyə verilmiş zinət əşyalarının, şəxsi və uşağa məxsus əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadəsində olan, bu iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri “123 570” (bir yüz iyirmi üç min beş yüz yetmiş ) manat təşkil edən cehiz əşyaları, hədiyyə verilmiş zinət əşyaları, şəxsi və uşağa məxsus əşyaların cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona qaytarılması, qaytarılması mümkün olmadığı halda dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 23 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onlar evlənəndən sonra əri Cavabdeh2 nənəsi (qaynanası Cavabdeh4 anası) Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və cehiz əşyalarını da oraya aparmışdır. İstər cehiz, istərsə də ona hədiyyə verilmiş zinət əşyalarını, habelə şəxsi əşyalarını o, həmin dörd otağlı mənzilin bir otağına yerləşdirmişdir. Birgə nikahdan 22 noyabr 2016-cı il tarixdə Cavabdeh4 Ramin qızı adında övladları anadan olmuşdur. Uşağın da əşyalarını Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzildə saxlamışdır. Cavabdeh2 10 may 2019-cu il tarixdə ona qarşı nikahın pozulması haqqında iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(006)- 3795/2019-cu il tarixli Qətnaməsi ilə Cavabdeh2 ilə aralarında bağlanmış nikah pozulmuşdur. 2018-ci ilin oktyabr ayında ailə münasibətləri faktiki pozulan vaxt Cavabdeh2 onu uşağı ilə birlikdə yaşadığı ünvan 1 ünvanından çıxmağa məcbur etmişdir. Həmin mənzildən çıxanda o, özü ilə heç bir əşya götürməmişdir. Belə ki, bütün cehiz əşyaları, ona hədiyyə verilmiş zinət əşyaları, uşağın əşyaları həmin mənzildə qalmışdır. O, 2018-ci ilin oktyabr ayında evdən məcbur çıxarıldığı vaxtdan hal-hazıra kimi atasına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 38, mənzil 139-da yaşayır. Həmin vaxtdan etibarən Cavabdeh2 ilə münasibətləri daha da kəskinləşmişdir ki, o, bu səbəbdən onunla birgə yaşadığı evə qayıdıb əşyalarını götürə bilmir. Cavabdeh2 ona məxsus cehiz və zinət əşyalarını, şəxsən ona və uşağa məxsus əşyaları tələb etməyinə baxmayaraq, o, bu günə qədər həmin əşyaları ona qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadəsində olan ona və uşağa məxsus əşyaların siyahısı aşağıdakı kimidir: ZİNƏT ƏŞYALARİ: Toya qədər və toydan sonra hədiyyə olunan qızıl və gümüş zinət əşyaları: 1. Həri üzüyü sadə alyans ağ qızıldandır, 750 əyarlıdır, 2014-cü ilin iyun ayında alınmışdır (Cavabdeh3 tərəfindən alınmışdır. Cavabdeh4 tərəfindən verilmişdir. Ülkərə ata mənzilində, həri mərasimi münasibəti ilə verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 1000 (bir min) manatdır; 2. Nişan üzüyü (“dorojka”) ağ qızıldandır, 750 əyarlıdır, ortasında 5 ədəd brilyant qaşı, kənarlarında xırda brilyant qaşları vardır, 2014-cü ilin iyun ayında alınmışdır (Cavabdeh3 tərəfindən alınmışdır. Cavabdeh4 tərəfindən verilmişdir. Ülkərə ata mənzilində, həri mərasimi münasibəti ilə verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 3000 (üç min) manatdır; 3. Dəst sarı qızıldandır sarı qaşlar ilə, 750 əyarlıdır , 2014-cü ilin iyulun 28-də Qurban bayramı münasibəti ilə Cavabdeh4 Surxay qizi tərəfindən hədiyyə edilmişdir (Ülkərə atası evində, Qurban bayramı münasibəti ilə təşkil edilmiş şənlik mərasimində verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 2300 (iki min üç yüz) manatdır; 4. Qızıl beşlik sarı qızıldandır 999 prob gedimi qulpsuz , 2014-cü ilin oktyabr ayının 19-da Xına mərasimi zamanı nəmər kimi hədiyyə verilmişdir (Cavabdeh4 Surxay qızı tərəfindən hədiyyə edilmişdir. Xına yaxtı mərasimi Muğam Ocağı restoranında olmuşdur. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 450 (dörd yüz əlli) manatdır; 5. Dəst-qızıldan, ağ brilyant qaşlıdır, üzük, sırğa, bilərzik və boyunbağıdan ibarətdir, 2014-cü ilin oktyabr ayının 15-də Qız toyuna hədiyyə edilmişdir (Cavabdeh3 oğlq tərəfindən alınmışdır. Ülkərə ata mənzilində, Cavabdeh4 tərəfindən Qız toyu mərasimi münasibəti ilə verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 25 000 (iyirmi beş min) manatdır; 6. Sırğa (“kəpənəy”) ağ qızıldandır, 585 əyarlıdır, cerkon qaşlıdır, 2014- cü ilin may ayının 13-də Ad günü münasibəti ilə alınmışdır (Ülkər özü almışdır. Qiyməti 350 (üç yüz əlli) manatdır; 7. Üzük (tək qaş) - sarı və ağ qızıldandı, 585 əyarlı, 2014-cü ilin oktyabrın 23-də Cavabdeh2 əmisi ailəsi adından hədiyyə edilmişdir (Ülkərə toy günü münasibəti ilə verilmişdir. X21 şadlıq sarayında verilmişdir. Ülkərə toyda olan qonağların yanında verilmişdir. Qiyməti 800 (səkkiz yüz) manatdır. Üzük - sarı qızıldan üzəri ağ yaşıl minalı, 585 əyarlı, 2014-cü ilin iyul ayında Cavabdeh2 tərəfindən hədiyyə edilmişdir (Ülkərə nişanlanan gündən bir ay ötməsi münasibəti ilə verilmişdir. Ülkərə ata evində hədiyyə edilmişdir. Qiyməti 200 (iki yüz) manatdır. Üzük - sarı qızıldan üzəri brilyant qaşlar ilə bəzədilib, 583 əyarlı, 2014-cü ilin oktyabr ayında Cavabdeh3 tərəfindən hədiyyə edilmişdir (Ülkərə ər evində keçirilən üzə çıxdı mərasimində hədiyyə verilmişdir. Qiyməti 350 (üç yüz əlli ) manatdır. 8. Bilərzik və üzərində kulon - sarı qızıldandır, 750 əyarlıdır, 2004-ci ilin martın 8-də İddiaçı atası tərəfindən bayram münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə atası evində 8 Mart beynalxalq qadınlar günü bayramı münasibəti ilə hədiyyə edilmişdir. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdir. Qiyməti 850 (səkkiz yüz əlli) manatdır. 9. Saat (Chopard) 2 ədəd - Gümüş 925 əyyardır, üzəri və əgrəbin içi svarovski daşlan ilə bəzədilib. (Ülkərə atası tərəfindən 2010- ci ilin yanvar ayında yeni il bayramı münasibəti ilə hədiyyə edilmişdir. Ülkərə bacısı və qardaşı yanında hədiyyə edilmişdir. Qiyməti 750 (yeddi yüz əlli) manatdır;
10. Dəst - Gümüşdəndir, sırğa və üzükdən ibaretdi, 925 əyarlıdır, 2014-ci ilin noyabr ayında Cavabdeh2 tərəfindən bal ayı zamanı Dubay şəhərində olarkan hədiyyə edilmişdir. Qiyməti 250 (iki yüz) manatdır; Dəst - Gümüşdəndir, sırğa və üzükdən ıbaretdi, 925 əyarlıdır, 2012-ci ilin dekabr ayında İddiaçı tərəfindən Silver Style mağazasından alınmışdır. Qiyməti 280 (iki yüz) manatdır. Broş - Poladdan , 2012-ci ilin dekabr ayında İddiaçı tərəfindən Silver Style mağazasından alınmışdır .Qiyməti 180 (bir yüz səksən) manatdır, 11. Dəst - ağ qızıldandır, sırğa, üzük və kulondan ibaretdir, 585 əyarlıdır, 2015-ci ilin yanvar ayında Cavabdeh2 əmisi (Asif) və ailəsi tərəfindən evlərinə ilk dəfə qonağ çağırıldığı üçün hədiyyə edilmişdir (Qonaqlıq evdə kecirilmişdir. Ülkərə qaynatası, qaynanası, yoldaşının və əmisi ailəsinin yanında verilmişdi. Qiyməti 420 (dörd yüz iyirmi) manatdır; Uşağın doğulması münasibətilə hədiyyə olunan qızıl və gümüş zinət əşyaları:
12. Boyunbağı (“sünbül”) - sarı qızıldandır, 583 əyarlıdır, çəkisi 40 qramdır, 2016-ci ilin dekabr ayında Cavabdeh3 iş yoldaşı (Tərlan) tərəfindən uşağın doğulması münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə yaşadığı evdə verilmişdİr.Ülkərə qaynatası,qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 2800 (iki min səkkiz yüz) manatdır; 13. Boyunbağı (“traktor”) - sarı qızıldandır, 583 əyarlıdır, çəkisi 20 qramdır, 2016-ci ilin noyabrın 22-də Cavabdeh4in ailə dostu (Suqra) tərəfindən uşağın ad günü münasibəti ilə hədiyyə edilmişdir (Ad günü cıdır restoranında kecirilmişdir. Ülkərə qaynatası, qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 1400 (bir min dörd yüz) manatdır. 14. Dəst (tək qaş) -ağ qızıldandır, sırğa və boyunbağından ibaretdi, 750 əyarlıdır, 2016-ci ilin noyabrın 22-də Cavabdeh3 ailəvi dostu (Fazil) tərəfindən uşağın ad günü münasibəti ilə hədiyyə edilmişdir (Ad günü cıdır restoranında kecirilmişdir. Ülkərə qaynatası, qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 1850 (bir min səkkiz yüz əlli) manatdır; 15. Bilərzik (uşag) sarı qızıldandır, 750 əyarlıdır, 2017-cİ ilin aprelin 22-də İddiaçı bacısı X3 tərəfindən uşağın 6 ayının tamam olması münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə ər evində hədiyyə edilmişdir. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi. Qiyməti 320 (üç yüz iyirmi) manatdır. Qızıl nəzərlik sarı qızıldandır 999 prob gedimi, 2016-cü ilin noyabr ayının 28-də İddiaçı nənəsi Miriyeva Sənübər tərəfindən Cavabdeh4 Ramin qızma hədiyyə verilmişdir (Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 250 (iki yüz əlli) manatdır. Sancağ üzərində kulon ilə (uşag) - sarı qızıldandır, 750 əyarlıdır, 2016-ci ilin dekabrın 31də İddiaçı bacısı X3 tərəfindən uşağın 40 gününün tamam olması münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə ata evində hədiyyə edilmişdi. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi. Qiyməti 280 (İkİ yüz səksən) manatdır. Belə ki, Cavabdeh2 adları çəkilən mülkiyyətində olan qızıl və gümüş zinət əşyalarını ona qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin qızıl və gümüş zinət əşyalarının ümumi dəyəri 43 080 (qırx üç min səksən) manat təşkil edir. Cehiz və şəxsi əşyaları: 1. Yataq mebel dəsti (Moqno mobilya. İddiaçı atası tərəfindən alınmışdı. Okean mebel salonundan alınmışdır. Okyabr ayında alınmışdı. Cavabdeh2 evinə oktyabr ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 12 000 (on iki min) manatdır; 2. Xalça 2 ədəd (Sanat Xalı şirkətinə məhsus 80*1.50 ölçüdə. İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Sədərək ticarət mərkəzindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 900 (doqquz yüz) manatdır. 3. Stolüstü saat-firuzeyi rəngdə (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Farfor mağazasından alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 700 (yeddi yüz) manatdır. 4. Televizor - “TOSHİBA” markalı, ekranın diagonalı 32 düym, “SAMSUNG” mağazalar şəbəkəsindən alınmışdır. Qiyməti 950 (doqquz əlli ) manatdır. 5. Taxt döşək 1 ədəd (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır) Qiyməti 350 (üç yüz əlli) manatdır. 6. Taxt yorğan 1 ədəd (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır) Qiyməti 200 (iki yüz) manatdır. 7. Taxt odeyal 3 ədəd (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabr ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır) Qiyməti 280 (iki yüz səksən) manatdır. 8. Taxt Örtüyü 1 ədəd (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Sədərək Ticarət Mərkəzindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır) Qiyməti 550 (beş yüz əlli) manatdır; 9. Taxt yataq dəstləri 15 ədəd (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Sədərək Ticarət Mərkəzindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır.) Qiyməti 1200 (bir min iki yüz) manatdır. 10. Uşaq yataq dəstləri 4 ədəd (İddiaçı tərəfindən alınmışdır. Sədərək Ticarət Mərkəzindən alınmışdır. 2017-ci ilin sentyabr ayında alınmışdır və Cavabdeh2 evinə daşınmışdır. Valideynlərinin Cavabdeh3 və Cavabdeh4in yanında daşınmışdır) Qiyməti 200 (iki yüz) manta, 11. Balış - 6 ədəd (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Sədərək Ticarət Mərkəzindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır ) Qiyməti 320 (üç yüz iyirmi) manatdır. 12. Təknəfərlik yorğan 2 ədəd (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Sədərək Ticarət Mərkəzindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 300 (üç yüz) manatdır, 13. Odeyal 2 ədəd (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Sədərək Ticarət Mərkəzindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 100 (bir yüz) manatdır. 14. Pərdə 4 ədəd (parter) 2 ədəd tul 2 ədəd gün qoruyucu (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Sədərək Ticarət Mərkəzindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 1150 (bir min yüz əlli) manatdır. 15. Gözmüncüğü gümüşdəndir, 1 ədəd divarlıq (İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Oktyabr ayında alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 450 (dörd yüz əlli) manatdır, 16. Stəkanaltı gümüşdəndir 1 ədəd - 925 əyarlıdır, 2016-ci ilin dekabr ayında İddiaçı nənəsi tərəfindən uşağın ilk yeni il bayramı münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə ata evində hədiyyə edilmişdi. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi. Qiyməti - 220 (iki yüz iyirmi) manatdır. 17. Qaşıq gümüşdəndir 1 ədəd - 925 əyarlıdır, 2017-ci ilin iyul ayında İddiaçı dayısı qızı Verdiyeva Səbinə tərəfindən uşağa hədiyyə edilmişdir (Ülkərə er evində hədiyyə edilmişdi. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi. Qiyməti 250 (iki yüz əlli) manatdır. 18. Qaşıq gümüşdəndir 1 ədəd - 925 əyarlıdır, 2016-ci ilin may ayında İddiaçı nənəsi Miriyeva Sənübər tərəfindən hədiyyə edilmişdir (Ülkərə ər evində hədiyyə edilmişdi. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi. Qiyməti 50 (əlli) manatdır. 19. Uşaq gəzinti arabası (İddiaçı tərəfindən alınmışdır. Sədərək Ticarət Mərkəzindən alınmışdır. 2017-ci ilin sentyabr ayında alınmışdır və Cavabdeh2 evinə daşınmışdır. Valideyinlərinin Cavabdeh3 və Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 200 (iki yüz) manatdır; 20. Kosmetika (Chanel, NYX, Eselauder, Dior, YSL, MAC adlı şirkət markalarının, İddiaçı atası Seyidov Eysan tərəfindən alınmışdır. Hələ ata evində yaşarkən alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 6000 (altı min) manatdır. 21. Ətirlər 10 ədəd (Dior, Chanel, Prada, Estelauder, D&G, Kenzo, Versace, 212 VİP rose. İddiaçı tərəfindən alınmışdır. Xarici ölkələrə səfər ediləndə alınmışdır. Cavabdeh2 evinə səfərlərdən dönən zaman daşınmışdır. Qiyməti 2000 ( iki min) manatdır, 22. Uşağın geyimi (Şalvar, köynək, ətək, don yaylıq, yazlığ, qışlığ və payızlığ. İddiaçı tərəfindən alınmışdır. Fərqli mağazalardan və xaricə səfər zamani alınmışdır. Qafarova Sevin anadan olan gündən etibarən alınmışdır. Cavabdeh2 evinə fevral ayında daşınmışdır. Valideyinləri Cavabdeh3 və Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 7000-8000 (yeddi min və səkkiz min) manta arası. 23. Uşağın üst geyimi (Kurtka, jaket, gödəkçə, vitrovka yayliğ, yazlığ, qışlığ və payızlığ. İddiaçı tərəfindən alınmışdır. Fərqli mağazalardan, xaricə səfər zamanı alınmışdır. Qafarova Sevin anadan olan gündən etibarən alınmışdır. Cavabdeh2 evinə fevral ayında daşmmışdır. Valideyinləri Cavabdeh3 və Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 1500 (bir min beş yüz) manatdır. 24. Uşağın ayaqqabıları (Tufli, bosanojka, batinka, tapıçka yayliğ, yazlığ, qışlığ və payızlığ. İddiaçı tərəfindən alınmışdır. Fərqli mağazalardan, xaricə səfər zamanı alınmışdır. Qafarova Sevin anadan olan gündən etibarən alınmışdır. Cavabdeh2 evinə fevral ayında daşmmışdır. Valideynləri Cavabdeh3 və Cavabdeh4in yanında daşınmışdır.) Qiyməti 2500 (iki min beş yüz) manatdır. 25. İddiaçı ziyafət libasları-yaylığ, yazlığ, qışlığ və payızlığ (İddiaçı tərəfindən alınmışdır. Fərqli vaxtda Fərqli yerdən alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 bir qismi daşınmışdır və evli qaldığı müddətdə əlavə alınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 6500 (altı min beş yüz) manatdır. 26. İddiaçı şalvarı-yaylığ, yazlığ, qışlığ və payızlığ (İddiaçı tərəfindən alınmışdır. Fərqli vaxtda Fərqli yerdən alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 bir qismi daşınmışdır və evli qaldığı müddətdə əlavə alınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 3000 (üç min) manatdır. 27. İddiaçı koftası-yaylığ, yazlığ, qışlığ və payızlığ (İddiaçı tərəfindən alınmışdır. Fərqli vaxtda Fərqli yerdən alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 bir qismi daşınmışdır və evli qaldığı müddətdə əlavə alınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 5000 (beş min) manatdır, 28. İddiaçı paltarı-yaylığ, yazlığ, qışlığ və payızlığ (İddiaçı tərəfindən alınmışdır. Fərqli vaxtda Fərqli yerdən alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 bir qismi daşınmışdır və evli qaldığı müddətdə əlavə alınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 2000 (iki min) manatdır. 29. Kürk (Norka (qara brilyant). İddiaçı atası Seyidov Ey san tərəfindən alınmışdır. Sədərək Ticarət Mərkəzindən alınmışdır. Toydan evvel alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 daşınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 3500 (üç min beş yüz) manatdır. 30. Jilet-şinşilla (Cavabdeh3 tərəfindən alınmışdır. Yesentuki şəhərindən alınmışdır. 2016-cı ilin avqust ayında alınmışdır və İddiaçı Cavabdeh2 evinə sentyabr ayında hədiyyə edilmişdir. Ülkərə qaynatası, qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 500 (beş yüz) manatdır. 31. Palto (Çəhrayı) yaxalıq su samuru (İddiaçı tərəfindən 2017-ci ilin yanvar ayında Enjoment mağazasından alınmışdır və Cavabdeh2 evinə daşınmışdır. İddiaçı qaynanası Cavabdeh4in yanında alınmış və daşınmışdır. Qiyməti 1800 (bir min səkkiz yüz) manatdır. 33. Gödəkcələr (İddiaçı tərəfindən alınmışdır. Fərqli vaxtda Fərqli yerdən alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 bir qismi daşınmışdır və evli qaldığı müddətdə əlavə alınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 1500 (bir min beş yüz) manatdır. 34. Ayaqqabı- Tufli, bosanojka, batinka, krasovka, sapoşki, barmağarası, tapıçka yaylığ, yazlığ, qışlığ və payızlığ (İddiaçı tərəfindən alınmışdır. Fərqli vaxtda Fərqli yerdən alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 bir qismi daşınmışdır və evli qaldığı müddətdə əlavə alınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 6000 (altı min) manatdır. 35. Çanta - Moschino, Furla, Guess, MK, Baldirini, Chanel, BeBe və sairə (İddiaçı bacısı Məhərrəmzadə Nərmin tərəfindən alınmışdır. Fərqli vaxtda Fərqli yerdən alınmışdır. Cavabdeh2 evinə oktyabır ayının 10 bir qismi daşınmışdır və evli qaldığı müddətdə əlavə alınmışdır. İddiaçı xalası, bacısı, bibisi qızının, qaynanası Cavabdeh4in yanında daşınmışdır. Qiyməti 10 000 (on min) manatdır. 36. Uşaq yatağı - MOGNO MOBİLYA markalı, o və əri Cavabdeh2 tərəfindən “SƏDƏRƏK” ticarət mərkəzindən 2017-ci ilin avqust ayında alınmışdır, ünvan 1-ə qaynatası Cavabdeh3 və qaynanam Cavabdeh4 yanında daşınmışdır, qiyməti - 320 (üç yüz iyirmi) manatdır. Belə ki, Cavabdeh2 adları çəkilən mülkiyyətimdə olan cehiz və şəxsi əşyalarını ona qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin cehiz və şəxsi əşyalarının ümumi dəyəri 80490 (səksən min dörd yüz doxsan) manat təşkil edir. Cehiz əşyaları, şəxsi və uşağa məxsus əşyalar: - atası X8 tərəfindən 2014-cü ilin oktyabr ayında alınmış, ünvan 1-ə 10 oktyabr 2014-cü il tarixdə xalam X4, bacısı X3, bibisi qızı X2 və qaynanası Cavabdeh4 iştirakı ilə daşınmış əşyalar. Qeyd edir ki, cavabdehlər - əri Cavabdeh2, qaynatası Cavabdeh3, qaynanası Cavabdeh4 başqa ünvanlarda qeydiyyatda olsalar da, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə faktiki olaraq yaşayır və böyük ehtimalla yuxarıda qeyd edilən əşyalardan istifadə edirlər. Belə adamlara qarşı artıq mədənilik və səbr nümayiş etdirməyin mənasız olduğunu görüb, öz cehiz, zinət əşyalarını, habelə şəxsi və uşağa məxsus əşyaları geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələninin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadəsində olan, bu iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri- 42.900,00 (qırx iki min doqquz yüz) manat təşkil edən, yuxarıda adları çəkilən iddiaçıya məxsus və ona hədiyyə verilmiş qızıl-zinət əşyaların cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması, qaytarılması mümkün olmadığı halda dəyərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadəsində olan, bu iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri “123 570” (bir yüz iyirmi üç min beş yüz yetmiş ) manat təşkil edən cehiz əşyaları, hədiyyə verilmiş zinət əşyaları, şəxsi və uşağa məxsus əşyaların cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 alınaraq mənə qaytarılması, qaytarılması mümkün olmadığı halda dəyərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia tələbi üzrə 2(006)-2491/2021 saylı mülki iş icraatdadır. 23.02.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmurları X1, X6, borclu Cavabdeh2, hal şahidləri: X9 və X5 iştirakı ilə akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki: “Nəsimi rayon məhkəməsinin 2(006)-2491/2021 saylı, 18.02.2021-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında saxlanılan qızıl-zinət əşyaları, İddiaçı qızma məxsus geyim, kosmetika, cehiz əşyalarının üzərinə həbs qoyulmuşdur” (həmin aktın surəti qoşmaya əlavə edilir). Həmin aktda həm də o göstərilmişdir ki: “İcra sənədində göstərilən tələbi icra etmək məqsədilə Nəsimi rayonu, Azadlıq prospekti, ev 89, mənzil 33 ünvanına gəldik, mənzilə baxış zamanı tələbkara məxsus olan: Yataq mebel dəsti (tam); Xalca 2 ədəd- (tam); Stolüstü saat - firuzeyi rəngdə; (tam); Televizor - “TOSHİBA” markalı (Samsung); (tam); Taxt döşək- 1 ədəd (tam); Taxt yorğan - 1 ədəd (tam); Taxt odeyal- 3 ədəd (tam); Taxt örtüyü- 1 ədəd (tam); Taxt yataq dəstləri- 15 ədəd (tam); Uşaq yataq dəstləri - 4 ədəd (tam); Balış - 6 ədəd (tam); Təknəfərlik yorğan- 2 ədəd (tam); Odeyal- 2 ədəd (tam); Pərdə-4 ədəd (tam); 2 ədəd tül 2 ədəd günqoruyucu (tam); Gözmüncuğu gümüş- (tam); Stəkanaltı gümüş -1 ədəd (tam); Uşaq gəzinti arabası -1 ədəd (tam); Kosmetika (istifadə olunmuş) (tam); Ətirlər - istifadə edilmiş (tam); Uşaq geyimləri, uşaq ayaqqabıları- tam; Ülkər Qafarov ay a məxsus ziyafət geyimləri, ayaqqabılar, çantalar-tam olaraq; Uşaq yatağı MOGNO MOBİLYA markalı- ağ rəngdə (markası müəyyən edilmədi)- (tam); Çay qaşığı gümüş -2 ədəd (tam), Dəst - Gümüşdəndir, sırğa və üzükdən ibarətdi, 925 əyarlıdır, 2014-ci ilin noyabr ayında Cavabdeh2 tərəfindən bal ayı zamanı Dubay şəhərində olarkan hədiyyə edilmişdir. Üzük - 1 ədəd (tam); Broş - Poladdan, 2012-ci ilin dekabr ayında İddiaçı tərəfindən Silver Style mağazasından alınmışdır-1 ədəd (tam); “Əşyalar” tələbkar İddiaçı imzası ilə qəbul edilmişdir. Yuxarıda qeyd edilən həmin aktda həm də göstərilmişdir ki, “siyahıya əlavə edilməyən digər əmlaklar (qızıl-zinət əşyaları, gümüş əşyaları və sair )” aşkar edilməmişdir. Hesab edirlər ki, həmin aktda göstərilməyən və cavabdehlər tərəfindən təqdim edilməyən iddiaçıya məxsus daşınar əşyaların sayı, ölçüsü, çeşidi, istehsal markası və sair detalları məhkəmə qətnaməsi ilə müəyyən edilməli və məcburi qaydada cavabdehlərdən alınaraq indiyədək iddiaçıya təhvil verilməlidir. Buna görə də, iddia tələblərinin həcminin dəqiqləşdirilməsinə zəruriyyət yaranmışdır. Bununla da, iddiaçının hal-hazırda tələb etdiyi digər daşınar əşyalar aşağıdakı kimi qeyd edilmişdir: Həri üzüyü sadə alyans ağ qızıldandır, 750 əyarlıdır, 2014-cü ilin iyun ayında alınmışdır (Cavabdeh3 tərəfindən alınmışdır. Cavabdeh4 tərəfindən verilmişdir. Ülkərə ata mənzilində, həri mərasimi münasibəti ilə verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 1000 (bir min) manatdır; Nişan üzüyü (“dorojka”) ağ qızıldandır, 750 əyarlıdır, ortasında 5 ədəd brilyant qaşı, kənarlarında xırda brilyant qaşları vardır, 2014-cü ilin iyun ayında alınmışdır (Cavabdeh3 tərəfindən alınmışdır. Cavabdeh4 tərəfindən verilmişdir. Ülkərə ata mənzilində, həri mərasimi münasibəti ilə verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 3000 (üç min) manatdır; Dəst sarı qızıldandır sarı qaşlar ilə, 750 əyarlıdır, 2014-cü ilin iyulun 28-də Qurban bayramı münasibəti ilə Cavabdeh4 Surxay qızı tərəfindən hədiyyə edilmişdir (Ülkərə atası evində, Qurban bayramı münasibəti ilə təşkil edilmiş şənlik mərasimində verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 2300 (iki min üç yüz) manatdır; Qızıl beşlik sarı qızıldandır 999 prob gedimi qulpsuz, 2014-cü ilin oktyabr ayının 19-da Xına mərasimi zamanı nəmər kimi hədiyyə verilmişdir (Cavabdeh4 Surxay qizi tərəfindən hədiyyə edilmişdir. Xına yaxtı mərasimi Muğam Ocağı restoranında olmuşdur. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 450 (dörd yüz əlli) manatdır; Dəst - qızıldan, ağ brilyant qaşlıdır, üzük, sırğa, bilərzik və boyunbağıdan ibarətdir, 2014-cü ilin oktyabr ayının 15-də Qız toyuna hədiyyə edilmişdir (Cavabdeh3 tərəfindən alınmışdır. Ülkərə ata mənzilində, Cavabdeh4 tərəfindən Qız toyu mərasimi münasibəti ilə verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 25 000 (iyirmi beş min) manatdır; Sırğa (“kəpənəy”) ağ qızıldandır, 585 əyarlıdır, cerkon qaşlıdır, 2014-cü ilin may ayının 13-də Ad günü münasibəti ilə alınmışdır (Ülkər özü almışdır. Qiyməti 350 (üç yüz əlli) manatdır; Üzük (tək qaş) - sarı və ağ qızıldandır, 585 əyarlı, 2014-cü ilin oktyabrın 23-də Cavabdeh2 əmisi ailəsi adindan hədiyyə edilmişdir (Ülkərə toy günü münasibəti ilə verilmişdir. X21 şadlıq sarayında verilmişdir. Ülkərə toyda olan qonaqların yanında verilmişdir. Qiyməti 800 (səkkiz yüz) manatdır; üzük - sarı qızıldan üzəri ağ yaşıl minalı , 585 əyarlı , 2014-cü ilin iyul ayında Cavabdeh2 tərəfindən hədiyyə edilmişdir (Ülkərə nişanlanan gündən bir ay ötməsi münasibəti ilə verilmişdir. Ülkərə ata evində hədiyyə edilmişdir. Qiyməti 200 (iki yüz) manatdır; Üzük - sarı qızıldan üzəri brilyant qaşlar ilə bəzədilib, 583 əyarlı, 2014-cü ilin oktyabr ayında Cavabdeh3 tərəfindən hədiyyə edilmişdir (Ülkərə ər evində keçirilən üzə çıxdı mərasimində hədiyyə verilmişdir. Qiyməti 350 (üç yüz əlli) manatdır; bilərzik və üzərində kulon - sarı qızıldandır, 750 əyarlıdır, 2004-ci ilin martın 8-də İddiaçı atası tərəfindən bayram münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə atası evində 8 Mart beynalxalq qafınlar günü bayramı münasibəti ilə hədiyyə edilmişdi. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi. Qiyməti 850 (səkkiz yüz əlli) manatdır; Saat (Chopard) 2 ədəd - Gümüş 925 əyyardır, üzəri və əqrəbin içi svarovski daşları ilə bəzədilib. Ülkərə atası tərəfindən 2010-ci ilin yanvar ayında yeni il bayramı münasibəti ilə hədiyyə edilmişdir. Ülkərə bacısı və qardaşı yanında hədiyyə edilmişdir. Qiyməti 750 (yeddi yüz əlli) manatdır; Dəst - Gümüşdəndir, sırğa və üzükdən ibarətdir (yalnız sırğa, üzük artıq iddiaçıya təhvil verilib), 925 əyarlıdır, 2014-ci ilin noyabr ayında Cavabdeh2 tərəfindən bal ayı zamanı Dubay şəhərində olarkan hədiyyə edilmişdir. Qiyməti 250 (iki yüz) manatdır Qiyməti 190 (bir yüz doxsan) manatdır; Dəst - Gümüşdəndir, 925 əyarlı sırğa və üzükdən, 2012-ci ilin dekabr ayında İddiaçı tərəfindən “Silver Style” mağazasından alınmışdır. Qiyməti 280 (iki yüz səksən) manatdır; Dəst - ağ qızıldandır, sırğa, üzük və kulondan ibaretdi, 585 əyarlıdır, 2015-ci ilin yanvar ayında Cavabdeh2 əmisi (Asif) və ailəsi tərəfindən evlərinə ilk dəfə qonağ çağırıldığım üçün hədiyyə edilmişdir (Qonaqlıq evdə keçirilmişdir. Ülkərə qaynatası, qaynanası, yoldaşının və əmisi ailəsinin yanında verilmişdir. Qiyməti 420 (dörd yüz iyirmi) manatdır; Boyunbağı (“sünbül”) - sarı qızıldandır, 583 əyarlıdır, çəkisi 40 qramdır, 2016-ci ilin dekabr ayında Cavabdeh3 iş yoldaşı (Tərlan) tərəfindən uşağın doğulması münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə yaşadığı evdə verilmişdir. Ülkərə qaynatası,qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 2800 (iki min səkkiz yüz) manatdır; Boyunbağı (“traktor”) - sarı qızıldandır, 583 əyarlıdır, çəkisi 20 qramdır, 2016-ci ilin noyabrın 22-də Cavabdeh4in ailə dostu (Suqra) tərəfindən uşağın ad günü münasibəti ilə hədiyyə edilmişdir (Ad günü cıdır restoranında kecirilmişdir. Ülkərə qaynatası, qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 1400 (bir min dörd yüz) manatdır; Dəst (tək qaş) ağ qızıldandır, sırğa və boyunbağından ibaretdir, 750 əyarlıdır, 2016-ci ilin noyabrın 22-də Cavabdeh3 ailəvi dostu (Fazil) tərəfindən uşağın ad günü münasibəti ilə hədiyyə edilmişdir (Ad günü cıdır restoranında keçirilmişdir. Ülkərə qaynatası, qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 1850 (bir min səkkiz yüz əlli) manatdır; bilərzik (uşaq) - sarı qızıldandır, 750 əyarlıdır, 2017-ci ilin aprelin 22-də İddiaçı bacısı X3 tərəfindən uşağın 6 ayının tamam olması münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə er evində hədiyyə edilmişdir. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi. Qiyməti 320 (üç yüz iyirmi) manatdır; Qızıl nəzərlik sarı qızıldandır 999 prob gedimi, 2016-cü ilin noyabr ayının 28-də İddiaçı nənəsi Miriyeva Sənübər tərəfindən Cavabdeh4 Ramin qızına hədiyyə verilmişdir (Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 250 (iki yüz əlli) manatdır; Sancaq üzərində kulon ilə (uşag) - san qızıldandır, 750 əyarlıdır, 2016-cı ilin dekabrın 31də İddiaçı bacısı X3 tərəfindən uşağın “40 günün” tamam olması münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə ata evində hədiyyə edilib. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi). Qiyməti 280 (iki yüz səksən) manatdır. Belə ki, hazırki iddia tələbinin həcminin azaldılmasına dair dəqiqləşdirmə ərizəsinə müvafiq olaraq, iddiaçıya qaytarılmamış daşınar əşyaların qiymətlərinin ümumi məbləği 42 840,00 (qırx iki min səkkiz yüz qırx) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İcra məmurunun tərtib etdiyi akt əsasında qeyd olunan əşyaları etiraf edir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər əşyalar, qızıllar iddiaçının özündədir. Belə ki, iddiaçı evdən atasının xəstə olması və ona baxması bəhanəsiylə evdən onun icazəsi ilə getmişdir. Sonradan iddiaçının atası qızı Ülkərin onun valideynlərindən ayrı evdə yaşamaq istədiyini bildirərək, əgər bu şərtə əməl etməsə, iddiaçının məndən boşanacağı bildirmişdir. Həmin ərəfədə iddiaçının bacısının uşağı dünyaya gəlmişdir. Ülkər uşağın xəstəxanadan çıxması ilə bağlı qonaqlıq keçiriləcəyini və həmin qonaqlıqda qızıllarını istifadə edə bilməsi üçün qızıllarını ona göndərməyini ondan istəmişdir. O, qızılların şəkillərini çəkib iddiçıya göndərmiş, iddiaçı isə hansı qızıl lazımdırsa onları seçmişdir. İddiaçı qeyd etdiyi qızılları ümumi qızıl qutusuyla birgə Mətin adlı qohumu vasitəsilə ona göndərmişdir. İddiaçı özünə məxsus olmayan qızılları yenidən Mətinlə ona geri qaytarmışdır. İddiaçı ona irad tutaraq həmin vaxt nişan üzüyünü göndərmədiyini bildirdikdən dərhal sonra nişan üzüyünü də Mətin vasitəsilə iddiaçıya göndərmişdir. İcra məmurunun evində aşkar etdiyi əşyalar iddiaçı tərəfindən aparılıb. Hazırda evdə iddiaçıya məxsus əlavə 2 qaşıq var, həmin qaşıqları özü istədiyi vaxt gəlib götürə bilər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili X14 iddia tələbinə etiraz edərək iddianın əsassız olduğunu bildirib iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3795/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında 23 oktyabr 2014-cü il tarixdə bağlanmış və Səadət Sarayında (Bakı Nikah Evi) nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1868 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 22 noyabr 2016-cı il təvəllüdlü Cavabdeh4 Ramin qızının anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 22 noyabr 2016-cı il təvəllüdlü Cavabdeh4 Ramin qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh2 15 may 2019-cu il tarixdən başlayaraq (01.07.2019-cu il tarixli müvəqqəti alimentin tutulması barədə qərardad nəzərə alınmaqla) hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Nəsimi rayon icra şöbəsinin icra məmurları X1, X13, borclu Cavabdeh2, hal şahidləri X9 və X5 iştirakları ilə tərtib edilmiş və imzalanmış icra sənədi üzrə 23.02.2021-ci il tarixli aktdan görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89, mənzil 33 ünvanına baxış keçirilən zaman mənzildən yataq mebel dəsti, 2 ədəd xalça, firuzə rəngdə stolüstü saat, Samsung Toshiba markalı televizor, 1 ədəd taxt döşək, 1 ədəd taxt yorğanı, 3 ədəd taxt ədyalı (1 ədəd), 1 ədəd taxt örtüyü, 15 ədəd taxt yataq dəsti (1 ədəd), 4 ədəd uşaq yataq dəsti (1 ədəd), 6 ədəd balış (2 ədəd), 2 ədəd 1 nəfərlik yorğan, 15 ədəd taxt yataq dəstləri (aşkar olmamışdır), 2 ədəd ədyal, 4 ədəd pərdə (3 ədəd), 2 ədəd tül 2 ədəd qoruyucu, gümüş gözmuncuğu, 1 ədəd gümüş stəkanaltı, uşaq gəzinti arabası, istifadə olunmuş kosmetika (natamam), istifadə olunmuş ətirlər (natamam), uşaq geyimləri, uşaq ayaqqabıları, İddiaçı məxsus ziyafət geyimləri, ayaqqabılar, çantalar (tam olaraq), ağ rəngdə uşaq yatağı aşkar edilmişdir. Siyahıya əlavə edilməyən digər əmlaklar (qızıl-zinət əşyaları, gümüş qaşıq və s.) aşkar edilməmişdir. Aşkar edilən əşyalar Cavabdeh2 saxlanc üçün verilmiş, sonradan isə İddiaçı tərəfindən təhvil alınmışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər 23 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 22 noyabr 2016-cı il təvəllüdlü Cavabdeh4 Ramin qızı adında uşaqları anadan olmuşdur. İlk vaxtlar mehriban yaşasalar da, bir müddət sonra aralarında problemlər yaşanmış, bunun nəticəsi olaraq da, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3795/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı iddiasına görə, o, cehiz əmlaklarını və hədiyyə verilən qızıl-zinət əşyaları Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89 ünvanında yerləşən 33 saylı mənzildə yerləşdirmiş, münasibətləri pozulduqdan sonra iddia ərizəsində göstərilən əşyalar ona geri qaytarılmamışdır. Cavabdeh2 isə iddiaçının iddia etdiyi cehiz əşyalarının icra məmurunun aktında sadalanan hissəsinin mövcud olduğunu, onları qaytarmağa etiraz etmədiyini, qalan əşyaların bir qismini isə iddiaçının evi tərk etdiyi zaman özü ilə apardığını, bir qismini isə müəyyən müddət sonra onun istəyinə əsasən tərəfindən qaytarıldığını bildirmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadəsində olan, bu iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri - 42.900,00 (qırx iki min doqquz yüz) manat təşkil edən ona məxsus və hədiyyə verilmiş qızıl-zinət əşyaların cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona qaytarılması, qaytarılması mümkün olmadığı halda dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının qızıl-zinət əşyalarının bir qisminin ona cavabdeh tərəfindən hədiyyə verilməsi, bir qisminin isə nikaha daxil olmamışdan özünə məxsus olması, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. Mübahisələndirilən hal cavabdeh tərəfindən həmin əşyaların üzərində iddiaçının faktiki sahiblikdən məhrum olub-olmaması və cavabdehin həmin əşyalara faktiki sahiblik edib-etməməsidir. Qeyd edilən mübahisələndirilən hal üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əşyalardan məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (əşyaların iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçəcəkdir. İddiaçı öz tələbini sübut etmək üçün bir sıra fotoşəkilləri və “WhatsApp” yazışmaları təqdim etmişdir. Belə ki, təqdim edilən fotoşəkillərdə qızıl-zinyət əşyalarının iddiaçının üzərində və mücrüdə olduğu aydındır. Lakin bu şəkillər həmin əşyaların iddiaçıdan alındığını və cavabdehdə olduğunu sübut etmir. “WhatsApp” yazışmalarına əsasən isə iddiaçının öz əşyalarının qaytarılmasını xahiş etdiyi, cavabdehin isə bu əşyaları artıq göndərdiyinə dair məlumat verdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyni zamanda işə baxılan zaman məhkəmə tərəfindən iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə məhkəmədə irəli sürdüyü iddia tələbləri üzrə cavabdehlik daşımadığı müəyyən edilmişdir. Belə ki, onlar mübahisəli əmlakın qanunsuz olaraq saxlanması güman edilən mənzilin mülkiyyətçiləri deyillər. Cavabdeh3 və Cavabdeh4 göstərilən mənzildə qeydiyyatda olması isə mübahisəli qızıl-zinət əşyaların onların qanunsuz istifadəsində və sahibliyində olmasına dəlalət etmir. Beləliklə Cavabdeh3 və Cavabdeh4 hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsinə əsas olmadığından iddia onlara münasibətdə bu səbəbdən rədd edilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qızılzinət əşyalarının qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qızılzinət əşyalarının qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Cəmilə Musayeva