Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2494/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə himayəsində olan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 250 manat alimentin və uşağın 3 yaşı tamam olana qədər 100 manat alimentin, eləcə də rüsum üçün ödənilmiş 55 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 25 avqust 2019-cu il tarixdə ailə qurub, birgə yaşamışlar. Lakin ailə münasibətləri rəsmiləşdirilməmişdir. Birgə yaşayışdan xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Uşağın atalığı müəyyən edilmişdir. Tərəflərin ailə münasibətləri pozulduğu üçün iddiaçı 18 oktyabr 2022-ci il tarixində atası evinə getmişdir. İddiaçı işləmir, atası Birinci Qarabağ müharibəsinin veteranıdır və səhhəti ilə bağlı işləyə bilmir. Belə bir vəziyyətdə iddiaçı uşağın tələbatını və xərclərini ödəyə bilmir. Uşağın saxlanması üçün cavabdehdən aliment almağa iddiaçının ehtiyacı var. Cavabdeh Rusiya Federasiyasında fərdi qaydada işləyir və hər ay 250 manat sabit pul məbləğində alimentin ödənilməsinə onun kifayət qədər imkanı vardır. Bundan başqa uşaq 3 yaşına çatanadək cavabdeh iddiaçıya da maddi cəhətdən kömək etməlidir. Məhkəmə baxış iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat aliment, uşaq 3 yaşına çatanadək ona hər ay 100 manat aliment və mediasiya zamanı dəftərxana və poçt xərcləri də daxil olmaqla rüsum üçün ödənilmiş 55 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini, beləliklə, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2020-ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ seriyalı 396689 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 287 nömrə ilə qeyd edilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2020-ci il tarixdə verilmiş doğum haqqında AZ-İV seriyalı 523076 nömrəli şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. AA2494582 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Gəncə 1 saylı Mediasiya təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-01368 nömrəli arayışından görünür ki, bu arayış İddiaçı və Cavabdeh arasında olan ailə mübahisəsi – aliment tələbi üzrə xx.xx.2023-cü il tarixdə 16:00-da Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh göndərilən bildiriş qeyd olunan ünvanda yaşamadığı üçün geri qaytarılmışdır. İddiaçı tərəfindən ödənilən mediasiya xərcinin məbləi 50 (əlli) manat təşkil edir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh məktub göndərilməsi üçün "xxxx" MMC-nin hesabına 1.87 manat məbləğində rüsum ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Gəncə 1 saylı Mediasiya təşkilatının hesabına MŞG/1368 nömrəli iş üzrə 55 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinə məktub göndərilməsi üçün "xxxx" MMC-nin hesabına 2.57 manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh faktiki ailə münasibətlərinə girmiş, birgə yaşayışlarından xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pozulmuşdur. Hazırda tərəflər birlikdə yaşamırlar, azyaşlı uşaqları isə iddiaçının yanında qalır. İddiaçı cavabdehin uşağın saxlanması üçün xərclərdə iştirak etmədiyini bildirərək, uşağın yetkinlik yaşına çatanadək hər ay 250 manat məbləğində alimentin, uşağın 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin və mediasiya prosesi ilə əlaqədar ödədiyi 55 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda iddiaçı cavabdehdən 250 manat aliment tutulmasını tələb etməsinə baxmayaraq, onun qazancı və ya gəliri barədə sübutları məhkəməyə təqdim etməmiş, yalnız əvvəlki hazırlıq iclasında cavabdehin gündəlik 200-300 manat məbləğində pul qazanmasını şifahi qaydada, heç bir sübuta əsaslanmadan bildirmişdir. Belə olan halda məhkəmə alimentin cavabdehdən 220 manat sabit pul məbləğində tutulması qənaətinə gəlir. Belə ki, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 2023-cü il üzrə 220 (iki yüz iyirmi) manat olmasını nəzərə alıb hesab edir ki, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulması məqsədəuyğun və ədalətlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (yüz) manat məbləğində alimentin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməsinə baxmayaraq, cavabdehin zəruri maddi vəsaitə malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də tələb bu hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli və iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddia tələbinin “mediasiya zamanı ödənilmiş dəftərxana və poçt xərcləri də daxil olmaqla 55 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, mediasiyanın nəticəsinə dair verilmiş arayışda iddiaçının 50 manat məbləğində rüsum ödədiyi qeyd edilməsinə baxmayaraq, təqdim edilmiş qəbzlərdən görünür ki, iddiaçı müvafiq Mediasiya Təşkilatının hesabına 55 manat ödəmişdir. İddiaçı qeyd edir ki, 5 manatı dəftərxana və poçt xərci kimi ondan tutmuşlar. Məhkəmə mediasiya zamanı iddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində pulu dövlət rüsumu haqqında qanunvericiliyə müvafiq olaraq məhkəmə xərci kimi qiymətləndirir və hesab edir ki, müvafiq qanunvericiliyə əsasən aliment alınması barədə iddiaçılar dövlət rüsumundan azad olduğundan, 55 manat məbləğində məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə xərci qismində ödənilmiş 55 (əlli beş) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2494/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2494/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver