Məhkəmə qərarları › İş №2(006)-2537/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2537/2020

29.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2537/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh2-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesab olaraq 23423 (iyirmi üç min dörd yüz iyirmi üç) manat 41 (qırx bir) qəpik, eləcə də əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə ona dəymiş maddi ziyan olaraq 2500 (iki min beş yüz) manat, ümumilikdə 25923 (İyirmi beş min doqquz yüz iyirmi üç) manat 41 (qırx bir) qəpik məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə 01/16 saylı əmrlə ləğv prosesində olan “xxxxxxxxx" ASC-də mühasib vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində mühasib olaraq üzərinə düşən vəzifələrini lazımi qaydada, vaxtında və məsuliyyətlə yerinə yetirmişdir. Lakin üzərinə düşən vəzifələri yerinə yetirməyinə baxmayaraq ləğv prosesində olan “xxxxxxxxx" ASC tərəfindən ona 2 ayın əmək haqqısı ödənilsə də, yerdə qalan 25 ayın əmək haqqısı əsassız və qanunsuz olaraq ona ödənilməmişdir. Dəfələrlə tərəfindən əmək haqqının ödənilməsi xahiş edilsə da, Bankın ləğv prosesində olması və debitor borcların yığımında problemlər olduğu üçün pul vəsaitinin olmaması səbəbi ilə Ödənişlərdə gecikmələr olduğu və qısa zamanda əmək haqqıların ödəniləcəyi bildirilmişdir. Lakin verilən vədlərə baxmayaraq işlədiyi müddət ərzində ödənilməli olan əmək haqqılar ona ödənilməmişdir. Məhz bu səbəbdən də, tərəfindən ərizə ilə “xxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna İşdən azad olunmağı ilə bağlı müraciət olunmuşdur. xx.xx.2019-cu il tarixli, L-01 saylı əmrlə tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişilə) azad olunmuşdur. Tutduğu vəzifədən azad olunmağına baxmayaraq ləğv prosesində olan "xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu tərəfindən bu günə qədər nə ödənilməyən əmək haqqları, nə də ki, işdən azad olunma ilə bağlı son haqq hesabı ödənilməmişdir. Tərəfindən bir neçə dəfə həm şifahi, həm də rəsmi qaydada ləğv prosesində olan "xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunsa da, əmək haqqının və son haqqhesabın ödənilməsi təmin edilməmişdir. Hesab edir ki, əmək haqqının və işdən azad olunan zaman son haqq hesabının ödənilməməsi qanunla tanınan və qorunan əmək hüquqlarının kobudcasına pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesab olaraq 23423 (iyirmi üç min dörd yüz iyirmi üç) manat 41 (qırx bir) qəpik, eləcə də əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə ona dəymiş maddi ziyan olaraq 2500 (iki min beş yüz) manat, ümumilikdə 25923 (iyirmi beş min doqquz yüz iyirmi üç) manat 41 (qırx bir) qəpik məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ləğv prosesində olan Cavabdeh2-də mühasib vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad olunmuşdur. İşin mübahisələndirilən halları isə işdən azad olunarkən işçiyə əmək haqqının ödənilibödənilməməsi, işdən azad olunma ilə bağlı son haqq-hesabın həyata keçirilibkeçirilməməsi barədə olan məsələlərdir. Bu barədə İddiaçı tərəfindən "xxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2019-cu il tarixdə müraciət edilmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesabın, eləcə də əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə ona dəymiş maddi ziyanın hesablanıb ödənilməsinin 5 gün müddətində təmin edilməsi, əks təqdirdə tərəfindən AR Əmək Məcəlləsinin 287-288-ci maddələrinin tələblərinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iddiaçının müvafiq tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsini 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Məhkəmə hesab edir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən ödənilməli olan, lakin ödənilməmiş son haqq-hesabın, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, xx.xx.2016xx.xx.2019-cu il tarixlərini əhatə edən dövr üçün ödənilməli olan lakin ödənilməmiş əmək haqqı və digər ödəmələrin LPO Cavabdeh2-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu halları təsdiq hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bu dəlilləri həm də ona görə əsassız və mülahizə xarakterli olduğunu hesab edir ki, iddiaçı cavabdeh təşkilatda mühasib vəzifəsində çalışmışdır, onun əmək funksiyası əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin verilməsinin həyata keçirilməsindən ibarət idi. Beləliklə iddiaçının mühasib olduğu və əmək haqqının və digər ödənişlərinin vaxtlı-vaxtında işçilərin hesablarına köçürülməsi üçün məsuliyyət daşıdığı təqdirdə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməsi ağlabatan deyildir. Gəldiyi qənaətin məntiqi davamı kimi məhkəmə həmçinin iddiaçının 27 ay ərzində əmək haqqı ödənilmədən işləməsinə dair dəlilinin ziddiyyətli xarakter daşıdığını vurğulayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia “xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi” hissəsində əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qeyd edilən tələblər qanuni əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələbdən irəli gələn iddianın “əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə dəymiş maddi ziyan ödənilməsi”nə dair tələb hissəsinə də hüquqi qiymət verilməsinə “prosessual qənaət” prinsipi baxımından zərurət qalmayıb, iddia bu hissədə də rədd olunmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO Cavabdeh2-yə qarşı “əmək haqqının, son haqq-hesabın ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar