Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2566/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2018-ci il tarixdə anadan olmuş X7 və 15 aprel 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödədiyi 55 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə ailə qurmaq məqsədi ilə 2017-ci ilin mart ayından bir yerdə yaşayırlar. Dəfələrlə deməyinə baxmayaraq cavabdehin səhlənkarlığından rəsmi nikahları qeydə alınmamışdır. Həmin vaxtdan cavabdehlə Bakı şəhərində cavabdehə məxsus evdə faktiki nikah münasibətlərində yaşamışlar. Faktiki nikahlarından 06 aprel 2018-ci il tarixdə X7 və 15 aprel 2020-ci il tarixdə X8 adında iki övladları olmuşdur. Hər iki uşaq üçün atalıq müəyyən edilmişdir. Cavabdehlə yaşadıqları müddətdə cavabdeh ailəsinə və uşaqlarına baxmamış, uşaqlar xəstə olduqları vaxtı belə valideyn kimi onların qayğısına qalmamışdır. Uşaqları valideynlərinin köməkliyi ilə çətinliklə saxlamışdır. 2023-cü ilin mart ayında aralarında yaranmış mübahisədən sonra cavabdeh onu və uşaqları məcburi evdən çıxartmışdır və məcbur olub valideynlərinin yanına gəlmişdir. Həmin vaxtdan uşaqları ilə birlikdə Yardımlı rayonunda valideynlərinin yanında qalır. Heç bir yerdə işləmir və qazancı yoxdur. Ata və anası xəstədir, onların özlərinə də maddi köməklik lazımdır. Bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış və hər hansı bir maddi yardım göstərməmişdir. Cavabdeh fərdi əməklə məşğul olur və ayda 1500 manata kimi qazanc əldə edir. Heç bir yerdə işləmədiyi üçün o, uşaqların tələbatlarını ödəyə bilmir. Ona görə də məhkəmə qaydasında cavabdehdən uşaqların saxlanması üçün aliment tələb etmək məcburiyyətindədir. Eyni zamanda, aralarında mediasiya prosesi keçirilmiş və cavabdeh mediasiya prosesini davam etdirmək istəməmişdir. Bu barədə Lənkəran 1 saylı mediasiya təşkilatı tərəfindən onlara arayış təqdim edilmişdir və o, 55 manat mediasiya xərcini ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, onun himayəsində əlavə iki uşağı da vardır, xx.xx.2011-çi il təvəllüdlü X12 və xx.xx.2014-çü il təvəllüdlü X10. Onun birinci nikahı pozulmuşdur və həmin nikahdan olan uşaqlar onun yanında qalır, himayəsindədirlər. Eyni zamanda o, 06 aprel 2018-ci il tarixdə anadan olmuş X2 və 15 aprel 2020-ci il tarixdə anadan olmuş X1 atasıdır. O, fəhlə kimi çalışır, 250 zəhmət haqqı alır və onun iddiaçıya aliment ödənilməsi imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 01 may 2018-ci il tarixli, AZ-İV № 113462 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 23 may 2020-ci il tarixli, AZ-İV № 445790 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, AZ-İ № 444949 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2028-ci il tarixli, AZ-İ № 351235 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Arayışlardan görünür ki, İddiaçı Yardımlı rayonu, Pirembil kəndində uşaqları ilə birlikdə atası X4 evində yaşayırlar. Mülki işin materiallarında olan 16 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən Arayışdan görünür ki, Cavabdeh S.Əsgərova küçəsi, 203 saylı evdə qeydiyyatdadır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, həmin tarixdə saat 14:00-da keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə razılıq əldə etməmişlər və 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir (Mediator:R.Şükürov). Mülki işin materiallarında olan Cavabdeh məxsus Sosial arayışdan görünür ki, B.Sərvaz xx.xx.2020-ci il tarixdən etibarən qapı ustası vəzifəsində çalışır və aylıq əmək 250 manat məbləğindədir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir, iddiaçı və cavabdeh rəsmi nikaha daxil olmamış, onların faktiki nikah münasibətlərindən 06 aprel 2018-ci il təvəllüdlü X7 və 15 aprel 2020-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuş, Cavabdeh uşaqların atası olması müəyyən edilmişdir. Faktiki nikah münasibətlərindən doğulmuş uşaqlar iddiaçının yanında yaşayırlar. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin birinci nikahdan iki övladı var və hazırda onlar cavabdehin himayəsindədirlər. Hazırda iddiaçı iddia tələbinin təmin edilməsini, cavabdehdən hər uşağa görə 300 manat, cəmi 600 manat məbləğində alimentin tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin faktiki nikah münasibətlərindən anadan olmuş 06 aprel 2018-ci il təvəllüdlü X7 və 15 aprel 2020-ci il təvəllüdlü X8 adlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasınının zəruriliyini və uşaq üçün yaşayış minumumunun miqdarını, eyni zamanda cavabdehin himayəsində birinci nikahdan olan iki uşağın onun himayəsində olmasını, onun aylıq gəlirini az olmasını nəzərə alaraq hesab edir ki, alimentin tutulmasına dair iddia qismən təmin edilməli, aylıq aliment məbləği iddiaçının tələb etdiyi həddə deyil, hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 15 may 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən mediasiya xərci kimi 55 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə Mülki Prosessual Qanunvericiliyin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilən 55 manat məbləğində mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 06 aprel 2018-ci il təvəllüdlü X7 və 15 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalı, alimentə dair hissə dərhal icraya yönəldilməli, Cavabdeh 55 (əlli beş) manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. 06 aprel 2018-ci il təvəllüdlü X7 və 15 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentə dair hissə dərhal icraya yönəldilsin. Cavabdeh 55 (əlli beş) manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2566/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2566/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver