Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2608/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlunun, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "əmək haqqı və mənəvi zərər tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlu cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "əmək haqqı və mənəvi zərər tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəlb edildiyi əlavə iş saatlarının, istifadə etmədiyi məzuniyyət günlərinin və ona dəyən mənəvi zərərin məbləğlərinin ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində "xxxx" QSC tərəfindən əmək məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləmə xitam verilmişdir. Dəfələrlə işdən çıxmaq istəmədiyini və işinə davam etmək istədiyini bildirsə də "xxxx" QSC-nin vəzifəli əməkdaşları onu bu müddət ərzində süründürmüş onu işdən çıxmağa məcbur etmişdirlər. İşdən çıxarkən də son haqq-hesabını düzgün hesablamamış, işlədiyi əlavə iş saatları, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü olan iş saatların pulu ödənilməmişdir. Bununla bağlı "xxxx" QSC-nin qanunsuz hərəkətlərindən X5 şikayət ərizəsini vermişdir. İşdən çıxarılmağının, eyni zamanda işlədiyi əlavə iş saatların, istifadə etmədiyi məzuniyyət günlərinin qarşılığının verilməməsinin haqsızlıq və ədalətsizlik olduğunu düşünür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddələrinin ziddinə olaraq işdən çıxarılmış və hüquqları pozulmuşdur. "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixində Nəzarətçi vəzifəsinə qəbul olmuşdur. "xxxx" QSCnin onun işdən çıxarılmağı ilə bağlı qəbul etdiyi qərarda və ona etdiyi ödənişlərdə olan ziddiyyətləri və bu ziddiyətlərin əmək məcəlləsi ilə uyğun gəlmədiyini göstərəcək. "xxxx" QSC-nin onun haqqında işdən kənarlaşdırma qərarı və ona haqqı olan ödənişlərin verilməməsi tamamı ilə qanunsuzdur. "xxxx" QSC-nin ona qarşı etdiyi qanunsuzluqlar nəticəsində işdən çıxmış və bir neçə ay işsiz qalmışdır. Bu isə ona maddi və mənəvi olaraq böyük ziyan vurmuşdur. "xxxx" QSC-nin ziddiyətli hərəkətlərinə: 3 aydır onun işdən çıxardıblar, X5 şikayət etmişdir. Müfəttişlik onu haqlı hesab etmiş, göndərdiyi cavab məktubunda ona qarşı haqqsızlığın olduğunu faktları, maddələri sadalayaraq bildirmişdir. "xxxx" QSC-yə ona əlavə iş saatlarına görə ödənilməmiş məbləğin ödənilməsi üçün göstəriş vermişdir. Həmçinin, müvafiq sənədləri istəmiş "xxxx" QSC isə müvafiq sənədləri təqdim etməmiş və bu səbəbdən Müfəttişlik ona dəyən ziyanı tam hesablaya bilməmişdir. Bir daha qeyd edir ki, "xxxx" QSC-nin əlavə iş saatlarına və məzuniyyət hesablamaları ilə bağlı X5 şikayət etmişik və araşdırma bitmiş, onun xeyrinə rəy verilmişdir. "xxxx" QSC-nin onu qanunsuz işdən çıxarmaqla ona maddi zərər vurmaqla bərabər mənəvi zərər də vurmuşdur. Belə ki, işlədiyi əlavə iş saatlarının, istifadə etmədiyi məzuniyyət günlərinin qarşılığını verməmiş, şəxsi qərəzlik göstərərək əmək müqaviləsinə xitam vermiş və neçə ay işsiz qalmağına səbəb olmuşdur. O, 2 ilə yaxın vicdanla işlədiyi "xxxx" QSC-dən ona vurulan mənəvi zərəri ədalətlə tələb etmək istəyir. Ona dəymiş mənəvi zərər 4000 (dörd min) manat olduğunu düşünür. Və "xxxx" QSC -dən aldığım mənəvi zərəri isə hər hansı bir qazi yoldaşına və şəhid qardaşlarından birinin ailəsinə verəcəm. Ona dəyən mənəvi zərər bu dörd ayda dəymiş maddi ziyandan da çox olsa da o, yenədə insafla mənəvi zərəri tələb edir. Daha sonra cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ məhkəməyə etiraz ərizəsi il müraciət edərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "əmək haqqı tələbinə dair" iddia ərizəsi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi ev 16, mənzil 66-da yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə onun "xxxx" QSC-yə nəzarətçi vəzifəsinə qəbul edilməsi barədə 4 (dörd) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinin "bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur" müddəası rəhbər tutularaq onunla bağlanılmış əmək müqaviləsi dörd dəfə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi və 73-cü maddəsinin 1-ci hissəsi rəhbər tutularaq (əmək müqaviləsinin müddətinin qurtarması) İddiaçı ilə bağlanmış 10 mart 2022-ci il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə qurtarması nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İddiaçı onunla bağlanmış 10 mart 2022-ci il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə qurtarması nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi və 73-cü maddəsinin 1-ci hissəsi rəhbər tutularaq (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdə ləğv edilməsindən narazı qalaraq "işlədiyi əlavə iş saatlarının, istifadə etmədiyi məzuniyyət günlərinin qarşılığının verilməməsi, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə gəlməsi və əvəzində ona əmək haqqının hesablanmaması, bütün ödənişlərin düzgün müəyyən edilməməklə" kimi həqiqəti əks etdirməyən, onun tərəfindən qərəzli şəkildə qəsdən bilə-bilə uydurulmuş məlumatları əsassız olaraq iddia ərzəsində qeyd etmişdir. İddiaçı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinə şikayət etməsi və idarə tərəfindən haqlı hesab edilməsi və ona göndərilən cavab məktubunda ona qarşı haqsızlığın olması faktları, maddələri sadalanaraq bildirilməsi, "xxxx" QSC-yə ona əlavə iş saatlarına görə ödənilməmiş məbləğin ödənilməsi üçün göstəriş verilməsi barədə" iddia ərizəsində göstərdiklərinin təkzibi ilə bağlı aşağıdakıları nəzərə çatdırmaq istəyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini Fərid Bağırovun16 noyabr 2023-cü il tarixli 3-17-5/2-46069/2023 nömrəli məktubuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı barəsində tələb olunan sənədlər, o cümlədən onun 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, ayları üzrə işə davamiyyətini əks etdirən tabellər idarəyə təqdim edilmişdir. Əslində İddiaçı 02,03,04 may 2023-cü il tarixlərdə, 26, 27, 28 iyul 2023-cü il tarixlərdə, 06, 07, 08 noyabr 2023-cü il tarixlərdə işə çıxmadığı və həmin tarixlərlə bağlı "əmək qabiliyyətinin olmaması vərəqəsi"ni mühasibatlığa təqdim etməsinə və həmin vərəqələrə əsasən 2023-cü ilin may ayı və digər ayları üçün ona əmək haqqı hesablanmasına baxmayaraq, tabellərin tərtibinə məsul şəxsin ona tapşırılan vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar İddiaçı barəsində 2023-cü ilin may, iyul, noyabr ayları ilə bağlı tərtib edilmiş tabellərdə onun əmək qabiliyyətinin olmaması günləri əks olunmamışdır. Bu səbəbdən "xxxx" QSC-də tabellərin tərtibinə cavabdeh məsul şəxsə ona tapşırılan vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən şifahi xəbərdarlıq edilmişdir. Bu halları hərtərəfli, tam,obyektiv araşdırılmasını təmin etməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 15 yanvar 2024-cü il tarixli "İnzibati tənbeh vermə haqqında" MN № ******* nömrəli qanunsuz və əsassız Qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1000 (bir min) manat cərimə olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru X2 həmin qərardan verdiyi şikayətinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 fevral 2024-cü il tarixli İş № 3(006)-371/2024 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 15 yanvar 2024-cü il tarixli "İnzibati tənbeh vermə haqqında" MN № ******* nömrəli qanunsuz və əsassız Qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Göründüyü kimi Kərı̇ mzadə Nı̇ had Elman oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "əmək haqqı tələbi tələbinə dair" iddia ərizənin əsassız olduğunu bildiyi halda məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlu məhkəməyə vəsatət ünvanlayaraq, "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi tərəfindən təqdim olunmuş sübutların saxtalaşdırma faktının olub-olmaması ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlu ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X4 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbləri rədd edilməlidirlər. Belə ki, mülki işin materiallarında olan: - Kərı̇ mzadə Nı̇ had Elman oğlunun xx.xx.20220-ci il tarixli ərizəsindən görünür ki, o, "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə nəzarətçi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - İddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlu ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə arasında bağlanmış xx.xx.2022-ci il tarixli 206 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nəzarətçi vəzifəsinə vəzifəsinə işə götürülmüşdür. Bu əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minir və xx.xx.2022ci il tarixə qədər qüvvədədir. (bənd 2.3). İşəgötürən işçiyə işlədiyi hər ay üçün 450 əmək haqqı ödəyəcək. (bənd 4.1). - ******* saylı əmək kitabçasından görünür ki, Kərı̇ mzadə Nı̇ had Elman oğlu xx.xx.2022-ci il tarixində Cavabdeh QSC Şirkətinə nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) müqaviləsinə xitam verilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xx.xx.2023-cü il tarixli, 898/A nömrəli əmri ilə 10 mart 2022-ci il tarixdən cəmiyyətdə Nəzarətçi vəzifəsində işləyən Kərı̇ mzadə Nı̇ had Elman oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən/peşədən azad edilməsinin və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. Əmrə əsasən Kərı̇ mzadə Nı̇ had Elman oğlunun istifadə olunmayan məzuniyyəti yoxdur. - "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin 2023-cü ilin yanvar-noyabr ayları üzrə işçilərin işə davamiyyat tabellərindən görünür ki, Kərı̇ mzadə Nı̇ had Elman oğlu 02,03,04 may 2023-cü il tarixlərdə, 26,27,28 iyul 2023-cü il tarixlərdə, 06,07,08 noyabr 2023-cü il tarixlərdə işə çıxmamışdır (xəstəlik səbəbindən). - X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" QSC-nin direktoru X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) və 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddələrinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokollara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin, cəmiyyətin rəhbərinə son haqq-hesabınızın qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı məktub göndərilmişdir. - Bakı şəhəri 09 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/9-2024-00407 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 15:00-da keçirilən ilkin mediasiya sessiyasında "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Mülki işin materiallarına Kərı̇ mzadə Nı̇ had Elman oğlunun sentyabr, yanvar, fevral ayları üzrə müəssəsəyə giriş-çıxış cədvəli əlavə edilmişdir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı iddia tələbi aşağıdakılardan ibarətdir: - cəlb edildiyi əlavə iş saatları üzrə əmək haqqının ödənilməsi - istifadə etmədiyi məzuniyyət günlərinin məbləğlərinin ödənilməsi - "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən ona dəymiş mənəvi zərər Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsində göstərildiyi kimi, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 9-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, “ə” bəndinə əsasən - əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüquqları vardır. Göstərilən Məcəllənin 102-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Azərbaycan Respublikası Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Məhkəmə qeyd edir ki, işçinin iş vaxtından artıq müddətdə işə cəlb edilməsinə əsas verən işəgötürənin (onun səlahiyyətli şəxslərinin) hər hansı yazılı göstərişinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə bir göstərişin mövcud olmasını təsdiq edən mötəbər sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının iş vaxtından artıq işləməsi və artıq işlədiyi müddət ərzində əmək haqqı almaması barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, hər bir işçi işləyərkən bu münasibətləri tənzimləyən onunla işə götürən arasında mövcud olan və əmək münasibətlərini tənzimləyən əmək müqaviləsidir. Həmin əmək müqaviləsində işçinin konkret iş saatları, iş rejimi və s. müəyyən edilməklə işçi ilə razlaşdırılmalıdır. Əlavə iş saatlarına (cəlb edilməyə) gəldikdə isə (əmək müqaviləsindən kənar) bu münasibət hər iki tərəf arasında müvafiq qaydada rəsmiləşdirilməli, əlavə işin nədən ibarət olması işçiyə bildirilməli və bunun razılığı alınmalıdır. Əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətəndə əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir ( işçinin əlavə olaraq işə cəlb edilməsi nəticəsində icra olunmuş fəaliyyətin işəgötürən tərəfindən təhvil alınması). Əksi olduğu təqdirdə isə bu kimi işlər (icra olunubsa əgər) könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassız hesab edilməlidir. Bu kimi hallarda məhkəmə hesab edir ki, mütləq qaydada öhdəliyin yaranması üçün işçi işəgötürəndən bu halın razılaşmasını tələb etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbinin “cəlb edildiyi əlavə iş saatları üzrə əmək haqqının ödənilməsi” hissəsinin təmin edilməsi ilə əlaqədar əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın “istifadə etmədiyi məzuniyyət günlərinin məbləğlərinin ödənilməsi” hissəsinin təmin edilməsi ilə əlaqədar əsaslar (sübutlar) məhkəməyə təqdim edilmədiyindən və mülki işin materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xx.xx.2023-cü il tarixli, 898/A nömrəli əmrinə əsasən Kərı̇ mzadə Nı̇ had Elman oğlunun istifadə olunmayan məzuniyyəti olmadığı müəyyən edildiyindən, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığından və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Son olaraq məhkəmə iddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlunun xüsusi qərardadın qəbul edilməsi barədə vəsatəti nəzərdən keçirərək hesab edir ki, iddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlu “AZZA" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi tərəfindən təqdim olunmuş sübutların saxtalaşdırıldığını bildirərək, QSC barəsində xüsusi qərardad çıxarılaraq baxılması üçün prokurorluğu göndərilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "əmək haqqı və mənəvi zərər tələbinə dair" iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Kərı̇ mzadə Nı̇ had Elman oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "əmək haqqı və mənəvi zərər tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2608/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2608/2024
17.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver