Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2597/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı zaminlik öhdəliyinə xitam verilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı zaminlik öhdəliyinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə onun arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 130215/196768 saylı zaminlik müqaviləsi əsasında yaranmış zaminlik öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edəərk, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-10108/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən milli manat ekvivalentində əsas borc üzrə 13.397ABŞ dolları, faiz borcu üzrə 3.121 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 16.528 ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumundan 29 manat pulun cavabdehlər X1, X5, İddiaçı Məmmədağa oğlundan və X2 müştərək qaydada tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1162/2022 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-10108/2016 saylı qətnaməsi X6 münasibətdə ləğv edilməklə, ləğv prosesində olan Cavabdeh2 ASC-nin cavabdeh X6 qarşı kredit məbləğinin və kredit faizlərinin tutulması tələbinə dair iddiasının təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məlumata əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-10108/2016 saylı icra sənədi üzrə borclu X7 xaric, digər borclulara münasibətdə icra tədbirləri davam etdirilir. Beləliklə, eyni tərəflər arasında olan Sumqayıt Şəhər Məhkəməsinin İddiaçı Məmmədağa oğluna münasibətdə ləğv olunmayan xx.xx.2016-cı il tarixli qətnaməsi mövcud olmaqla, sözügedən qətnamə üzrə ondan və digər cavabdehlərdən müştərək qaydada bankın xeyrinə borcun tutulması müəyyən edildiyindən, hazırda isə İddiaçı həmin müqavilə üzrə zaminlik öhdəliyinə xitam verilməsini tələb etdiyindən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə icraata xitam verilməli olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat ("xxxx" ASC, qəbz № **********) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı zaminlik öhdəliyinə xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat ("xxxx" ASC, qəbz № **********) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2597/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2597/2023
03.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver