Məhkəmə qərarları › İş №2(006)-2563/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2563/2021

03.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2563/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin xitamı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, müddətin keçməsi nəticəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış 1/183 B nömrəli ipoteka müqaviləsinə xitam verilsin və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzili yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borclu “xxxx” MMC arasında bağlanmış 15.07.2008-ci il tarixli, 1/183 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 190.000 (yüz doxsan min) manat məbləğində güzəştli kredit verilmişdir. Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə "ipoteka qoyan” İddiaçı adından etibarnamə əsasında hərəkət edən X4 ilə 15.08.2008-ci il tarixli, 1/183 B nömrəli ipoteka müqaviləsi bağlanmışdır. 15.07.2008-ci il tarixli, 1/183 nömrəli kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Borclu “xxxx” MMC tərəfindən Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə sonuncu dəfə kredit ödənişi 12 dekabr 2011-ci il tarixdə “xxxx” MMC-nin rəhbəri X2 tərəfindən 1500 manat məbləğində vəsait ödənilmişdir. Bildirmək istəyir ki, İddiaçı şahid anasıdır. X1 03 oktyabr 2020-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bir evi var o, da bankda ipoteka ilə yüklü edilmişdir. Borclu “xxxx” MMC tərəfindən 15 iyul 2008-ci il tarixdə 60 ay müddətinə kredit müqaviləsi bağlanmasına, müqavilənin son müddəti 15 iyul 2013-cü il tarixi olmasına və borclu tərəfindən 12 dekabr 2011-ci il tarixdə sonuncu ödəniş edilməsinə baxmayaraq ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən öhdəliyin icrası ilə əlaqədar heç bir tədbir görülməmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 552.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqmda tələblərə 5 illik iddia müddəti tətbiq olunur. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakmm saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 527-ci maddəsi öhdəliklərə xitam vermə əsaslarından bəhs edir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borclu “xxxx” MMC arasında bağlanmış 15.07.2008-ci il tarixli, 1/183 nömrəli kredit müqaviləsindən görünür ki, 60 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 190.000 (yüz doxsan min) manat məbləğində güzəştli kredit verilmişdir. İş materiallarında olan Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə "ipoteka qoyan” İddiaçı adından etibarnamə əsasında hərəkət edən X4 ilə 15.08.2008-ci il tarixli, 1/183 B nömrəli ipoteka müqaviləsindən görünür ki, 15.07.2008-ci il tarixli, 1/183 nömrəli kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, borclu “xxxx” MMC tərəfindən Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə sonuncu dəfə kredit ödənişi 12 dekabr 2011-ci il tarixdə “xxxx” MMC-nin rəhbəri X2 tərəfindən 1500 manat məbləğində vəsait ödənilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hallar onun məhkəməyə təqdim etdiyi sənədlərlə ilə tam sübuta yetirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borclu “xxxx” MMC arasında bağlanmış 15.07.2008-ci il tarixli, 1/183 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 190.000 (yüz doxsan min) manat məbləğində güzəştli kredit verilmişdir. Borclu “xxxx” MMC tərəfindən Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə sonuncu dəfə kredit ödənişi 12 dekabr 2011-ci il tarixdə “xxxx” MMC-nin rəhbəri X2 tərəfindən 1500 manat məbləğində vəsait ödənilmişdir. Borclu “xxxx” MMC tərəfindən 15 iyul 2008-ci il tarixdə 60 ay müddətinə kredit müqaviləsi bağlanmış, müqavilənin son müddəti 15 iyul 2013-cü il tarixi olmuş, borclu tərəfindən 12 dekabr 2011-ci il tarixdə sonuncu ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müddətin keçməsi nəticəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış 1/183 B nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzili yüklülükdən azad edilməsi tələbinin təmin edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə aşağıdakıları da qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdi. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Müddətin keçməsi nəticəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış 1/183 B nömrəli ipoteka müqaviləsinə xitam verilsin və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzili yüklülükdən azad edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar