Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2538/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X7 qızının katibliyi ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət X3 nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-cü ildə Bakı şəhəri Yasamal RHK tərəfindən tam sağlam vəziyyətdə hərbi xidmətə çağırılmışdır. Uzun müddət zabit rütbəsində Vətənə xidmət etmişdir. 2001-ci ilin oktyabr ayının 22-də döyüş tapşırığını yerinə yetirən zaman başından xəsarət alaraq uzun müddət müalicə olmaq məcburiyyətində qalmışdır. Hərbi xidmətdə aldığı travma nəticəsində qazanılan xəstəlik xidmətinə imkan vermədiyindən 2013-cü ilin mart ayında ordu sıralarında təxris olmuşdur. Lakin xidmət dövründə aldığı travma hal-hazırki vaxta qədər ona əziyyət verir və müalicə olunur. 2016-cı ilin iyun ayı Azərbaycan Respublikası Müdafiə Nazirliyini Mərkəzi Hərbi Həkim Komissiyasının 512-ci qərarı ilə müayinədən keçərkən «hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma» alması təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti yuxarıda göstərilən əsaslarla, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar aldığı xəsarət nəticəsində (keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, vegetativ (astonom) sinir sisteminin digər pozğunluqları, vegetativ damar distaniyası sindromu, tez-tez təkrarlanan sinepoto-adrenal tipli paraksizmlər, beyin qan dövranın çatışmamazlığı, kəskin ifadə olunmuş nevrotik sindrom diaqnozu) 2017-ci ili naprel ayında onu İİ qrup əlil tanımışdır. Əlilliyin müəyyən olunduqdan sonra Hərbi Qulluqçuların Dövlət Sığortası haqqında Azərbaycan Respublikasının 1997-ci il tarixli Qanunu həmçinin bu qanuna 2013-cü il tarixli dəyişikliklər edilməsi haqqında Qanunu rəhbər tutaraq Dövlət X4 müraciət ünvanlayıb hərbi xidmətdə aldığı xəsarətlə əlaqədar ona sığorta pulun ödənilməsini xahiş etmişdir. Cavabdeh Dövlət X6 əsaslı tələbini rədd edib bildirmişdir ki, xidmətdə aldığı xəsarət hadisəsindən 3 ildən çox müddət keçdiyi üçün sığorta ödənişinin verilməsi mümkünsüzdür. Hərbi xidmətdə aldığı travmanın fəsadlarının uzun müddətli olması ondan asılı olmayıb. Belə olan halda «Hərbi qulluqçuların Dövlət Sığortası haqqında» Azərbaycan Respublikası Qanunu ona şamil olunmalıdır. Bu qanuna əsasən cavabdeh ona İİ qrup əlil kimi 6.600 manat sığorta pulunu ödəməyə borcludur, çünki gənc yaşında əlilliyi hərbi xidmətdə Vətənə keşiyində durarkən qazanmışdır. Göstərilənlərə əsasən hərbi vəzifəni yerinə yetirərkən aldığı xəsarət (travma) nəticəsində İİ qrup əlilliyi ilə əlaqədar 6600 manat sığorta haqqının Azərbaycan Respublikası Dövlət X6 tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət X6 tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazından görünür ki, hərbi qulluqçuların icbari sığorta qaydalarını müəyyən edən və tənzimləyən «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə görə hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə – 80 faiz; İİ qrup əlilliyə görə – 60 faiz; İİİ qrup əlilliyə görə – 40 faiz məbləğində sığorta ödənişi verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin Tibbi-Sosial Komissiyası tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli arayışa əsasən İddiaçı 2-ci qrup əlillik təyin edilmişdir. Həmin arayışdan görünür ki, İddiaçı təyin edilən 2-ci qrup əlillik hərbi xidmətdən tərxis olunandan 4 il sonra verilmişdir. Baş vermiş sığorta hadisənin sığorta hadisəsi hesab olunması üçün «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd olunan aşağıdakı zəruri hallar baş vermişdir: baş vermiş hadisə hərbi qulluqçusunun hərbi xidməti vəzifələrini yerinə yetirərkən və ya hərbi həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində baş vermişdir. Baş vermiş hadisə nəticəsində hərbi qulluqçu həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmalıdır. Yəni, ehtiyata və ya istefaya buraxılmasının səbəbi hərbi xidməti vəzifələrini yerinə yetirərkən və ya həqiqi xidmət dövründə aldığı xəsarət və ya xəstəlik olmalıdır. Ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xstəliklə əlaqədar sığorta olunana əlillik üç il müddətində təyin olunmalıdır. Hadisənin sığorta hadisəsi hesab olunması üçün əlilliyin 3 il müddətində təyin olunması şərti qanunverici tərəfindən təsadüfən müəyyən edilməmişdir. Belə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də Qanunda 3 il müddət keçdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməlidir. Göründüyü kimi, əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Beləliklə, İddiaçı əlillik tərxis olunduğu gündən 3 il müddətində deyil, 4 ildən sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Çünki bu hadisə 3 il müddətində baş vermədiyi üçün sığorta təminatına aid deyildir. Göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbi əsassız olduğu üçün iddia tələbi təmin edilməməsini və rədd olunmasını xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 512 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə xx.xx.2001-ci ildə aldığı və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma – diaqnoz: «Qapalı kəllə-beyin travması, zəif kliniki əlamətlərlə təzahür edən baş-beyin silkələnməsi» (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2015-ci il tarixli 3765 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 441 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2001-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır», və xx.xx.2007-ci ildə, xx.xx.2007-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Vegetativ-damar distoniyası», xx.xx.2008-ci ildə MN MHP-da müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Soltərəfli üçlü sinirin nevralgiyası. Asteno-nevrotik təzahürlər», xx.xx.2009-cu ildə və xx.xx.2009-cu ildə MN MHP-da müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Vegetativ-damar distoniyası», xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Vegetativ-damar distoniyası», xx.xx.2010-cu ildə ambulator müayinə və müalicə olunduğu xəstəlik-diaqnozu: «Vegetativ-damar distoniyası», xx.xx.2013-cü ildə SQ BKH-ın nevropatoloqu tərəfindən təyin edilmiş xəstəlik-diaqnoz: «Vertebrogen lümbalgiya» və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Vertebrogen lümbalgiya.Vegetativ-damar distoniyası» (tibbi kitabçadan çıxarışlar, MH MHHK-nın həkim–mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X3 İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir.İddiaçı xx.xx.2013-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2017-ci ildə İİ qrup əlillik dərəcəsi almışdır. Ona görə də İddiaçı Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdeh tərəfin 3 illik müddət keçməsi ilə əlaqədar sığorta ödənişinin verilməsindən imtinası ilə əlaqədar qeyd edir ki, üç il müddətində sığorta olunana əlillik təyin olunduqda sığorta ödənişi verilir. Hazırda cavabdeh tərəfin iddiaçının 4 ildən sonra, yəni xx.xx.2017-ci il tarixində əlillik təyin olunması ilə əlaqədar etirazı iddia predmetinin əsasını təşkil etmir. Belə ki, iddiaçı hərbi xidmət keçdiyi dövrdə xəsarət almış və həmin xəsarətin əsası olaraq ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6600 (altı min altı yüz) manat məbləğində icbari şəxsi sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2538/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2538/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver