Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2607/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun vəkili X7, cavabdeh "Cavabdeh" X21 Səhmdar Cəmiyyətinin nümayəndəsi Babayeva X16, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 nümayəndəsi Həbibli X14 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" Sığorta Şirkəti X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxxxxx" Sığorta Şirkəti X12, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" X9rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Sığorta Şirkəti X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxxxxx" Sığorta Şirkəti X12, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" X9rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qayınatası X8 xx xxxxx 2016- cı il tarixində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağladığı 655 nömrəli kredit müqaviləsinə əsasən bankdan 2300 manat məbləğində kredit götürmüşdür. Həmin tarixdə “Cavabdeh Şığorta Şirkəti” ASC ilə müqavilə bağlanmış və həyat sığortası şəhadətnaməsi verilmişdir. Lakin xx xxxxxxx 2017-ci il tarixində X8 mədə xərçəngindən vəfat etmişdir. xx.xx.2017-ci il tarixində bununla bağlı “X15” ASC-yə müraciət edilərək sığorta ödənişi tələb edilmiş, lakin sığorta şirkətinin xx.xx.2018-ci il tarixli cavab məktubu ilə ödənişin ödənilməsindən imtina edilmiş və səbəb kimi sığorta müqaviləsi bağlanan zaman sığorta olunan X4 artıq onkoloji xəstə olduğu göstərilmiş, buna görə də Sığorta Şəhadətnaməsinin 11.2.3-cü bəndinə əsasən X4 ölümü sığorta hadisəsi hesab edilməmişdir. X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinə xx.xx.2017-ci il tarixində, yəni müqavilə bağlandıqdan sonra müraciət etmiş, aparılmış müayinə əsasında xx.xx.2017-ci il tarixində mədə xərçəngi diaqnozu qoyulmuşdur. Nəticə etibarilə, X1 müqaviləsi bağlandıqdan və Sığorta Şəhadətnaməsi verildikdən sonra qeyd edilən xəstəliyə tutulduğu barədə diaqnoz qoyulduğundan onun ölümü sığorta hadisəsi hesab olunmalıdır.xx.xx.2016-cı il tarixində X8 ilə “Cavabdeh Şığorta Şirkəti” ASC ilə müqavilə bağlanmış, bununla da tərəflərin öhdəlikləri əmələ gəlmişdir. “Cavabdeh Sığorta Şirkəti” ASC-nin İdarə heyətinin sədrinin xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş və xx xxxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış “Həyat sığortası Qaydaları”nın 3.2-ci bəndinə əsasən müqaviləyə görə sığortaçı sığorta hadisəsinin baş verdiyi halda sığorta təminatının sığortalıya ödənilməsi öhdəliyini götürür. Sığortalı müqavilədə sığorta olunanın öldüyü halda faydalanan şəxsi göstərə bilər. Göstərilənlərə əsasən "Cavabdeh" X21 Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat məbləğində sığorta ödənişinin tutularaq, faydalanan şəxs qismində İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı ərizə təqdim edərək, iddiasının təmin ediləcəyi halda hüquqi xidmətlərə görə ödədiyi 401 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, "Cavabdeh" X21 Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat məbləğində sığorta ödənişinin, 2300 (iki min üç yüz) manat dəbbə pulunun, Mərkəzi Bankın faiz uçot dərəcəsinə uyğun olaraq 465,75 (dörd yüz altmış beş manat, 75 qəpik) manat faizin, mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, eləcə də hüquqi xidmətə görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, cəmi 15495,75 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili X10 iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" X21 Səhmdar Cəmiyyətinin nümayəndəsi X22 Ağa qızı iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 nümayəndəsi Həbibli X20 iddia tələbinin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələb qismən təmin edilməlidir. İşin materiallarında olan "Cavabdeh" X21 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli «həyat sığortası şəhadətnaməsi»nin surətindən görünür ki, X2 şirkəti tərəfindən sığortalanmışdır. Həmin şəhadətnamənin şərtlərinə görə sığortalının ölüm, fərdi qəza nəticəsində müddətsiz 1-ci və ya 2-ci qrup əlilliyinin müəyyən edilməsi halında sığorta riskinə təminat verilmişdir. Ölüm riski üzrə faydalanan şəxs qismində İddiaçı göstərilmişdir. Sığorta müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək, sığorta məbləği isə 2300 manat müəyyən olunmuşdur. İş materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə MOM poliklinika şöbəsinə müraciət etmiş, ona xx.xx.2017-ci il tarixdə mədə xərçəngi diaqnozu qoyulmuşdur. İş materiallarındakı Şamaxı rayon İHB-nin Quşçu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ № 905169 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə «mədə xərçəngi» xəstəliyindən Şamaxı rayonunda vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə «mədə xərçəngi» xəstəliyindən Şamaxı rayonunda vəfat etmişdir. Eyni zamanda, həmin şəhadətnamədə X5 patoloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt barədə məlumat yoxdur. İş materiallarında olan "Cavabdeh" X21 Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, N.X.Şafaqatovda sığorta müqaviləsi bağladığı ana artıq onkoloji xəstəlik mövcud idi. Sığorta Şəhadətnaməsinin 11.2.3-cü bəndinə əsasən, sığortalının ölməsi və ya onun əlillik alması müqavilə bağlanan ana onkoloji xəstə olması nəticəsində baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanasının “Cavabdeh" Sığorta Şirkəti X12 ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Cavabdeh" Sığorta Şirkətində sığorta olunmuş, xx.xx.1950-ci il təvəllüdlü, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmuş X3 RMX-na hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmişdir. Ölüm haqqında şəhadətnamədə texniki səhv olduğu üçün xəstənin ölüm haqqında tibbi şəhadətnamənin kserosurəti təkrar göndərilir. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası X24 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1950-ci il təvəllüdlü X3 RMX-nın onkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1950-ci il təvəllüdlü, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan xəstə X8 ilk dəfə Milli Onkologiya Mərkəzinə xx.xx.2017-ci il tarixində müraciət etmişdir.Milli Onkologiya Mərkəzində aparılan klinik, laborator,instrumental, müayinələrə əsasən xəstəyə ‘‘Mədə xərçəngi, Qayaciyərə metastaz” diaqnozu qoyulmuş (Histoloji nəticə: Adenokarsinoma), kimyaterapevt tərəfindən baxışı məsləhət görülmüş, lakin xəstə kimyaterapevt baxışına gəlməmişdir.Xəstə təkrar xx.xx.2017-ci il tarixində müraciət etmiş, həkim mütəxəssislər tərəfindən “Parenximatoz sarılıq” aşkar olunmuş,simptomatik müalicə təyin olunmuşdur.xx.xx.2017-ci il, xx.xx.2018-ci il tarixlərində xəstə təkrar Milli Onkologiya Mərkəzinə müraciət etmiş, vəziyyətin ağırlığını nəzərə alaraq, simptomatik müalicənin davamı məsləhət görülmüşdür.Daha sonra xəstə Milli Onkologiya Mərkəzinə müayinə və müalicə üçün müraciət etməmişdir. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası X24 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 715 saylı arayışda qeyd edilmişdir ki, xx.xx.1950-ci il təvəllüdlü X8 xx.xx.2016-cı il tarixinədək Şamaxı RMX-nın onkoloji kabinetində qeydiyyatda olmamışdır və heç bir müalicə almamışdır. Onlarda mövcud olan ölüm haqqında şəhadətnamədə ölüm tarixi 2017-ci il qeyd olunmuşdur. Xəstəliyin başlanması barədə heç bir qeydiyyat yoxdur. İş materiallarında olan 14098 nörməli qəbzin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 399 manat pul köçürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X4 həyatı "Cavabdeh" Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2016-cı il tarixli şəhadətnaməyə əsasən sığortalının ölüm, fərdi qəza nəticəsində müddətsiz 1-ci və ya 2-ci qrup əlilliyinin müəyyən edilməsi halında sığorta riskinə görə 2300 manat məbləğində sığortalanmışdır. Həmin şəhadətnamədə ölüm riski üzrə faydalanan şəxs qismində İddiaçı göstərilmişdir. X8 xx.xx.2017-ci il tarixdə «mədə xərçəngi» xəstəliyindən vəfat etmişdir. Bu vəziyyətlə əlaqədar İddiaçı "Cavabdeh" Sığorta Şirkəti ASC-yə sığorta şəhadətnaməsi üzrə ödənişin aparılması ilə bağlı müraciət etmiş, iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, N.X.Şafaqatovda sığorta müqaviləsi bağladığı ana artıq onkoloji xəstəlik mövcud idi. Sığorta Şəhadətnaməsinin 11.2.3-cü bəndinə əsasən, sığortalının ölməsi və ya onun əlillik alması müqavilə bağlanan ana onkoloji xəstə olması nəticəsində baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir. Lakin təqdim olunmuş tibbi sənədlərə əsasən sığortalıya xx.xx.2017-ci il tarixdə, yəni müqavilə bağlandıqdan sonra mədə xərçəngi diaqnozu qoyulmuşdur. İrəli sürülən iddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. «Həyat sığortası Qaydaları»nın 3.2-ci bəndinə əsasən müqaviləyə görə sığortaçı sığorta hadisənin baş verdiyi halda sığorta təminatının sığortalıya ödənilməsi öhdəliyini götürür. Sığortalı müqavilədə sığorta olunanın öldüyü halda faydalanan şəxsi göstərə bilər. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Qaydaların 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsasdır. Eyni Qaydaların 4.3.4-cü bəndinə əsasən sığortalı onkoloji xəstəliklərdən əziyyət çəkdikdə, onunla sığorta müqaviləsi bağlanmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tibbi sənədlərə əsasən X4 vəfat etməsinə səbəb olmuş xəstəlik (mədə xərçəngi) onunla "Cavabdeh" Sığorta Şirkəti ASC ilə bağlanmış xx.xx.2016-cı il tarixli həyat sığortası müqaviləsi bağlanan anadək mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən göründüyü kimi sığortalı X6 xx.xx.2017-ci il tarixdə, yəni müqavilə bağlandıqdan sonra mədə xərçəngi diaqnozu qoyulmuşdur. Göründüyü kimi "Cavabdeh" Sığorta Şirkəti ASC sığortalı X8 ilə aralarında bağlanmış həyat sığortası müqaviləsinin şərtlərinə əməl etməyərək, yalnız ölüm haqqında tibbi şəhadətnamədə “patoloji prosesin başlanması” qrafasında “2015” rəqəminin qeyd olunmasına istinad edərək müqavilədə nəzərdə tutulmuş sığorta pulunu faydalanan şəxsə (iddiaçıya) ödəməmişdir. Halbuki, işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işin əsasının təşkil edən hal barədə X6 məxsus eyni tarixli, imza və nömrəli ölüm haqqında tibbi şəhadətnamələr arasında uyğunsuzluq vardır. Belə ki, ölüm haqqında tibbi şəhadətnamənin təsdiq olunmuş surətində X5 patoloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt barədə məlumat yoxdur, digər təsdiq olunmamış surətində isə X5 patoloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt 2015-ci il kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "Cavabdeh" Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "Cavabdeh" X21 Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “2300 (iki min üç yüz) manat dəbbə pulunun, Mərkəzi Bankın faiz uçot dərəcəsinə uyğun olaraq 465,75 (dörd yüz altmış beş manat, 75 qəpik) manat faizin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsində qeyd olunan məbləğlərin hesablanma qaydası göstərilməmişdir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X19 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. İddianın hüquqi yardıma görə ödənilmiş cəmi 400 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "Cavabdeh" X21 Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat sığorta ödənişi, mənəvi zərərə görə 300 (üç yüz) manat, hüquqi xidmətə görə 400 (dörd yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3030 (üç min otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" X21 Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat sığorta ödənişi, mənəvi zərərə görə 300 (üç yüz) manat, hüquqi xidmətə görə 400 (dörd yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3030 (üç min otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2607/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2607/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver