Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2554/2020 04.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı x iştirakı ilə İddiaçı x Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı x Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı 01 iyun 2016-cı ildə cavabdehlə ailə həyatı qurmuşdur. Tərəflərin nikahları Sabirabad rayon VVAQ şöbəsində qeydə alınmışdır və 556 saylı akt qeydi tərtib edilmişdir. Tərəflərin nikahlarından 30.08.2015-ci il təvəllüdlü x5 və 23.04.2017-ci il təvəllüdlü x4 dünyaya gəlmişdir.Hal-hazırda tərəflərin ailə münasibətlərində problemlər yaranmışdır. Belə ki, cavabdeh ailəsinə baxmır, maddi cəhətdən təmin etmir. Bu səbəbdən 08.01.2020-ci il tarixindən tərəflər ayrı yaşayırlar. İddiaçı iki övladı ilə birlikdə anasının,qardaşının yanına sığınmışdır. Göstərilənlərə əsasən tərəflərin birgə nikahlarından doğulan 30.08.2015-ci il təvəllüdlü x5 və 23.04.2017-ci il təvəllüdlü x1 iddiaçının yanında qalması, tərəflərin birgə nikahlarından doğulan 30.08.2015-ci il təvəllüdlü x5 və 23.04.2017-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər biri üçün sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat olmaqla, hər ay cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı x iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, birgə nikahdan doğulan 30.08.2015-ci il təvəllüdlü x3 və 23.04.2017-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə 170 manat olmaqla, hər ay cəmi 340 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16.02.2020-ci il tarixdə verilmiş AZ-T № 019006 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01.06.2016-cı il tarixdə 556 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16.02.2020-ci il tarixdə verilmiş AZ-T № 098448 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x5 30 avqust 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16.02.2020-ci il tarixdə verilmiş AZ-T № 098449 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x4 23 aprel 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası x2r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaqlar anaları x himayəsində qalırlar. Hal-hazırda iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh övladları 30.08.2015-ci il təvəllüdlü x3 və 23.04.2017-ci il təvəllüdlü x1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 20 fevral 2020-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh 20 fevral 2020-ci il tarixdən başlayaraq, 30.08.2015-ci il təvəllüdlü x3 və 23.04.2017-ci il təvəllüdlü x1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçı x verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 20 fevral 2020-ci il tarixdən başlayaraq, 30.08.2015-ci il təvəllüdlü x3 və 23.04.2017-ci il təvəllüdlü x1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçı x verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2554/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2554/2020
04.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver