Məhkəmə qərarları › İş №2(006)-2563/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2563/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2563/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «xidməti vəzifəsinin icrası ilə bağlı həlak olmuş hakimin vərəsəsinə qanunla müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «xidməti vəzifəsinin icrası ilə bağlı həlak olmuş hakimin vərəsəsinə qanunla müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz xidməti vəzifəsinin icrası zamanı «Covid 19» virusuna yoluxmuş və sonradan həmin xəstəlikdən vəfat etmiş Şirvan Apellyasiya Məhkəməsinin mərhum hakimi X5 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq vərəsəsi kimi ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X6 2010-cu ildə hakim vəzifəsinə təyin olunaraq Lənkəran rayon Məhkəməsinin, 2018-ci ilin noyabr ayının 2-dən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olmuşdur. «COVİD-19» tipli koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edilməsinə dair müəyyən edilmiş qaydaları, yəni xüsusi icazə olmadan yaşadığı mənzili tərk etmək kimi karantin rejiminin tələbləri mövcud olmuş, sonradan isə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə 18 may 2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılmasının tam şəkildə bərpa olunması, məhkəmə fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operaiv Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməsi, məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyinin nəzərə alınması, vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələrinin təmin olunması, məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılması və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi, hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlərin həll olunması, bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilməsi qərara alınmışdır. Mərhum əri X1 Apellyasiya Məhkəməsində öz xidməti vəzifəsini icra edən zaman (işə baxarkən) 2020-ci ilin noyabr ayında COVİD-19 virusuna yoluxmuş, yaxınlıqda olan Sabirabad rayonunda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdir. Müalicəsi effekt vermədiyindən 04 dekabr 2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Bakı şəhəri Xətai rayonu Zığ şossesi 27-ci km. ünvanda yerləşən Modul Hospitalına gətirilmiş, 15 dekabr 2020-ci ildə isə görülən tədbirlərə baxmayaraq vəfat etmişdir. «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2.1.2. sığortaçı - bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərni idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 2.1.4. sığortalı - sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs - bu Qanunla müəyyən edilrıiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; 2.1.6. sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olmasından (vefat etdikdə) ibarət sığorta hadisəsi baş verdikdə, bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişi verilir. Sabirabad regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən 20 aprel 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 356 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən ölmüş şəxs X5 qanun üzrə vərəsəsi hesab edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına etdiyi müraciətə 22 noyabr 2021-ci il tarixdə verilən cavab məktubunda qeyd edilir ki, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, icbari qaydada sığortalanmış X2 hakimi Fuad Soltanov xidməti vəzifəsinin icrası zamanı xəstələnmiş və 15 dekabr 2020-ci ildə həmin xəstəlikdən vəfat etmişdir. Bununla əlaqədar məktubun surəti Mərkəzi Bank tərəfindən Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilərək, sonuncudan «Sığorta fəaliyyəti haqqında» Qanunun 102.1-ci maddəsi rəhbər tutularaq baş vermiş hadisənin sığorta qanunvericiliyinə uyğun, Qanunun 7-ci maddəsinin «a» bəndində göstərilən sənədlər və sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı əldə edilməklə 7 iş günü müddətində yenidən araşdırılması tələb olunmuşdur. Lakin cavabdeh təşkilat Mərkəzi Bankın qeyd olunan göstərişinin icrasını da təmin etməmiş, heç bir araşdırma aparmadan sığorta ödənişinin verilməsini təmin etməmişdir. Hesab edir ki, sığortaolunanın vərəsəsi olaraq «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə sığorta ödənişi almaq hüququna malikdir və cavabdehin sığorta ödənişini verməkdən imtinası əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən mərhum həyat yoldaşı, Şirvan Apellyasiya Məhkəməsinin hakimi işləmiş X5 xidməti vəzifəsinin icrası zamanı «COVİD 19» koronavirus infeksiyası nəticəsində vəfat etməsinə görə sığorta ödənişinin verilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmirlər və hesab edirlər ki, əsassızdır və rədd edilməlidir. Belə ki, 129332 saylı, 21 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən mərhum X6 «COVİD 19» koronavirus infeksiyasına yoluxması səbəbindən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bildirirlər ki, «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə, bas vermiş hadisənin qanunvericiliyə və va sığorta müqaviləsinə görə sıöorta hadisəsi hesab edilməməsi: Yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə, icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. Beləliklə, qanunvericiliyin istinad olunan maddələrinə əsasən, sığorta olunanın «COVİD 19» koronavirus infeksiyasına yoluxması nəticəsində vəfat etməsi faktı sığorta hadisəsi hesab edilmədiyinə və bu səbəbdən sığorta təminatına daxil olmadığına görə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi tam qanunauyğundur. Yuxarıda qeyd olunanlara əsaslanaraq, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - İddiaçı mərhum əri X6 2010-cu ildə hakim vəzifəsinə təyin olunaraq Lənkəran rayon Məhkəməsinin, 2018-ci ilin noyabr ayının 2-dən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olmuşdur; - X1 Apellyasiya Məhkəməsində öz xidməti vəzifəsini icra edən zaman (işə baxarkən) 2020-ci ilin noyabr ayında COVİD-19 virusuna yoluxmuş, yaxınlıqda olan Sabirabad rayonunda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdir. Müalicəsi effekt vermədiyindən 04 dekabr 2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Bakı şəhəri Xətai rayonu Zığ şossesi 27-ci km. ünvanda yerləşən Modul Hospitalına gətirilmiş, 15 dekabr 2020-ci ildə isə görülən tədbirlərə baxmayaraq vəfat etmişdir; - Sabirabad regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən 20 aprel 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 356 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən İddiaçı mərhum həyat yoldaşı X5 qanun üzrə vərəsəsi hesab edilmişdir; - Azərbaycan Respublikası Mərkəzi Bankının 22 noyabr 2021-ci il tarixli məktubuna əsasən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, icbari qaydada sığortalanmış X2 hakimi Fuad Soltanov xidməti vəzifəsinin icrası zamanı xəstələnmiş və 15 dekabr 2020-ci ildə həmin xəstəlikdən vəfat etmişdir. Bununla əlaqədar məktubun surəti Mərkəzi Bank tərəfindən Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilərək, sonuncudan «Sığorta fəaliyyəti haqqında» Qanunun 102.1-ci maddəsi rəhbər tutularaq baş vermiş hadisənin sığorta qanunvericiliyinə uyğun, Qanunun 7-ci maddəsinin «a» bəndində göstərilən sənədlər və sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı əldə edilməklə 7 iş günü müddətində yenidən araşdırılması tələb olunmuşdur; - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsində hakimlərin sosial müdafiəsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbinə əsasən hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Şirvan Apeliyasiya Məhkəməsi ilə Dövlət sığorta Kommersiya şirkəti arasında 19 fevral 2020-ci il tarixdə Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin Dövlət icbari şəxsi sığortası haqqında Müqavilə bağlanmışdır (müqavilə məktuba əlavə olunmuşdur). Bildirilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləmiş X6 xx.xx.2020-ci il tarixdə əmək funksiyalarını həyata keçirən zaman yoluxduğu COVİD-19 virusu səbəbindən vəfat etmişdir. Mərhum hakim Fuad Soltanovun həyatı 148.542 manat məbləğində sığortalanmaqla, hesablanmış 1.485,42 manat sığorta haqqının Dövlət Sığorta Kommersiya Şirkətinin bank hesabına tam köçürülməsi təmin olunmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq hesablanmış sığorta məbləğinin mərhum hakim X5 hüquqi varisinə ödənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 07 oktyabr 2021-ci il tarixli xx-xx-1540 saylı məktubu ilə qeyd olunan sığorta ödənişinin verilməsindən imtina etmişdir. «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2.1.2. sığortaçı - bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərni idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 2.1.4. sığortalı sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs - bu Qanunla müəyyən edilrıiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; 2.1.6. sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olmasından (vefat etdikdə) ibarət sığorta hadisəsi baş verdikdə, bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişi verilir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin mərhum hakimi X6 öz xidməti vəzifəsinin icrası zamanı «Covid 19» virusuna yoluxmuş və sonradan həmin xəstəlikdən vəfat etmişdir. «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olmasından (vefat etdikdə) ibarət sığorta hadisəsi baş verdikdə, bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 100 faizi həcmində (sığortaolunan 5 illik əməkhaqqı məbləğində) sığorta ödənişi verilir. Yuxarıda qeyd olunan qanun normalara və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, öz xidməti vəzifəsinin icrası zamanı «Covid 19» virusuna yoluxmuş və sonradan həmin xəstəlikdən vəfat etmiş Şirvan Apellyasiya Məhkəməsinin mərhum hakimi X5 5 illik əmək haqqı məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Öz xidməti vəzifəsinin icrası zamanı «Covid 19» virusuna yoluxmuş və sonradan həmin xəstəlikdən vəfat etmiş Şirvan Apellyasiya Məhkəməsinin mərhum hakimi X5 5 illik əmək haqqı məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar